Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5371/2020 16.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh kreditor borcu üzrə 1542 manat, faiz borcu üzrə 532 manat və 10 manat dövlət rüsumu, cəmi 2084 manatın tutularaq İddiaçı ASC-nin Nərimanov filialına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1514/2010 nömrəli, xx.xx.2010cu il tarixli məhkəmə əmri ilə ərizə təmin edilərək məhkəmə əmri çıxarılmışdır. Borclu Cavabdeh əmrdən etiraz verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1514/2010 nömrəli, xx.xx.2010-cu il tarixli məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1514/2010 nömrəli, xx.xx.2020ci il tarixli qərardadı ilə etiraz təmin olunmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1514/2010 nömrəli, xx.xx.2010-cu il tarixli əmri ləğv edilərək iş üzrə iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 706İ saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank cavabdehə illik 30 faiz ödəmək şərtiylə 12 ay müddətinə 1850 manat məbləğində kredit vermişdir. Lakin borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə müqavilə şərtlərini pozmuşdur. Cavabdeh məhkəmə əmri çıxdıqdan sonra ümumilikdə borcundan 200 manat məbləğində ödəniş edilmiş, hazırda əsas borc üzrə 1341.66 manat əsas, faiz borcu üzrə 531.82 manat borcu vardır. Cavabdehə bank tərəfindən gecikdirilmiş borc üçün cərimə borcu tərtib edilsə də, hal-hazırda onlar həmin borcun tutulması barədə məhkəməyə iddia atələbinin artırılması ərizə verməmişlər. Qətnamə çıxarılarkən qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, düzdür o bankdan kredit almış və bank tərəfindən ona illik 30 faiz ödəmək şərtiylə 12 ay müddətinə 1850 manat məbləğində kredit verilmişdir. Lakin o, banka olan borcunu tamami ilə ödəmiş və həmin ödənişləri bankın işçiləri olmuş, lakin hal-hazırda bank bağlandıqdan sonra həbs edilmiş Ramin və Kamran adında şəxslər etmişdir. O, borcunu ödəsə də, hələdə bankda onun adına borcunun qalmasını başa düşə bilmir. Banka ödədiyi ödənişlərin qəbzlərini saxlamamışdır. Belə ki, artıq 10 ildən çox vaxt keçmişdir və həmin ödəniş qəbzlərinin qalması absurtdur. Bügünkü günə kimi də ona ümumiyyətlə banka borcu olması barədə hər hansı bir xəbərdarlıq belə gəlməmişdir. Məhkəmə tərəfindən ondan borcun tutulması qərara alınacaqsa, o zaman əsas borcun tutulması, faiz borcununun silinməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, o artıq ödədiyi məbləği yenidən ödəyəcəkdir. Qətnamə çıxarılarkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 706İ saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə illik 30 faiz ödəmək şərtiylə 12 ay müddətinə 1850 manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq borcu yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli çıxarışa əsasən 1341.66 manat əsas, 531.82 manat faiz, 790.43 manat cərimə borcu vardır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia tələbinin cavabdehdən 1542 manat məbləğində əsas borc və 532 manat faiz borcunun tutulması hissəsinə münasibətdə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehdən əsas borc üzrə 1542 manat, faiz borcu üzrə 532 manat tutulmasını xahiş etsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsinin etiraf edici izahatına və iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, cavabdehin iddiaçıya əsas borc üzrə 1341.66 manat, faiz borcu üzrə isə 531.82 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Bundan başqa iş materiallarında olan xx.xx.2020-ci il tarixli hesabdan çıxarışa əsasən borclunun cərimə üzrə borcunun 790.43 manat təşkil etməsi müəyyən edilsə də, məhkəmə hesab edir ki, bu hissəyə münasibət bildirilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbində cavabdehdən hər hansı bir məbləğdə cərimə borcu üzrə pul vəsaitinin tutulması ilə bağlı tələb irəli sürülməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 1341 (bir min üç yüz qırx bir) manat 66 (altmış altı) qəpik, faiz borcu üzrə 531 (beş yüz otuz bir) manat 82 (səksən iki) qəpikt, ümumilikdə 1873 (bir min səkkiz yüz yetmiş üç) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 1341 (bir min üç yüz qırx bir) manat 66 (altmış altı) qəpik, faiz borcu üzrə 531 (beş yüz otuz bir) manat 82 (səksən iki) qəpikt, ümumilikdə 1873 (bir min səkkiz yüz yetmiş üç) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5371/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5371/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver