Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5485/2020 20.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutu Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2016-cı ildən xx.xx.2019cu ilədək əmək müqaviləsinə əsasən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunda sürücü peşəsində çalışmışdır. Onunla tam maddi məsuliyyətli şəxs olması ilə əlaqədar müqavilə bağlanmış, **-PF-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ona təhkim olunmuşdur. Qeyd olunan avtonəqliyyat vasitəsi ilə 2018-ci il ərzində müxtəlif vaxtlarda inzibati xətalar törətmişdir. Bununla əlaqədar Dövlət Yol Polisi tərəfindən inzibati tənbeh tətbiq edilərək cərimələr yazılmışdır və ödəniş gecikdirildiyi üçün cərimələrə dəbbə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixində cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir və cərimələrin ödənilməsi barədə xx.xx.2020-ci il tarixli xx/xx-00171 saylı müraciət məktubu ilə müraciət edilmişdir. X3, tərəfindən törədilmiş inzibati xətalar barədə cərimələrin ödənilməsindən yayınmışdır. Avtonəqliyyat vasitəsi dövlət mülkiyyəti olduğu, eyni zamanda digər sürücüyə təhkim ediləcəyi üçün inzibati xətalar barədə cərimələr İnstitut tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən Cavabdeh İXP ******* xx.xx.2018-ci il 32 manat; MMX ******* xx.xx.2018-ci il 80 manat; MMX ******* xx.xx.2018-ci il 80 manat; MMX ******* xx.xx.2018-ci il 64 manat; MMX ******* xx.xx.2018-ci il 96 manat; MMX ******* xx.xx.2018-ci il 96 manat; İXP ******* xx.xx.2018-ci il 96 manat; İXP ******* xx.xx.2018-ci il 96 manat; İXP ******* xx.xx.2018-ci il 64 manat; İXP ******* 10 10.2018-ci il 64 manat, məhkəməyə müraciət edilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu, ümumilikdə 798 (yeddi yüz doxsan səkkiz) manatın tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduqları yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2016-cı il tarixli əmrə əsasən, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutuna 2 aylıq müddətinə təsərrüfat şöbəsi üzrə sürücü peşəsinə işə qəbul edilmiş, daha sonra müvafiq əmrlərlə cavabdehlə bağlanılmış əmək müqaviləsi uzadılmış və eyni zamanda cavabdehlə iddiaçı arasında tam məsuliyyət barədə müqavilə imzalanaraq, **-PF-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh təhkim olunmuşdur. Daha sonra xx.xx.2019-cu il tarixli əmrlə cavabdehlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.a bəndinə əsasən xitam verilmişdir. Eyni zamanda işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh işlədiyi müddət ərzində sözü gedən nəqliyyat vasitəsini idarə edərkən 2018-ci il ərzində müxtəlif vaxtlarda inzibati xətalar törətmiş, nəticədə Dövlət Yol Polisi tərəfindən barəsində inzibati tənbeh tətbiq edilərək cərimələr yazılmışdır və ödəniş gecikdirildiyi üçün cərimələrə dəbbə pulu hesablanmışdır. Cavabdehin törətdiyi inzibati xətalara görə ümumilikdə 768 manat məbləğində borc hesablanmışdır. İşin halları ilə həmçinin müəyyən edilmişdir ki, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun balansında olan **-PF-*** qeydiyyat nişanlı “Chevrolet Niva” markalı avtomobili idarə etmiş Cavabdeh barəsində yol hərəkəti qayda pozuntusuna yol verdiyinə görə tətbiq edilmiş cərimənin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və qeyd olunan protokola baxılması üçün Xəzər rayon məhkəməsinə göndərilmişdir. Daha sonra **-PF-*** qeydiyyat nişanlı “Chevrolet Niva” markalı nəqliyyat vasitəsi dövlət mülkiyyəti olduğu, eyni zamanda digər sürücüyə təhkim ediləcəyi üçün inzibati xətalara görə hesablanmış 768 manat məbləğində cərimələr iddiaçı tərəfindən məcburi qaydada ödənilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticədlər iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Eyni Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, Cavabdeh İXP ******* nömrəli, xx.xx.2018-ci il tarixli protokola görə 32 (otuz iki) manat; MMX ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 80 (səksən) manat; MMX ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 80 (səksən) manat; MMX ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 64 (altmış dörd) manat; MMX ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 96 (doxsan altı) manat; MMX ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 96 (doxsan altı) manat; İXP ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 96 (doxsan altı) manat; İXP ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 96 (doxsan altı) manat; İXP ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 64 (altmış dörd) manat; İXP ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 64 (altmış dörd) manat; ümumilikdə 768 (yeddi yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutuna ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İXP ******* nömrəli, xx.xx.2018-ci il tarixli protokola görə 32 (otuz iki) manat; MMX ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 80 (səksən) manat; MMX ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 80 (səksən) manat; MMX ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 64 (altmış dörd) manat; MMX ******* saylı, xx.xx.2018ci il tarixli protokola görə 96 (doxsan altı) manat; MMX ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 96 (doxsan altı) manat; İXP ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 96 (doxsan altı) manat; İXP ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 96 (doxsan altı) manat; İXP ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 64 (altmış dörd) manat; İXP ******* saylı, xx.xx.2018-ci il tarixli protokola görə 64 (altmış dörd) manat; ümumilikdə 768 (yeddi yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutuna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5485/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5485/2020
20.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver