Məhkəmə qərarları › İş №2(004)-5402/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5402/2021

17.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5402/2021 17.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR ƏMDK-nın yanında DƏDRXnin Bakı Ərazi İdarəsi və Bakı şəhəri 12 saylı Notariat Kontoru cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə 17.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək X7 ilə X17 arasında bağlanmış 18.08.1998-ci il tarixli, 060022 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X10 adına verilmiş mülkiyyət hüququ haqqında MH seriyalı, 168446 nömrəli qeydiyyat vəsiqəsinin, Cavabdeh1 və Cavabdeh2 Vaqif qızının adına AR ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın 2/6 hissənin 1 otağından 1/3 hissəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən əmlak ona və bacısı Nərgiz Sadıqovaya vərəsəlik qaydasında mərhum ataları Əliyev X1. Mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş bu haqda onlara Azərbaycan Respublikası ƏMDK-in yanında DƏDRX tərəfindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Halbuki onların payı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın 2/6 hissənin 2 otağından ibarət olmalıdır. Belə ki, Cavabdeh1 onlara qarşı mənzilə köçürülmə iddiası qalxdıqdan sonra ona məlum olmuşdur ki, mərhum valedeynlərinin və yaxın qohumlarının məlumatı, şahidliyi və iştirakı ilə 18 avqust 1998-ci il tarixdə 060022 nömrəli müqavilə ilə mərhum atası X7 Bakı şəhəri 12 saylı Notariat Kontorunda formal olaraq ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın 2/6 hissənin 2 otağından birini qaynı olmuş X10 adına rəsmilədirmişdir. Rəsmiləşdirmənin səbəbi ondan ibarət olmuşdur ki, həmin ərəfələrdə ümumimilli liderimiz Heydər Əliyevin göstərişi ilə “Sovetski” adlanan ərazi sökülüb yenidən qurulması üçün nəzərdə tutulmuşdur və bu səbəbdən hər bir mülkiyyətçiyə və sakinə (adam başı) kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Atası ilə mərhum dayısı Vaqif Quliyev arasında etibarlı münasibətlər olduğu üçün yaxın qohumların məsləhəti ilə belə razılığa gəlinmişdir ki, atasının adında olan payının bir hissəsi sökülərkən əlavə kompensasiya almaq üçün Vaqif Quliyevin adına rəsmiləşdirilsin. Bu minvalla yuxarıda qeyd edildiyi kimi 18 avqust 1998-ci il tarixdə 060022 nömrəli müqavilə ilə mərhum atası X7 Bakı şəhəri 12 saylı Notariat Kontorunda formal olaraq ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın 2/6 hissənin 2 otağından birini qaynı olmuş X10 adına rəsmilədirmişdir. Müqaviləyə əsasən Bakı şəhəri İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X10 adına mülkiyyət hüququ haqqında MH seriyalı, 168446 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Lakin “Sovetski” adlanan ərazi söküntüyə verildikdən sonra məlum olmuşdur ki, pul kompensasiyası adam başına deyil, kvadrat metrə görə verilir. Bundan sonra isə hadisələr dəyişmiş, əvvəl atası İsrafil Əliyev, sonradan dayısı Vaqif Quliyev dünyasını dəyişmiş və bu səbəbdən 18 avqust 1998-ci il tarixli, 060022 nömrəli müqavilə ilə onlara məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın 2/6 hissənin 2 otağından birininin Vaqif Quliyevin adından çıxarıb onların adına qaytarılması baş tutmamışdır. Onu da qeyd edir ki, Cavabdeh1 və Cavabdeh2 mərhum dayısı X10 övladları və vərəsələridir. X16 miras qalan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın 2/6 hissənin 2 otağından biri olan əmlakı qəbul etmişlər və onlara Azərbaycan Respublikası ƏMDK-in yanında DƏDRX tərəfindən çıxarış verilmişdir. Beləliklə, atası İsrafil Əliyevə məxsus olan daşınmaz əmlak formal olaraq görüntü üçün Vaqif Quliyevin adına rəsmilədirmişdir və obyektiv səbəblərdən (müqavilə tərəfləri öldükləri üçün) əvvəlki vəziyyətə qayıtmamışdır ki, bununla da X5 vərəsələri olaraq onun və bacısının konstitusion hüquqları kobudcasına pozulmuşdur. Cavabdeh1 15.11.2021-ci il tarixdə etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı ona və bacısı Cavabdeh2 qarşı iddia tələbi qanunsuz və əssasızdır. İddiaçı tələbləri tam əssasız və sübutsuzdur. 18 avqust 1998-ci il tarixində atası X3 Samirənin atası X8 ilə müqavilənin bağlandığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinin normalarına tam uyğun olaraq 060022 nömrəli müqavilə bağlanmışdır və X6 müavilədə göstərilən məbləğ tam ödənilmişdir. Atası ilə X13iu arasında bağlanan sövdələşmə hər hansı bir qanunsuz xarakter daşımamış, hər iki tərəfin əsil niyyətinə uyğun olmuşdur. Bu sövdələşmənin etibarsız sayılması üçün heç bir əsas yoxdur. Bundan əlavə, iddiaçı Samirənin iddia ərizəsinə qeyd etdiyi kimi müqavilədən yalnız bu il məlum olması həqiqətə uyğun gəlmir. Halbu ki, o ev çıxarışını 2018-ci ildə almışdır. O, görə bilirdi ki, atası öz ev hissəsinin sahibkarıdır. Bundan əlavə elə güman edir ki, onun hələ 1998-ci ildə müqavilədən məlumatı var idi. Bununla da əlaqədar iddia ərizəsinin müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən məhkəmə tərəfindən 1998-ci ildə qüvvədə olan iddia müddəti tətbiq edilir. Hesab edir ki, İddiaçı yuxarıdakı müqaviləyə etiraz etməyə subyektiv hüququ yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə xəbər verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh1 15.11.2021-ci il tarixdə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoru 15.11.2021-ci il tarixdə ərizə göndərək mülki işə onun nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 15.11.2021-ci il tarixdə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verərək hazırki iş üzrə iddia müddətinin tətbiq olunaraq rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X7 ilə X17 arasında bağlanmış 18.08.1998-ci il tarixli, 060022 nömrəli razılaşmanın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi, 23 saylı evin 2/6 hissənin 1 otağından sahəsi 7,4 m2 olan hissə X7 tərəfindən 200000 manata X2. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 168446 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi, 23 saylı evin bir otaqdan ibarət hissəsi mülkiyyət hüququ üzrə X10 mülkiyyətində olmuş və bu barədə 10.09.1998-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi, 23 saylı ev mülkiyyət hüququ üzrə 08.10.2018ci il tarixdə qeydiyyat aparılmaqla 2/6 hissənin 1 otağından 1/3 hissədə İddiaçı, 22.04.2021-ci il tarixdə qeydiyyat aparılmaqla 2/6 hissənin 1 otağından ½ hissə Cavabdeh2, 03.05.2021-ci il tarixdə qeydiyyat aparılmaqla 2/6 hissənin 1 otağından ½ hissə Cavabdeh1 mülkiyyətindədir. İşin müəyyən olunmuş halları odur ki, mübahisə predmeti olan ev 1998-ci ildə iddiaçının atasının paylı mülkiyyətində olmuş, 18.08.1998-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən o, öz payından 2/6 hissədə bir otağı cavabdehlərin atası olan X2. Bundan sonra müqavilənin hər iki tərəfi vəfat etmiş, cavabdehlərin atasının mülkiyyətində olan hissə qanun üzrə vərəsəlik əsasında cavabdehlərə miras qalmış və adlarına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı atası X7 ilə cavabdehlərin atası X17 arasında bağlanmış 18.08.1998-ci il tarixli alğı-satqı müqaviləsinin formal olaraq bağlanmış olduğunu bildirərək etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsi və çıxarışın ləğv edilməsini xahiş edir. Cavabdeh isə iddiaya etiraz edir və iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı 18.08.1998-ci il tarixli müqavilənin formal olaraq bağlandığını iddia etsə də, bunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 11.09.1964-cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 53-cü maddəsinə əsasən hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd etibarsızdır. Əqd başqa əqdi pərdələmək üçün bağlanmışdırsa tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X11 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə həmçinin iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçının 1998-ci ildə mübahisə predmeti olan müqavilədən məlumatı olduğunu bildirsə də buna dair sübut ərizəyə əlavə etməmişdir. Müddət iddiaçının evə dair çıxarışı aldığı tarixə, yəni 08.10.2018-ci il tarixə görə hesablandıqda isə üç illik iddia müddəti ötürülməmiş hesab olunur. Belə ki, iddiaçı məhkəməyə 17.08.2021-ci il tarixdə müraciət etmişdir. Belə ki, hüquq münasibətlərinin yarandığı zaman, yəni 1998-ci ildə qüvvədə olan 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsində ümumi iddia müddəti üç il müəyyən edilmişdir. 11.09.1964-cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı X7 ilə X17 arasında bağlanmış 18.08.1998-ci il tarixli, 060022 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X10 adına verilmiş mülkiyyət hüququ haqqında MH seriyalı, 168446 nömrəli qeydiyyat vəsiqəsinin, Cavabdeh1 və Cavabdeh2 Vaqif qızının adına AR ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv olunması tələbinə dair iddiası rədd edilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı X7 ilə X17 arasında bağlanmış 18.08.1998-ci il tarixli, 060022 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X10 adına verilmiş mülkiyyət hüququ haqqında MH seriyalı, 168446 nömrəli qeydiyyat vəsiqəsinin, Cavabdeh1 və Cavabdeh2 Vaqif qızının adına AR ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv olunması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar