Məhkəmə qərarları › İş №2(004)-5426/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5426/2021

16.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5426/2021 16.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətlərində olan hissəsinə giriş qapısını bağlayaraq, açarı özündə saxlamaqda və həmin hissəyə iddiaçının girişini məhdudlaşdırmaqla mülkiyyət hüququnun həyata keçirilməsində ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Cavabdeh üzərinə Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətlərində olan hissəsinə giriş qapısının açılması və giriş qapısının açarının birinin iddiaçıya verilməsi vəzifəsinin qoyulması, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətlərində olan hissəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıdan başqa X12, X11, X13, X21, X4, X8, X5 və iddiaçının mərhum atası X14 paylı mülkiyyətində olsa da, sonuncu 12.10.2017-ci il tarixdə vəfat etdiyindən, mərhumun mübahisəli əmlakdakı payı vərəsəlik əsasında iddiaçının mülkiyyətinə keçmiş və həmin daşınmaz əmlakın bir otağına mülkiyyət hüquqları “Daşınmaz Əmlakın Dövlət Reyestrində” 14.07.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən rəsmiləşdirilmişdir. İddiaçı özü qeyd olunan evdə anadan olaraq, orada qeydiyyatda olmaqla yaşamışdır. Sonradan Türkiyə Respublikasına gedərək ailəs ilə Türkiyədə yaşasa da, mütəmadi olaraq Azərbaycan Respublikasına gəlib-gedir. Sonuncu dəfə 19.06.2021-ci il tarixdə Azərbaycana gələrək, mərhum atasından qalmış Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evindəki payı qəbul edərək, həmin paya çıxarış alsa da, mənzilə daxil ola bilməmişdir. Belə ki, iddiaçıya məlum olmuşdur ki, uzun illər mərhum atası ilə aralarında məhkəmə mübahisəsi olmuş X7 məxsus pay vərəsəlik qaydasında hazırkı iş üzrə Cavabdeh mülkiyyətinə keçdikdən sonra, sonuncu hazırda iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin də daxil olduğu otağa ümumi giriş qapısını açarla bağlayaraq ora heç kimin, o cümlədən də iddiaçının daxil olmağına icazə vermir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, ünvan 12017-ci ildə vəfat etmiş R.A.Sultanovla 27.11.2020-ci ildə vəfat etmiş X9 arasında Bakı Apellyasiya məhkəməsinin 03.06.2005-ci il tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07.09.2005-ci il tarixli, Yasamal rayon məhkəməsinin 10.11.2015-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 03.06.2016-cı il tarixli və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 23.05.2018-ci il tarixli Qərarları ilə yekunlaşmış və qanuni qüvvədə olan məhkəmə aktlarından məlum olur ki, İddiaçı tələblə əlaqədar subyektiv hüququ olmadığı halda, qeyri-dəqiq və sayca 3-cü dəfə məhkəməyə müraciət olunmuşdur. İddiaçının tələbinin əsassız və tələb üzrə subyektiv hüququnun olması ilə əlaqədar bildirmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 23.05.2018-ci il tarixli Qərarından bəlli olur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının 09.03.2018-ci il tarixli Qərardadı ilə İddiaçı atası X14 hüquqi varisi kimi məhkəmədə iştirak etdiyindən, onun, R.A.Sultanovun T.N.Ramazanova ilə məhkəmə çəkişməsindən və qeyd olunan məhkəmə aktları ilə mənzillə əlaqədar mübahisənin artıq həll olmasını bilməsinə baxmayaraq, texniki səhv nəticəsində DƏDR Xidmətindən vərəsəlik qaydasında adına almış Çıxarışa əsasən əsassız mübahisə qaldırmış və bu zaman mülkiyyətində olan ¼ hissəsinin mənzilin hansı otağına aid olmasını tələbində göstərməmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nmayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının mərhum atası Rafiq Sultanov 11.12.1997-ci ildə Bakı şəhəri, 19 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, A.Sultanov küçəsi, 14/28 saylı evin sahəsi 16.34 kv.m olan bir otağını X1. 16.07.1997-ci ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən həmin evin sahəsi 11.6 kv.m olan otağının mülkiyyətçisi iddiaçının atası hesab olunur. Sahəsi 16.34 kv.m olan otağı Sidiqə xanıma satdıqadna sonra mərhum Rafiq Sultanov sahəsi 11.6 kv.m olan mübahisəli otağı da S.Kazımovanın istifadəsinə vermiş və ailəsi ilə birlikdə Rusiyaya köçmüşdür. Aralarındakı şıfahi razılaşmaya əsasən Rafiq Sadıqov qayıtdıqda Sidiqə Kazımova həmin otağı boşaldacaqdır. S.Kazımova 25.09.1999-cu ildə sahəsi 16.34 kv.m olan Tatyana Ramazanovaya satmış, T.Ramazanova isə 11.6 kv.m sahəsi olan otağı da zəbt etmişdir. Hazırda həmin mübahisəli otaq vərəsəlik əsasında Cavabdeh İkramuddinovanın mülkiyyətindədir. Mübahisə ilə bağlı ilk öncə “otaqdan çıxarılma” iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdur. Həmin iddia tələbi Yasamal rayon Məhkəməsinin 23.02.2005-ci il tarixli qətnaməsi ilə təmin olunsa da Apellyasiya Məhkəməsinin 03.06.2005-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Bundan sonra onlar həmin mübahisəli otağın Rafiq Sultanovun sahiblik və istifadəsinə qaytarılmasına dair iddia tələbi ilə Yasamal rayon məhkəməsinə müraciət etmişlər. Yasamal rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 03.06.2016-cı il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv olunmuşdur. Göründüyü kimi, mübahisəli məsələ ilə bağlı bir neçə dəfə iddia qaldırmış olsalar da onların xeyrinə nəticə verməmişdir və qətnamələr öz qanuni qüvvələrini almışdır. Hazırda isə o iddianın predmetini dəyişərək məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 03.06.2005-ci il tarixli, 1MK-2969/2005 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, R.X2 arasında Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən evin sahəsi 16,34 kv.m olan yaşayış otağına dair 11 dekabr 1997-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmışdır. Göstərilən alqı-satqı müqaviləsi 11 dekabr 1997-ci il tarixdə Bakı şəhəri, 19 saylı Dövlət Notariat Kontorunda 3M-A5/640 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq edilmişdir. Daha sonra X19 ilə X9 arasında Bakı şəhəri, A.Sultanova küçəsi, 14 saylı evin sahəsi 16,34 kv. metr olan yaşayış otağına və sahəsi 20,3 kv.metr olan köməkçi otağına 25 sentyabr 1999-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 03.06.2005-ci il tarixli, 1MK- 2969/2005 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, ölçüsü 16,34 kv.m olan yaşayış sahəsi T.Ramazanova tərəfindən mətbəxsiz və ölçüsü 11,6 kv.m olan yardımçı sahəsiz istifadə oluna bilmədiyindən həmin yardımçı sahələr yaşayış otağının tərkib hissələri sayılmalıdır, sahəsi 11,6 kv.m olan mübahisəli otaq əsas otaqdan təcrid olunmayıb, həmin sahənin müstəqil giriş-çıxışı yoxdur, ona görə də həmin sahə müstəqil alqı-satqının predmetini təşkil edə bilməz. Qeyd edilən qətnamə ilə X14 cavabdeh Ramazanova Tatyana Nikolayevna qarşı yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.09.2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 03.06.2005-ci il tarixli, 1MK-2969/2005 saylı qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3049/2016 saylı 03.06.2016-cı il tarixli qətnaməsindən görünür ki, iş üzrə mubahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 nömrəli evin 11,6 kv.m sahəsi olan otağına dair məhkəmə qərarları ilə hüquqi qiymət verildiyindən, bu məhkəmə qərarları qanuni qüvvəyə malki olduqlarından həmin işlər üzrə müəyyən edilmiş hallara zidd olaraq iddiaçı X14 cavabdeh X3rşı Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14/28 ünvanında yerləşən və mülkiyyətində olan ümumi sahəsi 11,6 kvşm olan fərdi yaşayış evini cavabdehin qanunsuz, artıq istifadəsindən, onun sahibliyinə və istifadəsinə qaytarılması barədə iddia tələbinin təmin edilə bilməməsi müəyyən edilmiş və həmin qətnamə ilə iddiaçı X14 cavabdeh Ramazanova Tatyana Nikolayevnaya qarşı Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14/28 ünvanında yerləşən və mülkiyyətində olan ümumi sahəsi 11,6 kvşm olan fərdi yaşayış evini cavabdehin qanunsuz, artıq istifadəsindən, onun sahibliyinə və istifadəsinə qaytarılması barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3641/2018 saylı 23.05.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3049/2016 saylı 03.06.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsində yerləşən 14 saylı evin ¼ hissədən 1 otaq Cavabdeh mülkiyyəti kimi 24.06.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materillarında olan AZ-İİ №116884 seriya nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X10 27 noyabr 2020-ci ildə vəfat etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətlərində olan hissəsinə köçürülməsi və iddia ərizəsində qeyd edilən digər tələblər barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iş materialları ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən yaşayış sahəsi X20 tərəfindən X15, daha sonra isə X19 tərəfindən X7 satılmışdır. İddiaçının Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətdə olması ilə bağlı iddiası əsasızdır. Belə ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK-2969/2005 saylı, 03.06.2005-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3049/2016 saylı 03.06.2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnamələri ilə mübahisəli sahənin qeyd edilən yaşayış evinin tərkib hissəsi olması və onun alqı-satqı müqaviləsinin müstəqil predmeti ola bilməməsi müəyyən edilmiş və əşyaya mürəkkəb əşya kimi yanaşılmışdır. Məhkəmə qeyd edir ki, mübahisənin mahiyyəti üzrə yekun məhkəmə aktları qəbul edildiyindən və iddia ərizəsində qeyd edilən daşınmaz əmlakdakı iddiaçının payına artıq hüquqi qiymət verildiyindən məhkəmə hesab edir ki iddia tam əsassızdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının qeyd edilən daşınmaz əmlaka pay hüququ tanınmamış və rədd edilmişdir. Bunnan irəli gələrək məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlaka köçürülməsi və digər neqator tələbləri təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf etirazında iş üzrə icraata xitam verilməsi xahiş etsə də məhkəmə qeyd edir ki, işin mahiyyəti eyni olsa belə, iddiaçı digər iddialardan fərqli olaraq iddianın predmetini dəyişdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.9-cu maddəsinə əsasən əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Həmin maddənin 10-cu bəndinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətlərində olan hissəsinə giriş qapısını bağlayaraq, açarı özündə saxlamaqda və həmin hissəyə iddiaçının girişini məhdudlaşdırmaqla mülkiyyət hüququnun həyata keçirilməsində ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Cavabdeh üzərinə Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətlərində olan hissəsinə giriş qapısının açılması və giriş qapısının açarının birinin iddiaçıya verilməsi vəzifəsinin qoyulması, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətlərində olan hissəsinə köçürülməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar