Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4108/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Bayramzadə Xanlar Əsgər oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-268/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Həsənov) iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri X ünvana köçürülmələri, ünvan 1ləşən yaşayış sahəsinin açıq hərracda satılması, əmlakın satışından əldə olunan pul vəsaitinin İddiaçı1, İddiaçı2 və Cavabdeh1 arasında, müvafiq olaraq 1/3 hissədə olmaqla bölüşdürülməsi, əmlakın açıq hərracda ilkin satış qiymətinin 120.000 (yüz iyirmi min manat) müəyyən edilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən, məruzəçi), M.Məmmədov və E.Şamayev, 2(103)3296/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)268/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə və onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzilə köçürülmə, mənzilin paylara mütənasib naturada bölünməsi, bu, mümkün olmadıqda əmlakın açıq hərracda satılması və pulun paylara mütənasib bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri X onların ailəsinin mülkiyyətindədir. Həmin mənzil onların ailəsinin istifadəsində olm uş, sonradan isə İddiaçı2 həyat yoldaşı X3 adına özəlləşdirilmişdir. İddiaçı1 1970-ci il tarixdə həmin evdə anadan olmaqla yaşamışdır. xx xxxxxx 2008-ci il tarixdə X5 vəfat etmiş, mübahisəli mənzil vərəsəlik qaydasında onların adına keçmiş və xx xxxxxx 2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MN № ******* saylı çıxarış verilmişdir. Həmin çıxarış əsasında ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi üç otaqlı olmaqla paylı mülkiyyət hüququ üzrə İddiaçı2 1/3 hissə, İddiaçı1 1/3 hissə, Cavabdeh1 1/3 hissə adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrində 858 nömrəli reyestr kitabının 79840 nömrəli vərəqində qeydiyyata alınmışdır. Uzun müddət mübahisəli mənzildə yaşamalarına, həmin mənzilin ayrılıqda hər birinə 1/3 hissəsi mülkiyyətlərində olmasına, İddiaçı2 məxsus əmlakın həmin mənzildə olmasına baxmayaraq cavabdehlər onların həmin mənzildə yaşamasına imkan vermirlər. Əmlak üzərində sərəncam vermək hüquqlarını pozmaqla hədə-qorxu, təhqirlərə məruz qalmışlar. Dəfələrlə təhqir və cavabdehlər tərəfindən hədəqorxuya məruz qalmaları səs yazıları ilə də təsdiq olunur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh mənzili təmir edib və mənzilə külli miqdarda vəsait xərcləyib. Mənzil satılaraq pulu bölünsə elə mənzilə çəkilən vəsait düşəcək ona. Təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmalı və həmin yaşayış evinin dəyəri təkrar ekspertizanın rəyindən sonra müəyyən olunmal ıdır. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Bayramzadə Xanlar Əsgər oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər iddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Cavabdeh1 şikayəti qətnamənin mübahisəli mənzilin qiymətinin müəyyən edilməsi hissəsində ləğvinə yönəldiyindən apelyasiya məhkəməsi qətnamənin əsaslılığını Cavabdeh1 münasibətdə həmin hissədə yoxlamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı ha qqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH Seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ümumi sahəsi 61.06 kv.m olan ünvan 3 ünvanda yerləşən 3 otaqlı mənzil paylı mülkiyyət hüququ ilə İddiaçı2 XXXnın 1/3 hissə, İddiaçı1 1/3 hissə və Cavabdeh1 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 858 nömrəli reyestr kitabının 79840 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN tərəfindən tərtib edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışdan görünür ki, ünvan 4 ünvanda Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3 qeydiyyatdadırlar. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxx 2019-cu il tarixli 1088 saylı rəyi ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh1 payları üzrə 1/3 hissələrə naturada ayrılıb bölünməsi «İnşaat Norma və Qaydaları» 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair «xxxx» MMC tərəfindən tərtib edilmiş Hesabatdan görünür ki, Bakı şəhəri, X saylı mənzilin dəyəri 120.000 (bir yüz iyirmi min) manat təşkil edir. Həmin mənzildəki paylar üzrə tərəflərin hər birinə aid 1/3 payın dəyəri 40.000 (qırx min) manat təşkil edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 4 ünvanda yerləşən 3 otaqdan ibarət yaşayış sahəsi iddiaçılara və cavabdehə vərəsəlik əsasında keçmiş və paylı mülkiyyət hüququ əsasında İddiaçı2, İddiaçı1 və Cavabdeh1 hər birinə 1/3 his sə olmaqla, bərabər paylarla məxsusdur. Hazırda həmin mənzildə cavabdehlər yaşayırlar, iddiaçılar isə başqa ünvanda yaşayırlar. İddiaçılar tərəfindən mənzildəki payın dəyərinin onlara ödənilməsi barədə cavabdehə yazılı bildiriş verilmiş, lakin Cavabdeh1 tərəfindən iddiaçıların payının dəyərinin onlara ödənilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya qeyd etmişdir ki, iddiaçlarının iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar, həmin tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərə ncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnı z birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda is ə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından bi ridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması h üququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, paylı mülkiyyətdə olan ünvan 5 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçılar İddiaçı1, İddiaçı2 və mənzilin 1/3 hissəsinin mülkiyyətçisi olan Cavabdeh1 ümumi mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən, paylı mülkiyyətin mülkiyyətçilərindən İddiaçı1 və İddiaçı2 öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmişlər. Lakin mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı üçün məhkəmə hesab edir ki, iddianın həmin hissədə təmin edilməsi üçün əsas yoxdur, yalnız əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Kollegiya kassasiya şikayətinin təkrar ekspertiza keçirilməsi barədə dəlillərini əsassız hesab edir. Beləki, Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəs inə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Əvvəla, cavabdeh kassasiya şikayətinə qədər mənzildə təmir işləri görməsi və 40.000 manat təmirə pul xərcləməsi ilə bağlı dəlili irəli sürməmişdir. Bundan başqa, irəli sürülən etiraz işin faktiki halları ilə bağlıdır. Həmin hallar işə mahiyyəti üzrə baxılarkən aydınlaşdırılmalı hallardır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Eyni zamanda qeyd edilir ki, cavabdeh kassasiya şikayətində mənzilin qiymətinin daha çox olduğunu irəli sürsə də, bununla bağlı heç bir sübutu məhkəmə instansiyalarına təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4108/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4108/2020
25.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver