Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5447/2021 20.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi X4 oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ilkin, Cavabdeh iddiaçı “Azəriqaz” İB-nə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 2256,80 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 2586,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 10.01.2018-ci il tarixində AK-1/20931 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01200 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 12.03.2020-ci il tarixdə Zenner markalı, G-4 Mexaniki tipli, **********9 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan, istifadə qaydalarının tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Həmçinin istehlakçının ünvanına baxış keçirilərkən həmin ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuş və cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində ilk olaraq 30.04.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış G-4 markalı, 1102AQ**********7 zavod nömrəli qaz sayğacı (10.01.2018-ci il tarixli, ******* nömrəli sayğac quraşdırma aktı əsasında əvəzlənib) yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. MSK-29/1710- 00049 nömrəli laboratoriya rəyinə əsasən həmin ünvandan çıxarılmış G-4 markalı, 1102AQ**********7 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə Qaz işlədicilərin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla 30.04.2018- ci il tarixli ******* saylı akt əsasında 784,80 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. Eləcə də, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında;
1. 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 604,80 manat;
2. 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat;
3. 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat;
4. 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat;
5. 12.03.2020-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat. “Azəriqaz” İB-yə 2541,60 maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur Həmin aktlar üzrə yaranmış borcun 784,80 azn hissəsi 2018-ci ilin V ayında GASREP proqramına keçirilmiş (2541,60 - 784,80 = 1756,80) və cavabdeh tərəfindən aparılan ödənişlər üzrə borca görə tutulmalar aparılmışdır. Beləliklə, cavabbehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində bugünkü gün üçün “Azəriqaz” İB-yə cari borcu və GASREPdən AGİS bazasına keçirilən 454,20 manat qalıq borcu da nəzərə alınmaqla ümumilikdə 2256,80 manat məbləğində borcu qalmaqdadır. (AGİS aktlarıı üzrə: 1756,80 + GASREPdən AGİS bazasına keçirilən 454,20 + Cari borc 150,80 - Ödəniş 105 = 2256,80). Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-ci yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən X3nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. “Azəriqaz” İB-nın nümayəndələri tərəfindən cavabdehə 2256,80 manat pul məbləğinin könüllü qaydada ödənilməsi barədə məlumat verilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh iddiaçı “Azəriqaz” İB-nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********01200 nömrəli abonent koduna hesablanmış qaz sərfiyatının silinərək yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona qarşı qaldırılan iddia tələbi ilə heç cür razılaşa bilmir. Çünki ona qarşı iddiaçı tərəfindən qaldırılan iddia əsassızdır. O,cümlədən məhkəməyə təqdim etdiyi sübutlar hamısı əvvəlcədən ona qarşı qurulan işdir. Belə ki, ilkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi öz iddia ərizəsində belə qeyri müəyyənliyi göstərmişdir. Əvvəla əgər o, cavabdehin dediyi kimi qaz xəttinə müdaxilə etmişdirsə, qazdan istifadə edirdisə, onun sayğaca müdaxilə ehtiyacı olmamışdır. Bundan əlavə, əraziyə nəzarət edən “Azəriqaz “ İstehsalat Birliyinin əməkdaşı ona gəlib demişdi ki, qonşuluqda problemli abonent var, imkan dairəsində iki-üç saatlıq sayğacı çıxarıb, orda qoşub, sonra gətirəcəkdir. İddiaçı da razılıq vermişdir. İddiaçı hardan bilərdi ki, sən demə bunlar ona qarşı belə çirkin iş görə bilərlər. Göründüyü kimi, onun savadsızlığından istifadə ediblər. Ümumiyyətlə, onların ərazisinə nəzarət edən sözügedən idarənin əməkdaşı öz çirkin əməllərini ört-basdır etmək məqsədilə qaz xəttinə və sayğaca müdaxiləni onun üzərinə yıxmışdır. Əslində başqa şəxslərə qaz xəttinə müdaxiləyə şəraiti yaradan elə əraziyə nəzarət edən “X1 “əməkdaşı olmuş. Sadəcə onun savadsızlığından istifadə edərək borcu onun üzərinə yıxmışdır. O, yaşlı xəstə adamdır. Əgər sayğacı çıxarıb laboratoriyaya, ekspertizaya aparırdılarsa, onu da dəvət edərdilər və onun yanında sayğacı açıb yoxlayardılar. İlkin iddia ərizəsi üzrə iddiaçı “X2 “ona dəymiş maddi zərərin əvəzini 2586,80 manat hesablayıbsa, bəs nəyə görə elə X1 abonent kimi ona aylıq sərfiyyat üzrə təqdim etdiyi bildirişdə 850 manat göstərir. Buradan da bəlli olur ki, ona qarşı qaldırılan iddia ərizəsində qeyri müəyyənlik var və hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı ilkin iddia ərizəsinin mətninə uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X3”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Həmin Məcəllənin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən “zərər” dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən “zərər vurma” öhdəliyin əmələ gəlmə əsasını təşkil edir. Məhkəmə hesab edir ki, təqdim olunmuş X3nın pozulmasına dair aktlarla cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulması təsdiq edildiyindən ona qarşı həmin aktlara:
1. 29.03.2019-cu il tarixli ******* saylı
2. 30.04.2019-cu il tarixli ******* saylı
3. 30.01.2020-ci il tarixli ******* saylı
4. 28.02.2020-ci il tarixli ******* saylı
5. 12.03.2020-ci il tarixli ******* saylı əsasən hesablanmış 1756,80 manat məbləğində zərər tələbi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia qaz sayğacına müdaxiləyə görə təbii X3nın pozulması haqqında 30.04.2018-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 784,80 manat məbləğində zərərin qalıq borcu 454,20 manatın tələbi hissəsində təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, həmin aktdan görünür ki, aktın tərtib edilməsinə əsas “Azəriqaz” İB-nin 29/1710-00049 saylı aktına əsasən cavabdehə məxsus evdə 10.01.2018-ci il tarixədək quraşdırılmış və həmin tarixdə çıxarılaraq yenisi ilə əvəz edilmiş sayğacın laborator yoxlamasına dair 29/1740-00049 saylı 24 aprel 2018-ci il tarixli akt olmuşdur. 29/1740-00049 saylı 24 aprel 2018-ci il tarixli aktdan görünür ki, laborator yoxlama nəticəsində sayğacda aşağıdakılar aşkar edilmişdir: xətalar normaya uyğundur, sayğacın klapanı işlək deyil, yivli birləşmələrdə korroziya izləri mövcuddur, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya ploblamlarının rəngi fərqlidir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istimara qəbulu haqqında 10 yanvar 2018-ci il tarixli aktdan görünür ki, sayğac həmin tarixdə onda olan nöqsanlara və müdaxiləyə görə deyil, sayğacda dəyəri ödənilməyən 316 m3 qaz həcminin olması ilə əlaqədar çıxarılmışdır. Bundan əlavə sayğac 10 yanvar 2018-ci il tarixdə çıxarılmasına baxmayaraq onun laborator yoxlaması bundan 3 ay 14 gün sonra, 24 aprel 2018-ci il tarixdə keçirilmiş, cavabdehin yoxlamada iştirakı təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddia qazdan istifadəyə görə cari borc 45,80 manat (150,8- 105) tələbi hissəsində cavabdehin abonentin saldosu ilə təsdiq edildiyindən əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia 300 manat xidmət haqqı tələbi hissəsində həmin tələbi təsdiq edən sübutlar – hüquqi xidmət göstərilməsinə dair müqavilə və xidmət haqqının ödənilməsini təsdiq edən ödəniş sənədi təqdim edilmədiyindən təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə hesab edir ki, 30.04.2018-ci il tarixli ******* nömrəli aktın (qaz sayğacına müdaxiləyə dair) və ona əsasən hesablanmış 784,80 manat borcun əsassız olması müəyyən edildiyindən, qalan aktlara əsasən isə (sayğacdan kənar qazdan istifadə edilməsinə dair) 1756.80 manat məbləğində borcun hesablanması əsaslı hesab edildiyindən qarşılıqlı iddia qismən - 30.04.2018-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 784,80 manat borcun silinməsi hissəsində əsaslı olduğundan təmin edilməli, qalan hissədə isə əsassız olduğundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 09 manat hissəsi iddiaçıya aid edilməli, 21 manat hissəsi isə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 08 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilməli, 02 manatı iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq
Qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh 1756,80 manat dəymiş zərər, 45,80 manat qazdan istifadəyə görə borc, cəmi 1802,60 (min səkkiz yüz iki manat altmış qəpik) manat boc və 21 (iyirmi bir) manat dövlət rüsumu tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. “Azəriqaz” İB tərəfindən tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” 30.04.2018-ci il tarixli ******* nömrəli akta əsasən cavabdehə hesablanmış 784,80 manat (yeddi yüz səksən dörd manat səksən qəpik) borcun silinməsi “Azəriqaz” İstehsalat Birliyinə həvalə edilsin. “Azəriqaz” İstehsalat Birliyindən 02 manat (iki manat) dövlət rüsumu tutularaq Cavabdeh ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Təhminə Xəlilova