Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5506/2021 14.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 08.12.2020-ci il tarixli BAKU2-20875-601 saylı kredit müqaviləsinin və onun tərkib hissəsi olan 08.12.2020-ci il tarixli BAKU2-20875-601 saylı razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18733,31 (on səkkiz min yeddi yüz otuz üç manat otuz bir qəpik) manat əsas borc, 1509,87 (bir min beş yüz doqquz manat səksən yeddi qəpik) manat faiz borcu, 1556,56 (bir min beş yüz əlli altı manat əlli altı qəpik) manat cərimə borcu olmaqla cəmi 21799,74 (iyirmi bir min yeddi yüz doxsan doqquz manat yetmiş dörd qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edillməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini, hesablanmış cərimə məbləği ilə razı olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırlmış digər cavabeh Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 08.12.2020-ci il tarixli BAKU2-20875-601№-li kredit müqaviləsinə əsasən müəyyən olunur ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC 20000 (iyirmi min) manat məbləğində krediti 240 ay müddətinə illik ən çoxu 50 (əlli) faizlə Cavabdeh1 verməyi, kredit alan isə həmin krediti razılaşmada əks olunan ödəniş cədvəli ilə müəyyən olunmuş qaydada və müddətdə kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 08.12.2020-ci il tarixli BAKU2-20875-601 saylı razılaşmaya əsasən müəyyən olunur ki, bank boralana illik 18,6 %-lə 36 ay müddətinə 20.000 manat məbləğində kredit verir, borcalan isə kreditin əsas borc və faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 08.12.2020-ci il tarixli ödəniş qrafikinə əsasən müəyyən olunur ki, Cavabdeh1 08.01.2021-ci il tarixdən 08.12.2023-cü il tarixədək sonuncu ay 741,55 manat olmaq şərtilə, hər ay 729 manat olmaqla cəmi 26256,55 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.12.2020-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, 20000 manat məbləğində kredit Cavabdeh1 ödənilmişdir. İş materiallarında olan "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanmış 08.12.2020-ci il tarixli BAKU2-20875-601+BAKU1-41947 №-li zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası “Kreditor” ilə “Borclu” arasında yazılı sadə formada bağlanmış maksimal illik 50% faiz dərəcəsi ilə 240 (iki yüz qırx) aydan artıq olmayan müddətə 20.000 manat kredit verilməsini nəzərdə tutan Bakı şəhərində bağlanmış 08.12.2020-ci il tarixli BAKU2-20875-601 saylı kredit müqaviləsidir. İş materiallarında olan 18.08.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 18.08.2021-ci il tarixə 18733,31 manat əsas 1509,87 manat faiz, 1556,56 manat cərimə borcu omaqla cəmi 21799,74 manat borcu vardır. İş materiallarında olan 17.05.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavadehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ilə bağlanmış 08.12.2020-ci il tarixli BAKU2-20875-601 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 08.12.2020-ci il tarixli BAKU2-20875-601 saylı razılaşma ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18733,31 (on səkkiz min yeddi yüz otuz üç manat otuz bir qəpik) manat əsas borc, 1509,87 (bir min beş yüz doqquz manat səksən yeddi qəpik) manat faiz borcu, 150 (bir yüz əlli) manat cərimə borcu olmaqla cəmi 20393,18 (iyirmi min üç yüz doxsan üç manat on səkkiz qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh1 müqavilənin şərtlərini yerinə yetirməməsi iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi barədə iddia qaldırmasına əsas verdiyindən məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğv edilməli hissəsində əsaslı də olduğundan təmin edilməlidir. Həmçinin, zamin Cavabdeh2 müqavilə üzrə öhdləiklərini yerinə yetirməyərək müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin tam icra edilməsini təmin etməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC arasında zaminlik müqaviləsi 08.12.2020-ci il tarixdə bağlanmışdır və Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin müddətinin bitmə tarixi ödəniş cədvəlinə əsasən 08.12.2023-cü il tarix olduğundan və zaminlik müqaviləsinə xitam verilmədiyindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi öhdəliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə düşmüşdür. Hesablanmış cərimənin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, cərimə borcu əsas borca münasibətdə mütənasib olmadığından cərimə azaldılmalı, 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsaslanaraq qeyd edir ki, iddia qismən təmin edildiyi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442.-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəyə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə bağlanmış 08.12.2020-ci il tarixli BAKU2-20875-601 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 08.12.2020-ci il tarixli BAKU2-20875-601 saylı razılaşma ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18733,31 (on səkkiz min yeddi yüz otuz üç manat otuz bir qəpik) manat əsas borc, 1509,87 (bir min beş yüz doqquz manat səksən yeddi qəpik) manat faiz borcu, 150 (bir yüz əlli) manat cərimə borcu olmaqla cəmi 20393,18 (iyirmi min üç yüz doxsan üç manat on səkkiz qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5506/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5506/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver