Məhkəmə qərarları › İş №2(004)-5427/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5427/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5427/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh QSC-yə olan 17076.41 ABŞ dolları məbləğinin, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri olan 200 manat və 30 manat pul məbləğlərinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı məhkəmə qətnaməsi əsasında cavabdeh qismində ondan tutulmalı olan borc məbləğinin silinməsini tələb edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1123/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən “iddiaçı Cavabdeh QSC-nin cavabdehlər X11, İddiaçı, X2, X7, X4 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə” iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər X9, İddiaçı, X1, X6, X3 müştərək qaydada cəmi 17076,41 (on yeddi min yetmiş altı dollar qırx bir sent) ABŞ dolları (ondan 9090,02 ABŞ dolları əsas kredit borcu, 7014,39 ABŞ dolları faiz borcu və 972 ABŞ dolları cərimə olmaqla) məbləğində pul vəsaitinin ödəniş aparılan tarixə manatın məzənnəsi ilə alınması və Cavabdeh QSC-yə verilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər X9, İddiaçı, X1, X6, Ələsgərov - Sahib Məmməd oğlundan müştərək qaydada tutularaq Dövlət büdcəsinə köçürülməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin cavabdehlər X9, İddiaçı, X1, X6, X3 alınması və Cavabdeh QSC-yə verilməsi qət olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1123/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsidən cavabdehlər X5 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikatələrinə baxılmış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3212/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X8 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1123/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehlər X8 və X2 aid hissədə ləğv edilmiş, iddia tələbi X8 və X2 aid hissədə təmin olunmamışdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1123/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müştərək qaydada cavabdeh qismində İddiaçı və digər cavabdehlərdən cəmi 17076,41 ABŞ dolları məbləğin, ekspertiza tədqiqatının dəyəri olan 200 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitlərinin tutulması və iddiaçı Cavabdeh QSC-yə verilməsi qət olunmuşdur. Sözegedən qətnamədən digər cavabdehlər apellyasiya şikayəti vermiş və onlara aid hissədə şikayət olunmuş qətnamə ləğv edilərək iddia tələbi onlara aid hissədə təmin olunmamışdır. Göründüyü kimi hazırda iddiaçı məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş borcun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmə qətnaməsi mövcud olduğundan İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1123/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ona münasibətdə əsassızlığı və sözügedən qətnamə üzrə təyin olunmuş borcun ona münasibətdə silinməsi üzrə həmin qətnamədən apellyasiya qaydasında şikayətlə Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən "xxxx" ASC-nin ödəniş sistemi vasitəsilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü il tarixdə ödəmişdir. Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə ödənilən 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. xx.xx.2023-cü il tarixli, 27967 nömrəli mədaxil qəbzinə əsasən "xxxx" ASC vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar