Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5256/2021 31.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.08.2019-cu il tarixli, 118605-CNS-19703/1 saylı kredit müqaviləsi üzrə 3877,96 manat əsas borc, 10,37 manat faiz borcu olmaqla, ümumilikdə 3888,33 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 izahatında bildirir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.02.2016-cı il tarixli 118605-CNS- 19703/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə istifadə edilmiş məbləğə illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 8100 manat məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 08.08.2019-cu il tarixli, 118605-CNS-19703/1 saylı kredit müqaviləsinə əsasən 03.02.2016-cı il tarixli 118605-CNS-19703/1 saylı kredit müqaviləsinin restrukturizasiya edilməsi məqsədilə Cavabdeh 60 ay müddətinə illik 1 % dərəcəsi ödəmək şərti ilə 4369,23 manat məbləğində kredit verilmiş və Cavabdeh borcu faizləri ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 08.02.2021-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 3877,96 manat əsas borc, 10,37 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3888,33 manat məbləğində borcu yaranmışdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.08.2019-cu il tarixli, 118605-CNS-19703 saylı nağd kredit müqaviləsinə əsasən bank tərəfindən restrukturizasiya məqsədi ilə Cavabdeh 60 ay müddətinə illik 1 % dərəcəsi ödəmək şərti ilə 4369,23 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 16.06.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 08.08.2019-cu il tarixli, 118605-CNS-19703/1 saylı kredit müqaviləsi üzrə 16.06.2021-ci il tarixə 3877,96 manat əsas, 10,37 manat faiz borcu olmaqla, cəmi 3888,33 manat borcu vardır. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu qalmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 08.08.2019-cu il tarixli, 118605-CNS-19703/1 saylı kredit müqaviləsi üzrə 3877,96 manat əsas borc, 10,37 manat faiz borcu olmaqla, ümumilikdə 3888,33 (üç min səkkiz yüz səksən səkkiz manat otuz üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 08.08.2019-cu il tarixli, 118605-CNS-19703 saylı kredit müqaviləsi üzrə 3877,96 manat əsas borc, 10,37 manat faiz borcu olmaqla, ümumilikdə 3888,33 (üç min səkkiz yüz səksən səkkiz manat otuz üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5256/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5256/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver