Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5273/2021 13.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qzının katibliyi, İddiaçı X2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh X10 Səhmdar Cəmiyyətinə və Cavabdeh X10 Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasına qarşı Azərbaycan Respublikası Mərkəzi Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla depozitə qoyulmuş pul məbləğinin və ona hesablanmış faizlərin tutulması tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X10 Səhmdar Cəmiyyətinə qarşı depozitə qoyulmuş pul məbləğinin və ona hesablanmış faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 aprel 2003-cü il tarixli müqavilə əsasında Cavabdeh X10 Səhmdar Cəmiyyətinə (Cavabdeh X7) depozitə qoyduğu 325000 ABŞ dolları məbləğində pul vəsaitinin və 325000 ABŞ dolları pul vəsaitinə illik 6 faiz dərəcəsi ilə hesablanmış faizləri hər il üçün 19500 ABŞ dolları olmaqla ötən 17 il üçün 331500 ABŞ dolları pulun Cavabdeh X10 Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 13.12.2021-ci il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh X10 Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasından 15 aprel 2003-cü il tarixli Cavabdeh X7 ilə aralarında bağlanmış depozit müqaviləsi ilə 325.000 ABŞ dolları məbləğində pulun əmanətə qoyulması faktının təsdiq edilməsi, 15 aprel 2003-cü il tarixli müqavilə əsasında Cavabdeh X10 Səhmdar Cəmiyyətinə depozitə qoyduğu 325.000 ABŞ dolları məbləğində pul vəsaitinə illik 6 faiz dərəcəsi ilə hesablanmış faizləri hər il üçün 19500 ABŞ dolları olmaqla ötən 17 il üçün 331500 ABŞ dolları pulun Cavabdeh X10 Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasından tələb edilib ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 10.12.2021-ci il tarixdə məhkəməyə Cavabdeh X10 Səhmdar Cəmiyyətinin Ləğvedicisi tərəfində etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, AR Mərkəzi Bankın 09 iyul 2008-ci il tarixli qərarı ilə Cavabdeh ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmişdir. "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 25 iyul 2008-ci il tarixli qərarı ilə bankın ləğv edilməsi qərara alınmış və ləğvetmə planının təsdiq edilməsi ilə bağlı Mərkəzi Banka müraciət ünvanlanmışdır. AR Mərkəzi Bankın 31 iyul 2008-ci il tarixli 1605-122 No-li məktubuna əsasən Mərkəzi Bank Cavabdeh KB-nin “Banklar haqqında” AR Qanununun 17 və 58-ci maddələrinə əsasən könülül ləğv edilməsinə etiraz etməmişdir. "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 25 iyul 2008-ci il tarixli qərarı qəbul edildikdən sonra bank tərəfindən kütləvi informasiya vaistlərində (qəzetdə) elan verilmiş və kreditorlara iki ay ərzində ünvan 1 ünvanda yerləşən baş ofisinə müraciət etmələri xahiş olunmuşdur. Həmin elandan sonra bankın kreditorları iki ay ərzində banka ərizələr təqdim etmiş və həmin ərizələr qeydə alınmışdır. İddiaçı məhkəməyə əmanət kitabçasını və müqaviləni təqdim etmişdir və guya ki, həmin sənədlərə əsasən banka 325.000 ABŞ dolları məbləğində depozit qoyulduğunu iddia etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, İddiaçı adlı müştəri haqqında bankda heç bir məlumat yoxdur və belə bir şəxslə bank müqavilə heç vaxt bağlamamışdır. Buna baxmayaraq ki, müqavilənin etibarlı olub-olmaması məsələsi ayrıca məhkəmə mübahisəsidir və hazırki işə mahiyyəti üzrə baxılmasına qərar verilərsə, bu halda bununla bağlı qarşılıqlı iddia veriləcəkdir. Hazırki iş üzrə hesab edirik ki, idddiaya məhkəmə qaydasında baxılmalı olmadığı üçün xitam verilməlidir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 15 aprel 2003-cü il tarixdə onunla Cavabdeh X7 arasında depozit müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndi ilə razılığa gəlmişlər ki, “Depozitor nağd şəkildə Banka müddətli illik 6 faiz dərəcəsi ilə gəlir almaqla 325000 ABŞ dolları məbləğini mədaxil edir. Müqavilənin 5-ci bəndi ilə müəyyən edilmişdir ki, “Depozit müqaviləsinin müddəti müqavilədə göstərilmiş müddətin bitməsi və yaxud depozitə qoyulmuş məbləğin hesabdan çıxarılması ilə bitmiş hesab olunur”. Müqaviləni Cavabdeh X5 adından X9 imzalamışdır. Müqavilə əsasında iddiaçıdan 325000 ABŞ dolları pulun 15 aprel 2003-cü il tarixdə Cavabdeh X5 Səbail filialına mədaxil olunmasına dair qəbz və əmanət kitabçası iddiaçıya verilmişdir. Cavabdeh X7 ilə aralarında bağlanmış müqavilənin forması bank tərəfindən hazırlanmış, onunla müqavilə bağlanarkən əmanətə qoyduğu pulun faiz dərəcəsi və məbləği razılaşdırılmışdır. Müqavilənin digər şərtləri bank tərəfindən hazırlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə görə Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. O, xəstəliyi ilə əlaqədar olaraq müalicə aldığından, həm də yaşayış yerini dəyişdiyi üçün uzun müddət bankla aralarında bağlanmış depozit müqaviləsini, pulun əmanətə qəbul edilməsinə dair qəbzi və əmanət kitabçasını tapa bilməmişdir. Buna görə də banka qoyduğu əmanətin qaytarılması ilə bağlı etdiyim şifahi müraciətlər cavabsız qalmışdır. Bankla bağlanmış müqaviləni və sənədləri tapdıqdan sonra əmanətə qoyduğu pul vəsaitini almaq üçün banka getmişdir. Bankın bağlandığı, ləğv edildiyi ona bildirilmişdir. Pulunu almaq üçün Cavabdeh X6, nəzarət funksiyasını həyata keçirən Azərbaycan Respublikası Mərkəz Bankına müraciət etmişdir. Azərbaycan Respublikası Mərkəz Bankına etmiş olduğu müraciətlərinə Baş direktor Ziya Əliyev tərəfindən 29 dekabr 2020-ci il tarixli 26- 18939-2020 saylı və 21 yanvar 2021-ci il tarixli, 26-00806- 2021 saylı məktublarla cavab verilərək bildirilmişdir ki, Cavabdeh X10 Səhmdar Cəmiyyətinə bank əməliyyatları aparılması üçün verilmiş lisenziya Mərkəzi Bankın 9 iyul 2008-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar olaraq məhkəməyə müraciət etməyi ona tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı Cavabdeh X10 Səhmdar Cəmiyyətinə verilmiş lisenziya 09. 07. 2008-ci il tarixdə ləğv edildikdən sonra əmanətçil (əmanətçilərin) kimi onun maraqlarını qorunması məqsədi ilə heç bir tədbir görməmişdir. Bank lisenziyasının ləğv edilməsindən uzun müddət keçməsinə baxmayaraq müraciətlərinə 11.11..2020-ci il tarixli 26-17079- 2020 saylı, 29. 12. 2020-ci il tarixli 26- 18939-2020 saylı, 22.01.2021-ci il tarixli 26-00806-2021 saylı və 19. 05. 2021-ci il tarixli 26-06520-2021 saylı cavab məktublarında Cavabdeh X10 Səhmdar Cəmiyyətinə verilmiş lisenziyanın ləğv edilməsindən sonra əmanətə qoyduğu 325.000 ABŞ dolları pulunu və hesablanmış faizləri hansı qaydada alacağı barədə məlumat verməmiş, lisenziyası ləğv edilmiş bankın öhdəliklərinin hansı qaydada ödəniləcəyi barədə məlumat verilməmişdir. Cavabdeh X10 Səhmdar Cəmiyyətinə bank əməliyyatları aparılması üçün verilmiş lisenziya Mərkəzi Bankın 9 iyul 2008-ci il tarixli qərarı ilə ləğv edilsədə hüquqi şəxs kimi fəaliyyətini davam etdirmişdir. Cavabdeh X10 Səhmdar Cəmiyyətinə bank əməliyyatları aparılması üçün verilmiş lisenziya Mərkəzi Bankın 9 iyul 2008-ci il tarixli qərarı ilə ləğv edildikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyində kommersiya qurumlarının dövlət reyestrində 11.09.2008-ci il tarixdə reyestrdən çıxarış verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestrində qeydiyyatdadır. Cavabdeh X10 Səhmdar Cəmiyyətinə bank əməliyyatları aparılması üçün verilmiş lisenziya ləğv edildikdən sonra Bank tərəfindən 15 aprel 2003-cü il tarixli müqavilə ilə və "Atlantbank” X5 Səbail filialı tərəfindən verilmiş kassa mədaxil qəbzi ilə depozitə qoyduğu 325000 ABŞ dolları pulu ona ödənilməmiş, faizləri verilməmişdir. Aralarında bağlanmış müqavilənin 2-ci bəndi ilə razılığa gəlmişlər ki, depozit üzrə faizlərin hesablanması məbləğ mədaxil edilən gündən bir bank günü sonra başlanır. Faizlər depozitora depozitin müddəti başa çatdıqdan sonra növbəti bank günü nağd şəkildə verilir və yaxud onun göstərdiyi hesaba köçrülür. Müqavilənin 5-ci bəndi ilə müəyyən edilmişdir ki, depozit müqaviləsinin müddəti müqavilədə göstərilmiş müddətin bitməsi və yaxud depozitə qoyulmuş məbləğin hesabdan çıxarılması ilə bitmiş hesab olunur. Müqavilə ilə razılaşdırılmış şərtlərə əsasən müqavilənin bağlandığı gün 15 aprel 2003-cü il tarixdə 325000 ABŞ dolları pulu banka əmanətə qoymuşdur. 16 aprel 2003-cü il tarixdən əmanətə qoyduğum 325000 ABŞ dollarına illik 6% dərəcəsi ilə gəlir hesablanmalı, 325000 ABŞ dollarının 1 illik 6 faiz gəliri 19500 ABŞ dolları olmaqla pulunun depozitdə olduğu 17 il müddətində 331500 ABŞ dolları gəlir hesablanmalıdır. 15 aprel 2003-cü il tarixli müqavilə əsasında Cavabdeh X10 Səhmdar Cəmiyyətinə (Cavabdeh X7) depozitə qoyduğu 325000 ABŞ dolları məbləğində pul vəsaitinin və 325000 ABŞ dolları pul vəsaitinə illik 6 faiz dərəcəsi ilə hesablanmış faizləri hər il üçün 19500 ABŞ dolları olmaqla ötən 17 il üçün 331500 ABŞ dolları pulun Cavabdeh X10 Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Yasamal Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli, 2 (004)-5273/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh X10 Səhmdar Cəmiyyətindən 15 aprel 2003cü il tarixli depozit müqaviləsi əsasında depozitə qoyduğu 325000 (üç yüz iyirmi beş min) ABŞ dolları və 325000 ABŞ dolları pul vəsaitinə illik 6 faiz dərəcəsi ilə hər il üçün 19500 (on doqquz min beş yüz) ABŞ dolları olmaqla, 17 il üçün hesablanmış 331500 (üç yüz otuz bir min beş yüz) ABŞ dolları, cəmi 656 500 (altı yüz əlli altı min beş yüz) ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq iddiaçı X3 ödənilməsi qərara alınmışdır. Cavabdeh X10 Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasının sədri K.Ziborov 17.11.2021-ci il tarixdə iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli 2(004)5273/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Yasamala Rayon Məhkəməsinin 29.11.2021-ci il tarixli, 2 (004)-5273/2021 saylı qərardadı ilə Cavabdeh X10 Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasının sədri K.Ziborovun ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.10.2021ci il tarixli 2(004)5273/2021 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş, işin məhkəmə baxışı 13.12.2021-ci il tarixə saat 14:45-ə təyin edilmişdir. Məhkəmə icasında iştirak edən iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X10 Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş və 26.11.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işlərin çoxluğu ilə əlaqədar və nümayəndənin ezam olunması səbəbi ilə təyin olunmuş məhkəmə iclasının nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçın, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, cavabdehin etirazını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, hazırki iş məhkəmədə baxılmalı olmadığına görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin internet vergi idarəsindən çıxarılmış çıxarışdan müəyyən olunur ki, Cavabdeh Kommersiya Bankı ASC 07.12.1993-cü ildə dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov, ev 43-dür, qanuni təmsilçisi X1, nizamnamə kapitalı isə 8.024.460 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının 07.09.2021-ci il tarixli, 16-04262-2021 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh Kommersiya Bankı ASC-nin səhmdarlarının ümumi yığıncağının 31.07.2008-ci il tarixli qərarı ilə Ləğvetmə Komissiyası yaradılmışdır. İş materiallarında olan qəzetdən çıxarışındakı elanda qeyd olunur ki, Cavabdeh KB ASC səhmdarlarının ümumi yığıncağının 25 iyul 2008-ci il tarixli qərarı ilə Cavabdeh KB ASC ləğv olunmuşdur. İş materiallarında olan 25.07.2008-ci il tarixli, Cavabdeh KB ASC-i səhmdarlarının ümumi yığıncağının 01 saylı Protokolunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh KB ASC-nin könüllü ləğv olunması, bankın ləğvetmə planının təsdiq olunması və Bankın könüllü ləğv edilməsi ilə əlaqədar 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə və Mərkəzi Banka müraciət olunması qərara alınmışdır. İş materiallarında olan 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-1921/2008 saylı, 31.07.2008-ci il tarixli qərardadının surətindən görünür ki, Azərbaycan Respublikası Milli Bankının Cavabdeh KB ASC-nin ləğvi və ləğvedicinin təyin edilməsi barədə ərizəsi üzrə icraata Cavabdeh KB ASC könüllü ləğv etmə prosesində olduğundan xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarına əsasən “..bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.” “Banklar haqqında” Qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13.06.2020-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. “Banklar haqqında” Qanunun 71.3-cü maddəsində göstərilmişdir ki, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir.Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 71.4-cü maddəsində göstərilmişdir ki, Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Həmin Qanunun 77.1-ci maddəsində göstərilmişdir ki, Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Həmin Qanunun 77.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Həmin Qanunun 72.1.3-cü maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Eyni Qanunun 77-ci maddəsində göstərilmişdir ki, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Göründüyü kimi hazırki iş üzrə iddiaçının tələbi qiymətləndirilən iddia kimi ləğvetmədə olan banka qarşı irəli sürülmüş tələbdir. Belə tələb müqavilə mübahisəsi və s. bu kimi kateqoriyadan olan tələblərə aid olmamaqla banka qarşı irəli sürülmüş bank əmanəti müqaviləsi üzrə pul tələbidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh KB ASC-nin ləğvetmə komissiyası var, yəni bank ləğv prossesindədir. Cavabdeh KB ASC ləğv prosesində olan bank olduğundan iddiaçı X2 iddia tələbinə məhkəmədə baxıla bilməz və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddısinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim işə xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 262-ci və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh X10 Səhmdar Cəmiyyətinə və Cavabdeh X10 Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasına qarşı Azərbaycan Respublikası Mərkəzi Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla “pulun əmanətə qoyulması faktının təsdiq edilməsi, depozitə qoyulmuş pul məbləğinin və ona hesablanmış faizlərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5273/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5273/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver