Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-420/2024 15.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X14 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh X9 qarşı “pulun alınması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı X8 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab olunması və pulun qaytarılması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(031)-692/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə X9 qarşı "pulun alınması" tələbinə dair ilkin iddia ərizəsi ilə müraciət edərək, X7 10000 (on min) manat və ödədiyi 120 (bir yüz iyirmi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 10120 (on min yüz iyirmi) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 Fərhad Sahib oğluna adından onun mərhum həyat yoldaşı X19 üçün həmin pensiya və müavinət hesablandığı vaxtdan əvvəlki dövrlər üçün X9 ödənilməli olan pensiya və müavinətləri almaq məqsədi ilə müvafiq dövlət orqanlarına, banklara müraciət etmək üçün xx.xx.2023- cü il tarixdə notariat kontorunda etibarnamə vermişdir. Bunun üçün xx.xx.2023-cü il tarixdə X10 ilə İddiaçı arasında tapşırıq müqaviləsi imzalanmışdır. xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinə əsasən İddiaçı X8 mərhum həyat yoldaşı X19 üçün pensiya və müavinət hesablandığı vaxtdan əvvəlki dövrlər üçün X9 ödənilməli olan pensiya və müavinətlərin verilməsi üçün sənədlərin düzəldilməsini təmin edib müvafiq orqanlara təqdim etmişdir. Buna görə dəfələrlə müvafiq orqanlara, Şabran rayonunun Xırdaoymaq kəndinə gedib gəlmişdir. Bundan sonra Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən X8 hesabına 21106 (iyirmi bir min yüz altı) manat 47 (qırx yeddi) qəpik məbləğində pul köçürülmüşdür. X1 aldığı 311 (üç yüz on bir) manat məbləğində pensiyanın məbləği artırılaraq 711 (yeddi yüz on bir) manat 80 (səksən) qəpik edilmişdir. xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin 1.2-ci bəndinə əsasən İddiaçı həmin məbləğin, yəni 21106 (iyirmi bir min yüz altı) manat 47 (qırx yeddi) qəpik məbləğində pulun yarı hissəsini özümə götürməklə digər yarı hissəsini X9 verməli idi. Ancaq cavabdeh X10 oğlu ilə əlbir olaraq xx.xx.2023-cü il tarixli etibarnaməni ləğv etmişdir. Buna görədə xx.xx.2023- cü il tarixli tapşırıq müqaviləsinin şərtləri pozulmuş və İddiaçı 10553 (on min beş yüz əlli üç) manat məbləğində pulu ala bilməmişdir. Həmin puldan İddiaçı ancaq 400 (dörd yüz) manat götürə bilib və qalan borc ona ödənilməmişdir. Buna görə Dadașova Minəxanım Əjdər qizının İddiaçı 10000 (on min) manat borcu qalmışdır. Bu səbəblərdən də İddiaçı Azərbaycana Respublikasının Mülki Məcəlləsinin 442, 443.1 və 445.1-ci maddələrinə istinad edərək X9 qarşı "pulun alınması" tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edib X7 10000 (on min) manat və ödədiyi 120 (bir yüz iyirmi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 10120 (on min yüz iyirmi) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X8 nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsini Şabran Rayon Məhkəməsinə təqdim edərək, İddiaçı ilə X10 arşında bağlanmış xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin etibarsız hesab olunması, X3 hesabından İddiaçı öz kart hesabına köçürdüyü 400 (dörd yüz) manat pulun və ödədiyi 150 (bir yüz əlli) manat dövlət rüsumunun İddiaçı alınaraq X9 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin icraatında İddiaçı X9 qarşı pul tələbinə dair iddiası üzrə mülki iş vardır (iş № 2(031)- 692/2023). X10 həmin iddia tələbini qəbul etmir və bildirmək istəyir ki, İddiaçı oğlu Nümayəndə tanışı Vidadi vasitəsilə tanımış, Vidadı oğlu Nümayəndə Fərhad adlı bir tanışının olduğunu və vəfat etmiş həyat yoldaşı X17 hesablanmış müavinətləri almaq üçün müraciət etməyə köməklik edə biləcəyini bildirmişdir. Oğlu Nümayəndə İddiaçı ilə razılaşmış, İddiaçı bu işin həllində ona köməklik göstərəcəyini vəd edərək ondan 1000 (min) manat istəmişdir. Oğlu Nümayəndə onunla razılaşaraq X8 adından İddiaçı xx.xx.2023-cü il tarixdə etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixində İddiaçı X9 lazımi sənədləri toplaması üçün bir neçə kağıza imza atmalı olduğunu bildirmiş, sonradan X9 məlum olmuşdur ki, İddiaçı onu aldadaraq aralarında tapşırıq müqaviləsi bağlamış, həmin müqavilədə də sözügedən işləri həll etməsi qarşılığında əldə ediləcək vəsaitin yarısının ona ödənilməli olduğu qeyd edilmişdir. X10 isə hüquqi savadının olmadığı və latın əlifbasını bilmədiyi üçün İddiaçı ona imzalatdığı kağızların məzmunundan xəbərsiz olub. X9 o da məlum olmuşdur ki, İddiaçı ona olan etibardan sui-istifadə edərək verdiyi etibarnamə əsasında X9 “Kapital Bank” – dan "birbank" kart hesabı açdırmış, mobil tətbiq vasitəsilə X8 pensiya kartında olan 711 (yeddi yüz on bir) manat pulun 400 (dörd yüz) manatını öz kart hesabına köçürmüşdür. Hətta cavabdeh “Kapital Bank” - ın Mərkəz filialına müraciət edərək kartı bloklamış, o isə bu səbəbdən bir neçə ay pensiya kartından pul çıxara bilməmişdir. X10 bildirmək istəyir ki, o, qoca, savadsız bir insandır, latınca oxuma-yazması yoxdur, psixoloji xəstəlikdən əziyyət çəkir. İddiaçı onun savadsızlığından istifadə edərək onu aldatmış, əvvəlcə ondan 1000 (bir min) manat tələb etsə də, sonradan onu aldadaraq tapşırıq müqaviləsi imzalatmış, nəticədə hazırda ondan 10000 (on min) manat pul tələb edir. Halbuki o, ona görəcəyi işlər üçün istədiyi 1000 (min) manat pulu da ödəmişdir. Hələ bunlar azmış kimi İddiaçı ona pensiyanı 700 (yeddi yüz) manata qaldıra biləcəyini, bunun üçün isə ilk 06 (altı) ayın təqaüdünü ona verməli olduğunu demiş, lakin oğlu onun bu sözlərinə etibar etməmişdir. Bu səbəblərdən də X8 nümayəndəsi Nümayəndə Azərbaycana Respublikasının Mülki Məcəlləsinin 337 və 339-cu maddələrinə istinad edərək İddiaçı qarşı "əqdin etibarsız hesab olunması və pul" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İddiaçı ilə X10 arşında bağlanmış xx.xx.2023cü il tarixli tapşırıq müqaviləsinin etibarsız hesab olunması, X3 hesabından İddiaçı öz kart hesabına köçürdüyü 400 (dörd yüz) manat pulun və ödədiyi 150 (bir yüz əlli) manat dövlət rüsumunun İddiaçı alınaraq X9 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə hazırki mülki iş üzrə qarşılıqlı iddia ərizəsinə etirazı Şabran Rayon məhkəməsinə təqdim edərək, X8 xx.xx.2023-cü il tarixli etibarnamənin özünün ona notariat kontorunun məsul şəxsinin iştirakı ilə verdiyini, bundan sonra xx.xx.2023-cü il tarixdə X8 oğlu Nümayəndə iştirakı ilə Nümayəndə ucadan xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin məzmununu X10 üçün oxuduqdan sonra X10 ilə aralarında xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin bağlandığını və X9 məxsus bank kartından çıxardığı 400 (dörd yüz) manat məbləğində pulu da özü geri verdiyini bildirmiş və bu halları nəzərə alaraq qarşılıqlı iddianın rədd edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(031)-692/2023 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ilə X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq X9 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim İlqar Cabbarov). Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(031)-692/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsindən görünür ki, İddiaçı oğlu ilə X10 arasında tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin İ bəndinə ninəlivaqüm) predmeti) əsasən İddiaçı oğlu müqavilədə göstərilən qaydada və şərtlərlə X8 adından və öz vəsaiti hesabına: 1.1. X8 adından onun mərhum həyat yoldaşı X21 oğlu üçün həmin pensiya və müavinət hesablandığı vaxtdan əvvəlki dövrlər üçün X9 ödənilməli olan pensiya və müavinətləri almaq məqsədi ilə müvafiq dövlət orqanlarına və banklara müraciət etməli və bankdan və ya bank kartından pulu almalı və götürməlidir; 1.2. Aldığı və götürdüyü həmin pulun yarısını özünə götürməklə, digər yarısını X9 verməlidir və 1.3. həmin müqavilənin 1.2-ci maddəsində göstərilən pulun yarısı tam götürdükdən sonra müvafiq bank kartını X9 qaytarmalıdır. Qeyd edilən müqavilənin 1.2-ci bəndindən görünür ki, gördüyü işin nəticəsində Dadaşova Minəxanımın alacağı pulun yarısı İddiaçı çatmalı idi. Hakim qeyd etmişdir ki, həmin müqavilənin 1.2-ci bəndinə X10 öz üzərinə belə bir öhdəlik götürməmiş, əksinə İddiaçı oğlu həmin bəndə əsasən X9 məxsus pul vəsaitini bankdan və ya bank kartından əldə etdikdən sonra yarısını özünə görülməli idi. Qeyd etmişdir ki, X9 məxsus pul vəsaitini bankdan və ya bank kartından yalnız özü əldə edə bilərdi. Hakim Konstitusiyanın 125-ci maddəsinə istinad edərək bildirmişdir ki, məhkəmə həqiqəti müəyyən etməlidir. Əgər əldə olunan pulun yarısının ona çatacağı barədə şərt yox idisə Minəxanım həmin müqaviləni niyə imzalayırdı? Yəni, hakim tərəfindən həqiqət müəyyən edilməmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilmişdir ki, X10 da həmin tapşırıq müqaviləsinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığını bildirmişdir. Qətnamənin əsaslandırma hissəsində daha sonra qeyd edilmişdr ki, “X8 İddiaçı oğlu tərəfindən xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin bağlanması məqsədilə aldadıldığını və vacib əhəmiyyətli yanılma, yəni bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv edərək həmin müqaviləni imzaladığını, bu halı aşkar edən kimi İddiaçı oğluna verdiyi etibarnaməni ləğv etdiyini bildirməsini, o cümlədən X10 tərəfindən İddiaçı oğlunun onun etimadından sui-istifadə edərək 400 dröd) yüz) manat məbləğində pulu onun bank kartından mənimsədiyini təsdiq edən hər-hansı bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyini...” nəzərə alaraq İddiaçı oğlunun X9 qarşı "pulun alınması" tələbinə dair ilkin iddiası təmin edilməməli, X8 İddiaçı oğluna qarşı "əqdin etibarsız hesab olunması və pul" tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, İddiaçı oğlu ilə X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsi etibarsız hesab edilməli və İddiaçı oğlundan 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq X9 ödənilməlidir. Qeyd etmişdir ki, tapşırıq müqaviləsinin etibarsız sayılması ilə bağlı qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş, lakin hakim tərəfindən müqavilə etibarsız sayılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X10 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Şabran Rayon Məhkəməsinin 2(031)-692/2023 nömrəli mülki işi üzrə proses iştirakçılarına dair çıxarışdan görünür ki, İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemində xx.xx.2023-cü il tarixdən etibarən müvafiq elektron kabineti vardır. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-692/2023 nömrəli mülki işi üzrə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin iş üzrə xx.xx.2023-cü il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə baxışı iclası barədə İddiaçı ünvanlanmış məhkəmə bildirişi CMS–"AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində müvafiq qaydada hazırlanaraq imzalanmışdır. İş materiallarında olan İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki, o, hazırki işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-692/2023 nömrəli mülki işi üzrə xx.xx.2023- cü il tarixli bildirişdən görünür ki, X9 həmin iş üzrə xx.xx.2023-cü il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə baxışı iclası barədə məhkəmə bildirişi göndərilmişdir. İş materiallarında olan 351545 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 Elxan Musa oğlunun anasıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AR-İİİ № 001084 nömrəli etibarnaməyə əsasən Nümayəndə X8 adından mülki məhkəmə icraatında iştirak etmək hüququ verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsindən görünür ki, İddiaçı ilə X10 arasında tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin İ bəndinə (müqavilənin predmeti) əsasən İddiaçı müqavilədə göstərilən qaydada və şərtlərlə X8 adından və öz vəsaiti hesabına: 1.1. X8 adından onun mərhum həyat yoldaşı X19 üçün həmin pensiya və müavinət hesablandığı vaxtdan əvvəlki dövrlər üçün X9 ödənilməli olan pensiya və müavinətləri almaq məqsədi ilə müvafiq dövlət orqanlarına və banklara müraciət etməli və bankdan və ya bank kartından pulu almalı və götürməlidir; 1.2. Aldığı və götürdüyü həmin pulun yarısını özünə götürməklə, digər yarısını X9 verməlidir və 1.3. həmin müqavilənin 1.2-ci maddəsində göstərilən pulun yarısı tam götürdükdən sonra müvafiq bank kartını X9 qaytarmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Quba Rayon X6 tərəfindən verilmiş 1256 nömrəli, xx.xx.2023-cü il tarixli stasionar xəstənin tibb kartasından (Forma №027/U) görünür ki, X10 xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixə kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Quba Rayon X2 "involyusion depressiv psixoz" diaqnozu ilə stasionar qaydada müalicə almışdır. Birinci instansiya məhkəməsi ilk iddianı təmin etməmiş, qarşılıqlı iddianı isə qismən təmin etmiş və bunu qətnaməsində haqlı olaraq onunla əsaslandırmışdır ki, İddiaçı X9 qarşı "pulun alınması" tələbinə dair ilkin iddia ərizəsində xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin 1.2-ci bəndinə istinad edərək, X8 ona 10000 (on min) manat məbləğində pul ödəməli olduğunu qeyd etsə də, həmin müqavilənin 1.2-ci bəndinə X10 öz üzərinə belə bir öhdəlik götürməmiş, əksinə İddiaçı həmin bəndə əsasən X9 məxsus pul vəsaitini bankdan və ya bank kartından əldə etdikdən sonra yarısını özünə götürməli idi və X10 da həmin tapşırıq müqaviləsinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığını bildirmişdir. Bununla yanaşı X5 Fərhad Sahib oğlu tərəfindən ona məxsus bank kartından onun etimadından sui-istifadə edərək 400 (dörd yüz) manat məbləğində pulu mənimsədiyini bildirsə də, bunu təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsində onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Həmin Məcəllənin 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Həmin Məcəllənin 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Həmin Məcəllənin 347.6-cı maddəsinə əsasən yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Həmin Məcəllənin 347.7-ci maddəsinə əsasən Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. İş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh latın əlifbası ilə yaza bilmir, müqavilə isə latın əlifbası ilə yazılmışdır. Pensiya təminatının həyata keçirilməsi ilə bağlı tapşırıq müqaviləsinin 1.3-cü bəndi, yəni alınmış pulun yarısının ilkin iddiaçıya verilməli olması X9 münasibətdə son dərəcə ağır şərtlərlə bağlanmış, bu isə onun vacib əhəmiyyətli yanılmasının təsiri altında müqavilə bağlanmasını təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(031)-692/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-420/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-420/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver