Məhkəmə qərarları › İş №2(051)-942/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-942/2021

06.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-942/2021 06.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «payın naturada bölünməsinə və mənzilə köçürülməsinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında və ünvan 2lara uyğun mütənasib bölünərək ayrılmasına və onun ünvan 1 ünvanında köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsini baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bununla belə Cavabdeh mhəkməyə ərizə təqdim edərək, hal-hazırda işin mahiyyəti üzrə baxılıb və iddianın rədd olunmasını tələb etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında yerləşən mənzildə və ünvan 3 1/3 hissəsi ilə paylı mülkiyyəti var. Mingəçevir şəhər Məhkəməsinin 05.02.2020-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhəri M.Əzizbəyov küçəsi 3 A ünvanında keçmiş əri Cavabdeh ilə aralarında bölünmüşdür. O öz paylı mülkiyyətindən istifadə edə bilmir və bu səbəbdən o əmlakı naturada bölmək istəyir. Digər mülkiyyətçi ünvan 5 ünvanını icarəyə verib və həmən mənzildən icarə haqqı alaraq gəlir əldə edir. Ona görə də məhkəmədən ünvan 1 ünvanında və ünvan 2lara uyğun mütənasib bölünərək ayrılmasına və onun ünvan 1 ünvanında köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, mübahisəli mənzil 1 otaqlıdır. Həmin mənzildə təkbaşına yaşayır. İddiaçı ilə həmin mənzildə yaşaması qeyri-mümkündür. Ona görə də məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş edir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-123/2020 saylı qətnaməsindən görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 19/1 №-li evin 45 №-li mənzilin və Mingəçevir şəhəri M.Əzizbəyov küçəsi 3 “A” №-li evin üçdə bir hissəsi iddiaçı X1, üçdə iki hissəsi Cavabdeh payı müəyyən edilmişdir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzilin 2/3 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh və 1/3 hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 8ərdi yaşayış evinin 2/3 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh və 1/3 hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 11 oktyabr 2021-ci il tarixli, 10/3192 saylı rəyinin nəticə hissəsindən görünür ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 19/1 saylı evin, 45 saylı mənzilin və Mingəçevir şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 3A saylı fərdi yaşayış evinin tərəflər arasında naturada bölünməsinin “İnşaat Norma və Qaydaları”-ın 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçı və onu vəkilinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun mahiyyətini daha geniş açıqlayan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ – əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak üzərində öz mülahizələri ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı qeyd olunan mənzilin onun payına düşən hissəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə həmin mənzilə köçürülməni tələb etməyə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia mənzilə köçürülmə ilə bağlı hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ünvan 7 ünvanında yerləşən mənzilin və ünvan 8ərdi yaşayış evinin 2/3 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh və 1/3 hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Məhkəmə araşdırılmasının daha obyektiv aparılması məqsədi ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/3192 saylı rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzilin və ünvan 8ərdi yaşayış evinin naturada bölünməsi mümkün deyil. Odur ki, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək iddianın həmin hissədə rədd edilməsi qənaətindədir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iddia hazırki mübahisə üzrə obyekt olan mənzilə köçürülmə tələbi hissəsində təmin olunmalı, həmin mənzilin naturada bölünmə hissəsində isə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğdə ekspertiza xərci İddiaçı və cavabdeh arasında bölünməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Məmmədova X3 şəhəri N.Nərimanov küçəsi ev 19/1, mənzil 45 ünvanında yerləşən mənzilinə köçürülsün. İddiaçı qızının Cavabdeh qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci İddiaçı qızından və Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin ediməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar