Məhkəmə qərarları › İş №2(004)-5455/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5455/2021

28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5455/2021 28.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən “Azəriqaz” İB-yə vurulmuş 3687,90 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 4017,90 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh tərəfindən qaza qanunuz qoşulma halları qeydə alınmış və cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləği də ona görə hesablanmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, qaza qanunsuz qoşulma müəyyən edilən halların heç birindən sonra cavabdehə qazın verilməsi dayandırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azəriqaz İB ilə Cavabdeh arasında bağlanmış 22.11.2016-cı il tarixli, 04\3507 nömrəli “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, paylayıcı Azəriqaz İB bu müqavilə ilə müəyyən olunmuş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstərisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən qaz qurğusu 1 ədəd PQ-4, qazın qiməti 1 m3 üçün 0,10 manatdır. İş materiallarında olan 31.01.2018-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı Cavabdeh təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 31.01.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 4317 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 27.02.2018-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı Cavabdeh təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 28.02.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 1008 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.04.2018-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı Cavabdeh təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.04.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 4392m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.09.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı Cavabdeh təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.09.2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 3996 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.10.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı Cavabdeh təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.10.2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 324 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 29.11.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı Cavabdeh təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 29.11.2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 1332 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.12.2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı Cavabdeh təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.12.2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 2952m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.01.2020-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı Cavabdeh təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.01.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 2952 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 28.02.2020-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı Cavabdeh təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 28.02.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 2952 m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.03.2020-ci il tarixli ******* nömrəli akta əsasən müəyyən olunur ki, istehlakçı Cavabdeh təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir və dəymiş ziyanın hesablanması və ödənişin təmin olunması tələb edilmişdir. İş materiallarında olan 30.03.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh məxsus fərdi evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və 2952m³ qaza görə hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 04.09.2020-ci il tarixli çıxarışdan görünür ki, abonent Cavabdeh 2018-ci il üçün 1943,40 manat, 2020-ci il üçün isə 0 manat, cəmi 1943,40 manat borcu vardır. İş materaillarında olan 29.03.2020-ci il tarixli abonent saldosuna əsasən müəyyən olunur ki, Cavabdeh 2018-ci ilin oktyabr ayının sonuna 0 manat, 2019-cu i ilin dekabr ayının sonuna 864,40 manat, 2020-ci il avqust ayının sonuna 3687,90 manat borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni olaraq istifadə edilmişdir və nəticədə Azərqaz İB-yə maddi zərər dəymişdir. Məhkəmə hesablanmış cərimə məbləği ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən qazdan qeyri-qanuni istifadəni aşkar etdikdən və istehlakçı tərəfindən istifadə olunmuş qazın həcmini hesabladıqdan sonra istehlakçıya qazın verilməsini dayandırmamışdır. Belə ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. İş materialları ilə Azəriqaz İB tərəfindən cavabdehin borcu barədə məlumatlandırılmasından sonra 1 ay ərzində, həmçinin qazdan qeyri-qanuni istifadə aşkar olunduqdan sonra istehlakçıya qazın verilməsini dayandırmadığından məhkəmə hesab edir ki, 31.01.2018-ci il tarixdə tərtib olunmuş akt əsasında və 30 günlük müddət tətbiq edilməklə qazdan istifadə aşağıdakı qaydada hesablanmalı və Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 109,8 manat məbləğində zərər tutularaq iddiaçıya ödənilməlidir. 1,2*6*30=216m³, 1,5*10*30=450m³, 0,8*18*30=432m³ (216m³+450m³+432m³)*0,10 manat=109,8 manat Məhkəmə qeyd edir ki, qeyri-qanuni qoşulma iş materialları ilə təsdiqini tapmasına baxmayaraq iddiaçının öz mülahizəsinə əsasən aktlar tərtib edərək buna uyğun sərfiyyat hesablanmasının hüquqi əsası yoxdur. İddiaçı qanunsuz qoşulmanı aşkar etdikdən sonra qazın verilməsini dayandırmağa yönəlmiş hərəkətlər etməldir. Lakin iddiaçı bunun əksinə qazı kəsməyərək öz mülahizəsinə uyğun olaraq sərfiyyət müəyyən etmişdir ki, bu hal da ağlabatan deyildir. Məhkəmə formal həqiqət prisnsipini rəhbər tutaraq ilk aktın tərtib olunduğu gündən 30 günlük müddəti əsas götürməklə sərfiyyətin hesablanmasını ağlabatan hesab edir. Belə ki, qazdan istifadəyə görə hər ayın sonunda iddiaçıya sərfiyyətla bağlı hesab təqdim edilməli, hesab ödənilmədikdə qazın verilməsi dayandırılmalıdır. Həmçinin cavabdehin istifadə etdiyi qurğuları nəzərə alınaraq aktlar arası sərfiyyatı da məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Məhkəmə həmçinin hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən xidmətlərin göstərilməsi üçün hüquq şirkətinə 300 manat məbləğində pul vəsaitinin ödənilməsi iş materialları ilə müəyyən edilmədiiyndən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı Azəriqaz İB-yə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qərarın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər Həmin qərarın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 109,8 manat məbləğində zərər, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azəriqaz İB–nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar