Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5416/2023 13.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5450 (beş min dörd yüz əlli) manat əsas borc, faiz borcu 902,75 manat, cərimə borcu 850,41 manat olmaqla cəmi 7203,16 manat məbləğində pulun və iddia ərizəsi verilərkən ödənilmiş 93 (doxsan üç) manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi və tutmanın Cavabdeh məxsus olan 750 əyarı, çəkisi 11.7 qram olan 2 ədəd Üzük, 750 əyyar 3.7 qram Boyunbağı və 585 əyarı 30 qram çəkisi olan komplekt yönədilərək satılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh qızmadan tutularaq iddiaçı "xxxx" MMC-yə hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə "xxxx" MMC ilə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən borc alana istehlak (Lombard) məqsədilə 5450 (beş min dörd yüz əlli) AZN məbləğində 36 ay müddətinə illik 38 faizlə ödəməsi şərtilə təminatlı borc verilmişdir. Kredit alan isə aldığı borcu kredit ödəniş gününə 255,89 manat qaytarmağı və bu müqavilə üzrə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə saxlanc girovu haqqında müqavilə bağlanmışdır. xx.xx.2023-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair akta əsasən Cavabdeh məxsus olan 750 əyarı, çəkisi 11.7 qram olan 2 ədəd Üzük, 750 əyyar 3.7 qram Boyunbağı və 585 əyarı 30 qram çəkisi olan komplekt girov qoyulmuşdur. Kredit müqaviləsinin bağlanmasından sonra heç bir ödəniş edilməmişdir, 6 ay müddət ötməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək MMC-yə olan borcunu geri qaytarmamışdır. Beləliklə də, cavabdeh müqavilə öhdəliklərini kobudcasına pozaraq MMC-yə maddi zərər vurmuşdur. Borcun könüllü qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və ən sonda rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Cavabdeh MMC-yə olan borcunu yaxın zamanlarda qaytaracağına söz versə də, sözügedən müqavilənin şərtlərini pozaraq, borclu olduğu 5450 manat kredit müqaviləsi üzrə aylıq ödənişlərini günü bu günədək "xxxx" MMC-yə qaytarılmasını təmin etməmişdir. Bununla əlaqədar olaraq, "xxxx" MMC rəhbərliyi olaraq hüquqlarımızın qorunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə istinad edərək, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 317, 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.2, 739.1, 739.2, 741-ci maddələrini nəzərə alaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACLMB00-01036 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana illik 38% olmaqla 36 ay müddətinə 5450 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, eyni tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACLMB00-01036 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən Cavabdeh məxsus olan 750 əyarı çəkisi 11.7 qram olan 2 ədəd Üzük, 750 əyyar 3.7 qram Boyunbağı və 585 əyarı 30 qram çəkisi olan komplekt banka girov qoyulmuş və həmin qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən "xxxx" MMC-yə saxlanca verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli ACLMB00-01036 saylı kredit müqaviləsi üzrə banka olan borcu 5450 manat əsas, 1052,25 manat faiz və 1198,33 manat cərimə faizləri olmaqla, cəmi 7700,58 manat borc pul təşkil edir. Göründüyü kimi, borc verən müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 5450 manat əsas borc, 902,75 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 6552,75 (altı min beş yüz əlli iki manat 75 qəpik) manat məbləğində borc və 93 (doxsan üç) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməlidir, tutma cavabdehə məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilərək, açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına banka olan borc ödənilməlidir. İddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Bununla yanaşı, iddia girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun cavabdehin digər əmlakına yönəldilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tələb həmin hissədə kifayət qədər əsaslandırılmadığından, həmçinin, qeyd olunan məsələ icra məhrələsinə aid olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ACLMB00-01036 saylı kredit müqaviləsi üzrə 5450 manat əsas borc, 902,75 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 6552,75 (altı min beş yüz əlli iki manat 75 qəpik) manat məbləğində borc və 93 (doxsan üç) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus olan girov qoyulmuş likvid dəyəri - 3107 manat olan 750 əyarı çəkisi 11.7 qram olan 2 ədəd Üzük, 750 əyyar 3.7 qram Boyunbağı və 585 əyarı 30 qram çəkisi olan komplektə yönədilərək açıq hərracda satılsın. Həmin qızıl-zinət əşyalarının satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. Qızıl-zinət əşyalarının satışından əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, yerdə qalan məbləğ ümumi qaydada cavabdehdən tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5416/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5416/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver