Məhkəmə qərarları › İş №2(004)-5464/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5464/2020

24.11.2020 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5464/2020 24.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X16 qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin itkin düşmüş hesab edilməsi barədə” ərizəsinə Bakı şəhəri Yasamal rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il təvəllüdlü X3, xx.xx.1988-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X10 itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və nümayəndəsi və vəkili X8 ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, ərizəçinin qızı X7 xx.xx.2010-cu il tarixdə X14 ilə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X18 dünyaya gəlmişdir. X6 işləri ilə əlaqədar ailəliklə İraq Respublikasının Bağdad şəhərinə köçmüşlər. İraqda olduqları müddətdə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X15 dünyaya gəlmişdir. 2017-ci ildə X3, X6 və X10 vəfat etmələri, İraq Respublikasının Bağdad şəhərində doğulmuş X9 isə Azərbaycan Respublikasına gətirildiyi barədə məlumat verilmişdir. Bundan sonra ərizəçinin ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 210 saylı sərəncamı ilə ərizəçi xx.xx.2016-cı il təvəllüdlü X11 qəyyum təyin edilmişdir. Qəyyum təyin edildikdən sonra ərizəçi məhkəməyə müraciət edilərək, nəvəsi X9 doğum faktı müəyyən edilməklə, doğum haqqında şəhadətnamənin verilməsinin Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-8107/2018 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Bununla yanaşı Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1383/2019 saylı qətnaməsi ilə ərizəçininqızı X5 və onun əri X12 xx.xx.2016-cı il təvəllüdlü X9 onların övladlığına verilməsinə dair ərizələri təmin edilmişdir. X7 ailəsi ilə birlikdə İraq Respublikasının Bağdad şəhərinə köçənədək onun mülkiyyətində ünvan 1 C ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Ərizəçi ərizə ilə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət edərək, X6, X3 və X10 ölümünün qeydiyyata alınmasını xahiş etmiş, xx.xx.2019cu il tarixli, 05/76-70/15 saylı məktubla imtina olunmuş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ərizəçi xx.xx.2019-cu il tarixli sorgularla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, X20 Komitəsinin Azərbaycan Nümayəndəliyinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə, və Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfırliyinə müraciət edərək, X6, X3 və X10 ölüm təhlükəsi qarşısında olmaları və ya onların müəyyən bədbəxt hadisədən həlak olmalarını güman etməyə əsas verən hallar, ölüm yeri və tarixi barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixli sorgu ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət olunaraq, X6, X3 və X10 AzərbaycanRespublikasının sərhədlərini tərk edib-etməmələri, əgər ediblərsə hansı tarixlərdə hansı dövlətə getmələri və nə zaman qayıtmaları barədə yazılı məlumat verilməsi xahiş edilmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi, X3, X6 və X10 ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşdükləri və yaşadıqları İraq Respublikasının Bağdad şəhərində görünmədikləri müddətdən iki ildən artıq müddət keşmişdir. Bu hal isə hazırda onların məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab edilə bilmələri üçün əsasdır. Eyni zamanda, şəxsin xəbərsiz itkin düşməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 2194/2019 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, həmin şəxslərin xəbərsiz itkin düşmüş sayılması üçün itkin düşdükləri haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadığı üçün X3, X6 və X10 xəbərsiz itkin düşmüş hesab edilmələri ilə bağlı müddətin axımı 2018ci ilin avqust ayının 1-dən hesablanmalı olduğu üçün məhkəməyə müraciət edərkən 2 il başa çatmadığından ərizə təmin edilməməlidir. Qətnamədən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9122/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9122/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-2720/2020 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxsə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin və nümayəndəsinin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2194/2019 saylı qətnaməsindən görünür ki,Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin itkin düşmüş elan edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək,xx.xx.1987-ci il təvəllüdlü X3, xx.xx.1988-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X10 itkin düşmüş hesab edilməsi,və onların ölümü barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qedlər aparılmaqla ölüm haqqında şəhadətnamələrin verilməsinin maraqlı şəxsə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, X6 və X1 yaşayış yerinin İraq Respublikası, Bağdad şəhəri olması, tərəflərin birgə nikahından doğulmuş X10 da həmin şəhərdə olması ehtimal olunmuş, lakin həmin şəxslərin sonuncu yaşayış yerinin İraq Respublikasının Bağdad şəhəri olması ehtimal olunsa da, onlardan son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə həmin şəxslərin xəbərsiz itkin düşmüş sayılması üçün itkin düşdükləri haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadığı üçün xəbərsiz itkin düşmüş hesab edilmələri ilə bağlı müddət axımının əvvəli növbəti ayın, yəni 2018-ci ilin avqust ayının 1-dən hesablanmalı olduğunu hesab edərək belə nəticəyə gəlmişdir ki, həmin şəxslərın sonuncu yaşayış yerləri barədə məlumatın alınmasından 08 ay ötmüş və onların xəbərsiz itkin düşmüş hesab edilmələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət (02 il) başa çatmamışdır. Buna görə də, ərizəçi X2 şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizəsi təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR Mülki Prosessual Məcəllənin 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. AR Mülki Prosessual Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir.Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə görə əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.2-ci maddəsinə görə itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Beləliklə, məhkəmədə araşdırılmış sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, xx.xx.1987-ci il təvəllüdlü X7, xx.xx.1988-ci il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X18 2016-cı ildə Azərbaycan Respublikasını tərk edərək İraq Respublikasına getmiş, həmin vaxtdan etibarən bir daha geri qayıtmamışdırlar.2017-ci ildə X3, X6 və X10 vəfat etmələri, İraq Respublikasının Bağdad şəhərində doğulmuş X9 isə Azərbaycan Respublikasına gətirildiyi barədə ərizəçiyə məlumat verilmişdir. Eləcə də onların axtarışı ilə bağlı görülmüş işlər nəticə verməyərək tapılmaları və ya olduqları yerin müəyyənləşdirilməsi mümkün olmamışdır. Qeyd olunan şəxslərin itkin düşmüş hesab edilməsi ərizəçiyə X3 mülkiyyətində olmuş ünvan 1 C ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2016-cı il təvəllüdlü nəvəsi X9 adına keçirməsi üçün lazımdır. Ona görə də, Mülki Məcəllənin yuxarıda göstərilmiş müddəalarına uyğun olaraq ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 312-316, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X7, xx.xx.1988-ci il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X18 xx xxxxxx 2020-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar