Məhkəmə qərarları › İş №2(004)-5417/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5417/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5417/2021 07.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı ASC-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-in Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-in Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.02.2014-cü il tarixli kredit müqaviləsi üzə 59,82 manat əsas borc, 32,37 manat faiz borcu, 6,81 manat cərimə və kredit müqaviləsi üzrə 11.02.2015-ci il tarixdən 10.08.2021-ci il tarixədək gecikdirilmiş illik 5(beş) faizlə hesablanmış 1,35 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 100,35 (yüz manat otuz beş qəpik) borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, dövlət rüsumu səhvən 30 manat ödənilib və qətnamə çıxarılarkən cavabdehdən 30 manat deyil, 20 manat məbləğində dövlət rüsumu tutulmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə iddiaçıya heç bir məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan X2 Bankı ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2014cü il tarixli 22-P-1-0-174-14 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank Cavabdeh 632 manat məbləğində kredit verməyi, borcalan (Cavabdeh) isə müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür, kredit vəsaitindən istifadə müddəti 12 aydır və 11.02.2015-ci il tarixdə bitir. İş materiallarında olan 11.02.2014-cü il tarixli 22-P-1-0-174-14 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh sonuncu ay 61,62 manat olmaqla 11.03.2014-cü il tarixdən 11.02.2015-ci il tarixədək hər ay 61,61 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.02.2014-cü il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh 632 manat məbləğində pulu almışdır. İş materiallarında olan 10.08.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 59,82 manat əsas borc, 32,37 manat faiz borcu, 6,81 manat cərimə və kredit müqaviləsi üzrə 1,35 manat məbləğində əldən çıxmiş fayda olmaqla ümumlikdə 100,35 manat borcu vardır. İş materiallarında olan 20.04.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək borcunu tam ödəməmişdir. Məhkəmə həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən və iddiaçınını nümayəndəsinin izahatını nəzərə alaraq qeyd edir ki, iddia tələbi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində azalıdalaraq 20 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 11.02.2014-cü il tarixli kredit müqaviləsi üzə 59,82 manat əsas borc, 32,37 manat faiz borcu, 6,81 manat cərimə və kredit müqaviləsi üzrə 11.02.2015-ci il tarixdən 10.08.2021-ci il tarixədək gecikdirilmiş illik 5(beş) faizlə hesablanmış 1,35 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 100,35 (yüz manat otuz beş qəpik) borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11.02.2014-cü il tarixli kredit müqaviləsi üzə 59,82 manat əsas borc, 32,37 manat faiz borcu, 6,81 manat cərimə və kredit müqaviləsi üzrə 11.02.2015-ci il tarixdən 10.08.2021-ci il tarixədək gecikdirilmiş illik 5(beş) faizlə hesablanmış 1,35 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 100,35 (yüz manat otuz beş qəpik) borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar