Məhkəmə qərarları › İş №2(004)-5525/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5525/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5525/2021 15.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "BANK VTB (AZƏRBAYCAN)" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Azərbaycan ASC ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2020-ci il tarixli 308588-1-36648 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 15.07.2021-ci il tarixə banka borclu olduğu 2689,99 (iki min altı yüz səksən doqquz manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc, 222,83 (iki yüz iyirmi iki manat səksən üç qəpik) manat məbləğində faiz borcu, 234,10 (iki yüz otuz dörd manat, on qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə 3146,92 (üç min bir yüz qırx altı manat, doxsan iki qəpik) manat məbləğində borc pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutlaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2020-ci il tarixli 308588-1-36648 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən müəyyən olunur ki, bank kreditalana 24 ay müddətinə, illik faiz dərəcəsi 24 % olmaqla, 3000 manat məbləğində kredit verməyi, kredit alan isə krediti qaytarmağı və ondan istifadəyə görə müqavilədə müəyyənləşdirilmiş faizi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.11.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh sonuncu ay 154,24 manat olmaq şərti ilə, hər ay 152,68 manat olmaqla, 24 ay müddətinə 3665,88 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.11.2020-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, Bank VTB (Azərbaycan)” ASC tərəfindən 2970 manat məbləğində pul Cavabdeh ödənilmişdir. İş materiallarında olan 15.07.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC-yə 13 noyabr 2020-ci il tarixli 308588-1-36648 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 15.07.2021-ci il tarixinə 2689,99 manat əsas borc, 222,83 manat faiz borcu, 234,10 manat cərimə borcu olmaqla, ümumilikdə 3146,92 manat məbləğində borcu vardır. İş materiallarında olan 08.06.2021-ci il tarixli saylı pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iddia ərizəsinə, iş materiallarına, iddiaçının nümayəndəsinin izahatına və digər sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğlundan 13 noyabr 2020-ci il tarixli 308588-1-36648 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 15.07.2021-ci il tarixə banka borclu olduğu 2689,99 (iki min altı yüz səksən doqquz manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc, 222,83 (iki yüz iyirmi iki manat səksən üç qəpik) manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, ümumilikdə 2962,82 (iki min doqquz yüz altmış iki manat, səksən iki qəpik) manat məbləğində borc pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Hesablanmış cərimənin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, cərimə borcu əsas borca münasibətdə mütənasib olmadığından cərimə azaldılmalı, 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəlllənin 119-cu maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Azərbaycan ASC ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2020-ci il tarixli 308588-1-36648 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 15.07.2021-ci il tarixə banka borclu olduğu 2689,99 (iki min altı yüz səksən doqquz manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc, 222,83 (iki yüz iyirmi iki manat səksən üç qəpik) manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, ümumilikdə 2962,82 (iki min doqquz yüz altmış iki manat, səksən iki qəpik) manat məbləğində borc pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Azərbaycan ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar