Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5381/2020 16.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsinə baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Yasamal rayon Qeydiyyat Şöbəsini cəlb edərək, xx.xx.1949-cu il təvəllüdlü qardaşı X1 itkin düşməsi, ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlərə əməl etmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 313- cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi xüsusi icraat qaydasında ayrı-ayrı tələbləri birləşdirərək, məhkəmədən qardaşı X1 itkin düşməsi, ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə qeyd edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu və 313-cü maddələrinə riayət edilmədən verilmişdir. Buna görə də ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5381/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5381/2020
16.10.2020 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver