Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5160/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, X3 və X2 nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakı ilə, X3 və X2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 və X5 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ödəməli olduğu 31192 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili X4 şifahi qaydada vəsatət verərək bildirdi ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 2 mənzil 170dir. Odur ki, hazırki iddia ərizəsinin baxılması üçün cavabdehin rəsmi qeydiyyatda olduğu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X3 və X2 nümayəndəsi Nümayəndə vəsatətə bağlı bildirdi ki, cavabdeh müqavilə üzrə ödənişləri sözü gedən rayonun ərazisində yerləşən iddiaçıya məxsus binada etdiyindən onlar da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdirlər. Lakin işin aidiyyatı üzrə göndərilməsi zərurəti yaranıbsa, hazırki mülki işin cavabdehin qeydiyyat ünvanı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da, işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 mənzil 170 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə cavabdehin cavabdehin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 və X2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(004)-5160/2020 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5160/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5160/2020
13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver