Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5374/2021 13.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli 103427-1-35173 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 21.06.2021-ci il tarixə banka borclu olduğu 956,38 manat məbləğində əsas borcun, 71,98 manat məbləğində faiz borcunun, ümumilikdə 1028,36 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan 17.09.2019-cu il tarixli nağd kreditin alınması üçün ərizəanketə əsasən müəyyən olunur ki, Cavabdeh banka 1500 manat məbləğində kreditin ayrılması üçün müraciət etmişdir. İş materiallarında olan 17 sentyabr 2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 103427-1-35173 nömrəli nağd pul krediti müqaviləsinə əsasən müəyyən olunur ki, bank Cavabdeh 36 ay müddətinə, illik faiz dərəcəsi 24 faiz olmaqla 1500 manat məbləğində kredit verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan müqaviləyə 1 nömrəli əlavəyə əsasən müəyyən olunur ki, cavabdeh isə həmin krediti 19.09.2022-ci il tarixə qədər, 36 ay müddətinə, illik 24 faiz olmaq şərti ilə, sonuncu ay 41,16 manat olmaqla, hər ay 59,21 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. 17.09.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 1485 manat məbləğində pul Cavabdeh tərəfindən təhvil alınmışdır. 21.06.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, 21.06.2021-ci il tarixə Cavabdeh 17 sentyabr 2019-cu il tarixli, 103427- 1-35173 nömrəli nağd pul krediti müqaviləsi üzrə 956,38 manat əsas, 71,98 manat faiz borcu olmaqla ümumilikdə, 1028,36 manat borcu vardır. İş materiallarında olan 18.05.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə yaranmış borcun ödənilməsi barədə xəbədarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 17 sentyabr 2019-cu il tarixli 103427-1-35173 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 21.06.2021-ci il tarixə banka borclu olduğu 956,38 manat məbləğində əsas borc, 71,98 manat məbləğində faiz borcu, ümumilikdə 1028,36 manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli 103427-1-35173 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 21.06.2021ci il tarixə banka borclu olduğu 956,38 manat məbləğində əsas borc, 71,98 manat məbləğində faiz borcu, ümumilikdə 1028,36 (bir min iyirmi səkkiz manat otuz altı qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Bank “VTB (Azərbaycan)” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5374/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5374/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver