Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5470/2020 24.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2079,82 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” İstehsalat Birliyi xx.xx.2020-ci il tarixli, AKX-02032xx/xx-2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin mənzilə **********00063 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********31 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh mMüqavilənin 2.3.2. yarımbəndinin (bu müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 4.9-cu bəndinin (istehlakçının təqsiri üzündən baş verdikdə) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca müdaxilə edərək təbii qazı talamışdır. Belə ki, xx.xx.2017-ci il tarixində “İddiaçı” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi faktı aşkar olunmuşdur. Sayğac çıxarılmış və tədqiq edilməsi üçün laboratoriyaya göndərilmiş, yerində isə yeni G-4 markalı, 1702AZ**********85 nömrəli sayğac quraşdırılmışdır. Lakin xx.xx.2018-ci il tarixində də mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, istehlakçı yeni quraşdırılmış qaz sayğacına da müdaxilə edərək sayğacın gövdəsinin əzildiyi və daxilində yad əşya qırıntısının olduğu aşkar olunmuşdur. Çıxarılan qaz sayğacı İnformasiya Texnologiyaları və X1 göndərilmiş, sayqac yoxlanılarkən müdaxilə olunduqu təsdiq edilmisdir. İTRİ-nin MSK-29/1710-00071-1 saylı və 29/1710-00892-1 saylı rəyləri əsasında “İddiaçı" İB tərəfindən itirilmiş qazın bərpası məqsədi ilə fakta görə ******* və ******* saylı “Təbii X3nın pozulması haqqında”aktlar tərtib edilmiş, cavabdeh imzalamaqdan imtina etmişdir. Sayğaca müdaxilə nəticəsində külli miqdarda təbii qaz itirilmiş və bununla bağlı hesabat aparılaraq, cavabdehə xx.xx.2017-ci il tarixində 410,40 manat, xx.xx.2018-ci il tarixində isə 1944 manat həcmində itirilmiş qaz müəyyən edilərək dəymiş ziyan hesablanmışdır. Bundan əvvəl cavabdehin Birliyə 151,20 manat borcu olmuşdur. Cəmi borcdan 375,73 manat ödənis edilmis, 2079,82 manat borc qalmışdır. Cavabdehə 2079,82 manat borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafıq qaydada məhkəməyə müraciət ediləcəyi və borcdan əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Lakin, cavabdeh tərəfindən dəymiş ziyanla və borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkmə iclasında iştirak edən iddiaçının səlahiyyətli nümayəndəsi Qurbanov Zaur iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı “İddiaçı” İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AKX-02032xx/xx-2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.1-ci bəndindən görünür ki, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. “İddiaçı” İB tərəfindən tərtib edilib iş materiallarına əlavə edilmiş ******* və ******* saylı “Təbii X3nın pozulması haqqında” aktlardan görünür ki, abonent təbii qazdan qeyriqanuni, sayğacdan kənar istifadə etmişdir. **********00063 nömrəli abonentin saldosundan görünür ki, sayğaca müdaxilə nəticəsində təbii qaz itkisi ilə bağlı hesabat aparılaraq, cavabdehə xx.xx.2017-ci il tarixində 410,40 manat, xx.xx.2018-ci il tarixində isə 1944 manat həcmində itirilmiş qaz müəyyən edilərək dəymiş ziyan hesablanmışdır. Cavabdehin əvvəldən Birliyə 151,20 manat borcu olmuşdur. Cəmi borcdan 375,73 manat ödənis edilmis, 2079,82 manat borc qalmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qaydaların 5.5-ci maddəsinə görə isə qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə görə isə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. xx.xx.2020-ci il tarixli, AKX-02032xx/xx-2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4 ci bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, istehlakçı, iş üzrə Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli, AKX-02032xx/xx-2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin şərtləri kobud şəkildə pozulmuş, dəfələrlə abonent tərəfindən təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə halları aşkar edilmişdir. Bununla da iddiaçıya maddi ziyan dəymişdir. Ziyanın məbləği 2079,82 manat məbləğində müəyyən edilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş 30.06. 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 2079,82 (iki min yetmiş doqquz manat 82 qəpik) manat məbləğində dəymiş ziyan və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “İddiaçı” İB-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5470/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5470/2020
24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver