Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-544/2024 01.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Abdula qızının Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abdula qızı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal rayon məhkəməsinin 2(004)-3189/2013 saylı, 20 may 2013-cü il tarixli qətnaməsilə 17 mart 2009-cu il təvəllüdlü X4 və 15 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh RamazanovTehran Xəlil oğlundan tutulmalı olan hər ay 93 (doxsan üç) manat məbləğində müəyyən olunan alimentin məbləğinin artırılaraq yetkinlik yaşına çatana qədər saxlanmaları üçün xeyrimə hər uşağa görə hər ay 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Abdula qızının nümayəndəsi və vəkili Vəkil dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək hər ay hər uşaq üçün 235 manat alimentin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayon məhkəməsinin 2(004)- 3189/2013 saylı, 20 may 2013-cü il tarixli qətnaməsilə iddia tələbi qismən təmin edilərək, 17 mart 2009-cu il təvəllüdlü X4 və 15 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 93 (doxsan üç) manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 ödənilməsi qət edilmişdir. Tərəflərin 07 iyun 2013-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuş və atalığın müəyyən edilməsi barədə şəhadətnamə alınmışdır. Daha sonra, 29 iyun 2016-cı il tarixdə tərəflər arasında alimentin ödənilməsi barəsində saziş imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Sazişin 2.1-ci bəndindən görünür ki, "Birinci tərəf" Cavabdeh "ikinci tərəf" X1 birfədəlik olaraq 18.000 manat təşkil edən aliment ödənişini nağd şəkildə ödəyir. Həqiqətdə isə alimentin ödənişi olaraq ona hər hansı bir məbləğdə pul verilməmişdir. Belə ki, bu sazişin müqabilində cavabdeh iddiaçının uşaqları ilə birlikdə yaşaması üçün Bakı şəhəri, Yasamal rayonu, M.Cabbarməmmədzadə küçəsi, 336 saylı evə dair etibarnamə vermişdir. Yasamal rayon məhkəməsinin 2(004)-3189/2013 saylı, 20 may 2013-cü il tarixli qətnaməsi də cavabdeh tərəfindən icra edilmir və hazırda icra işi Sabunçu rayon İcra şöbəsinin icraatındadır. Göründüyü kimi, iddiaçı tərəfindən üç uşağın hər gün artan tələbatını ödəmək çox çətindir. Cavabdeh də öz üzərinə düşən öhdəliyi icra etmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Abdula qızının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3189/2013 saylı qətnaməsinə əsasən 17 mart 2009-cu il təvəllüdlü X4 və 15 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 93 manat olmaqla, ümumilikdə 186 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment hazırda uşaqların saxlanılması üçün yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 17 mart 2009-cu il təvəllüdlü X4 və 15 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment iddiaçıya ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 17 mart 2009-cu il təvəllüdlü X4 və 15 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 17 mart 2009-cu il təvəllüdlü X4 və 15 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı Abdula qızına ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-544/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-544/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver