Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5274/2022 30.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X13 oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə X5 arasında Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına dair bağlanılmış xx.xx.2021-ci il tarixli, 4Ə-2190 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız saylmasını,xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış çıxarışın ləğv edilməsini və xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə cavabdeh tərəfindən ödənilməmiş 15000 ABŞ dollar borc məbləğini kredit müqaviləsinin təminatı qismində Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” ilə ondan15000 ABŞ dolları məbləğində borc pul götürmüşdür. Eyni zamanda Cavabdeh borcunu qaytarmadığı təqdirdə Xaçmaz rayonu. Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən qeyri yaşayış binasını (“Anar” şadlıq evi) satıb borcuna yönəldilməsi barədə ona yazılı iltizam da vermişdir. Eyni zamanda onda inam yaratması üçün qeyri-yaşayış obyektinə dair çıxarışın əslini də iddiaçıya vermişdir. Cavabdeh pulu ödəməyərək, pulun ödənilməsindən yayınmağa başlamışdır. Bildirir ki, borcun ödənilməsi ilə bağlı Yasamal rayon İcra və Probasiya şöbəsində xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar tədbirlər görülməyə başlanmışdır. İcra sənədinin icrasını dayandırmaq və pulun ödənilməsindən yayınmaq məqsədi ilə Cavabdeh xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-3327/2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra iş yenidən icraya yönəldilmişdir və icra işi Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Borcun ödənilməsi məqsədi ilə Xaçmaz rayon İcra və Probasiya şöbəsi məhkəməyə təqdimatla müraciət etmiş və Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(067)-2/2022 nömrəli qərardadı ilə Cavabdeh adina olan Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına dair sərəncam vermək hüququ qadağan edilmişdir. Sonradan iddiaçı icra işinin gedişatı ilə maraqlanmaq üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsində olanda ona məlum olmuşdur ki, Cavabdeh məxsus Xaçmaz rayonu, Xudat şəhəri. 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binası xx.xx.2021 -ci il tarixli, 4Ə-2190 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X1 adına özgəninkiləşdirilmiş və mülkiyyət hüquqları xx.xx.2021 -ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən 0.1214 ha torpaq sahəsi Xaçmaz rayon 1 saylı notariat kontorunun xx.xx.2021 -ci il tarixli 4Ə-2412 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Qeyd etmək istəyir ki, X5 Cavabdeh oğludur. Hesab edir ki, cavabdeh ona olan borcunun ödənilməsi üçün aparılan icra hərəkətlərindən hansısa formada məlumatlandırılmış və borcun ödənilməsindən yayınmaq məqsədi ilə Xaçmaz rayonu. Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasını öz oğlunun adma özğəninkiləşdirilmişdir. Belə ki, Xaçmaz rayon İcra Şöbəsi 12 noyabr 2021 -ci il tarixdə təqdimatla məhkəməyə müraciət etmiş, cavabdeh isə bağışlama müqaviləsini xx.xx.2022-ci il tarixdə bağlamışdır. Hesab edir ki, Cavabdeh məxsus Xaçmaz rayonu. Xudat şəhəri. 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının xx.xx.2021 -ci il tarixli. 4Ə- 2190 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X2 adma özgəninkiləşdirilməsi etibarsız sayılmalı və mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış çıxarış ləğv edilməlidir. Bildirir ki, cavabdeh onunla kredit müqaviləsi bağlayanda eyni zamanda borcunu qaytarmadığı təqdirdə Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən qeyri-yaşayış binasını ("Anar” şadlıq evi) satıb borcuna yönəldilməsi barədə iddiaçıya yazılı iltizam vermişdir. Cavabdeh iddaiçıya olan borcunun ödənilməsindən yayınmaq məqsədi ilə görünüş üçün müqavilə bağlamışdır. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır və İddiaçı iddia tələbi rədd edilməlidir. Çünki, İddiaçı ilə xx.xx.2017-ci il tarixli rəsmi kredit müqaviləsi bağlayanda heç bir əmlakı girov qoymamış və buna dair hər hansı bir məhkəmə qətnaməsi mövcud deyil. Əslində iddiaçıdan dörd min dollar faiz pul götürmüş, qalan məbləği isə X7 adlı şəxs götürmüşdür. Lakin həmin şəxsin şəxsiyyət vəsiqəsi üstündə olmadığından rəsmi kredit müqaviləsi 15000 ABŞ dolları göstərilməklə cavabdehlə bağlanılmışdır. Hazırda həmin şəxsdən müqavilədə göstərilən məbləğin tələb edilməsi ilə əlaqədar o məhkəməyə müraciət etmişdir. O iddiaçıdan götürdüyü dörd min ABŞ dolları məbləği hissə-hissə tam şəkildə ödəmişdir. Əlavə olaraq kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi ilə əlaqədar onun əmək haqqından tutulmasına dair Yasamal rayon icra şöbəsinə müraciət etmişdir. Ondan əlavə sözügedən amlak xx.xx.2021-ci il tarixli, 4Ə-2190 reyestr nömrəli bağışlanma müqaviləsi rəsmiləşdiriləndən sonra Xaçmaz Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixli 8(067)- 2\2022 nömrəli qərardadı ilə Cavabdeh adına olan Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşənn qeyri-yaşayış binasına dair sərəncam vermək hüququ qadağan edilmişdir. Bu baxımdan da hesab edir ki, İddiaçı ona qarşı qaldırdığı iddia tələbi başqa şəxsin mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin eidlməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdeh yalandan saxtakarlıq edir. Xaçmaz rayonunda işləyir, amma burada yaşadığına dair arayış almışdır. O cavabdehə faizə pul verməmişdir. Cavabdeh onun borcunu qaytarmır. 15 min dollar borca pul vermişdir 8 min dollarını əlbəəl özünə vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin eidlməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddia tələbini müdafiə edir, tərəf icra hərəkətlərindən əvvəl xəbər tutmuş, icra hərəkətlərindən qabaq alqı-satqıya getmiş, evi də oğluna bağışlamışdır. Məhkəməyə təqdim etdikləri sənəddə xanım öz əl yazması ilə bildirmişdir ki, əgər borcu ödəməsə, pul onun əmlakına yönəldilsin. Artıq 5 ildən çoxdur ki, cavabdeh bu borcu ödəməkdən boyun qaçırır. Onlar nəyinsə satılmağında maraqlı deyillər. Amma pul həmin əmlaklara yönəlsə, cavabdeh özündə məsuliyyət hiss edib pulu qaytarar. Bu əqdlər uydurma əqdlərdir. Müqavilələr etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının məhkəmə təqdim etdiyi əlyazmanı o Ədalətin diqtəsi ilə yazmışdır. İddiaçı 60 faizlə borca pul verib. 2 il onun faizini ödəmişdir, 6400 manat lotereyanın pulunu götürmüşdür. O iddiaçıya borcunu qaytarmışdır. İş materiallarında olan xx.xx.2017-ci il kredit müqaviləsindən görünür ki,borc verən- İddiaçı borc alan Cavabdeh müqavilənin bağlandığı gün, yəni xx.xx.2017-ci il tarixində 15000(on beş min) ABŞ dolları məbləğində pul verməyi, borc alan X8 qızı krediti bu müqavilənin bitdiyi tarixə qədər, yəni xx.xx.2018-ci il tarixinədək borc verən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri 44 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli icra qeydindən görünür ki, notarius tərəfindən borclu Cavabdeh 15000 ABŞ dolları və 20 manat pulun tutulması ilə bağlı icra qeydi aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-3327/2019 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin ləğvi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi, qaşılıqlı idia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək 15000 ABŞ dolları məbləğində pulu və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 13000(on üç min) ABŞ dolları məbləğində (ödəniş gününə olan Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) və ödənilmiş dövlət rüsumuna görə 26 manat məbləğində pul vəsaiti tutulması, ilkin iddia üzrə ödənilmiş 20 manat düvlət rüsumu və qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dovlət rüsumunun 4 manat hissəsinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Xaçmaz Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, icra məmuru 44 saylı Notariat Kontorunun 8İ-6821 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə borclu Cavabdeh icra sənədini icra etmədiyi üçün tələbin onun mülkiyyətində olan Xudat şəhəri, 2-ci şöbədə olan 0,08 ha torpaq sahəsini üzərində yerləşən qeyriyaşayış binasının üzərinə həbs qoyulması və icra sənədi üzrə tələbin həmin qeyri yaşayış sahəsinə yönəldilməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 8(067)-2/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimatın qismən təmin edilməsi və borclu Cavabdeh adına olan Xudat şəhəri, 2-ci şöbədə olan 0,08 ha torpaq sahəsini üzərində yerləşən qeyri-yaşayış binasına dair sərəncam hüququnun qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin AR Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra və Probasiya şöbəsinə xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-2/2022 nömrəli qərardadı əsasında Cavabdeh əvvəllər mülkiyyətində olmuş Xaçmaz rayonu, Xudat şəhəri 2-ci şöbə ərazisində 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının üzərinə qadağa qoyulmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh əvvəllər məxsus olmuş həmin daşınmaz əmlak xx.xx.2021-ci il tarixli,4Ə-2190 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X5 tərəfindən özgəninkiləşdirilmiş və mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanılması Müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh Xudat Şəhəri 2-ci Şöbə ünvanında yerləşən, ümumi sahəsi 230 kv/m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus olan hissəsini hədiyyə alan X3 bağışlamışdır. İş materiallarında olan X4 xx.xx.2021 tarixli ərizəsindən görünürki o, arvadı- Cavabdeh məxsus Xudat Şəhəri 2-ci Şöbə ünvanında yerləşən qeyri-yaşayış binasının bağışlanılmasına etiraz etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Xudat şəhəri 2-ci şöbə ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmaqla X2 xüsusi mülkiyyətindədir. Beləliklə, məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları ilə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cavabdeh ilə X5 arasında bağlanılmış müqavilə tərəflərin iradə ifadəsi ilə, qarşılıqlı razılılq əsasında imzalanaraq rəsmiləşdirilmişdir. Tərəflər müqaviləni qanunvericilikdə nəzərdə tutulmuş şərtlər müəyyən etməklə bağlamış və imzalamışlar. Bağışlama müqaviləsi təsdiq edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, qanun pozuntusuna yol verilməmişdir. İddiaçı iddia ərizəsində cavabdehin borcdan yayınmaq məqsədilə bağışlanma müqaviləsi bağlanıldığını qeyd etsə də və Mülki Məcəllənin uydurma əqdlə bağlı müddəalarına əsaslansa da məhkəmə qeyd edir ki, bağışlanma müqaviləsinin uydurma əqd hesab edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, borc məbləğinin tutulması ilə bağlı iddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-3327/2019 saylı qətnaməsinə əsasən borc məbləğinin Cavabdeh tutulması qət edilmişdir. Məhkəmə gedişi zamanı 2(007)- 3327/2019 saylı iş üzrə qarşılıqlı iddia üzrə İddiaçı qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə müvəqəti təminat tədbiri ilə barədə ərizə ilə müraciət etməsi və ya digər formada əmlak üzərinə həbs qoyulması, yaxud özgəninkiləşdirilməsinin qadağan edilməsi iş materialları ilə müəyyən edilməmişdir. Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru Faiq Adıgözəlov xx.xx.2021-ci il tarixdə təqdimatla məhkəməyə müraciət edərək sözügedən əmlak üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qəradadı ilə həmin əmlaka dair sərəncam vermək hüququ qadağan edilmişdir. Lakin Cavabdeh daha əvvəl xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsini bağışlama müqaviləsi əsasında X3 bağışlamışdır. Göründüyü kimi cavabdeh əmlakı daha öncədən özgəninkiləşdirmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli və iddia tələbi rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin maddənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ilə X5 arasında Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına dair bağlanılmış xx.xx.2021-ci il tarixli, 4Ə-2190 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmış çıxarışın ləğv edilməsi və xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş 15000 ABŞ dolları borc məbləğinin kredit müqaviləsinin təminatı qismində Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin üzərində yerləşən qeyriyaşayış binasına yönəldilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5274/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5274/2022
30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver