Məhkəmə qərarları › İş №2(004)-5365/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5365/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5365/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış 20 may 2020-ci il tarixli, 01307 saylı Kredit Müqaviləsinin, Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 20 may 2020-ci il tarixli, 01307/ZM saylı Zaminlik Müqaviləsinin ləğv edilməsi və 20 may 2020-ci il tarixli, 01307/ZM saylı kredit müqaviləsi üzrə Cavabdeh1 aid və 19228,27 (on doqquz min iki yüz iyirmi səkkiz manat iyirmi yeddi qəpik) manat məbləği əsas borc, 2397,8 (iki min üç yüz doxsan yeddi manat səksən qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc, 26,17 (iyirmi altı manat on yeddi qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla, cəmi 21652,24 (iyirmi bir min altı yüz əlli iki manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitini, ümumilikdə 21682,24 (iyirmi bir min altı yüz səksən iki manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaitini 12 noyabr 2020-ci il tarixli 0130/İM saylı İpoteka Müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı “Toyota Prius” markalı, “**-OX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, açıq hərracdan satılması və əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait ödəməyə kifayət etmədikdə, qalan məbləği cavabdehlərdən müştərək qaydada tutaraq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC 19.10.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən cavabdehin işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclas protokoluna imza edilməklə rəsmiləşdirilir. Hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilmiş, lakin buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və işin mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, İddiaçı BOKT MMC – nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar