Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5582/2020 28.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakimi Əyyubov Fərid İlham oğlunun sədliyi ilə, İddiaçı Pavlevnanın Cavabdeh ASC-yə qarşı qanunsuz tiklinin sökülməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Pavlevna Cavabdeh ASC-yə qarşı qanunsuz tiklinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan forma və məzmununa riayət edilmədən tərtib etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən məhkəmə icraatı Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. İddiaçı idda ərizəsini rus dilində verdiyi üçün forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasəntikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradanqaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Bununla bağlı məhkəmə qeyd edir ki, müstəsna aidiyyətin xüsusiyyəti ondan ibarətdir ki, işin hansı məhkəməyə verilməsi iddiaçının iradəsindən asılı deyildir. Göründüyü kimi, sadalanan işlərə göstərilən məhkəmələrdə baxılması həmin tələblər üzrə yerində müayinə aparılması, sübutların toplanması, şahidlərin izahatlarının alınması kimi prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasını şərtləndirir. Qeyd olunanlar konteksində məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb-qanunsuz tikilinin sökülməsi olduğundan həmin tələb Azərbaycan Respublikası MPMnin 39.1-ci maddəsinin tətbiq olunma dairəsinə aiddir və buna görə də mülki işin materialları iddiaçıya geri qaytarılmalı və iddiaçıya aidiyyatı üzrə müvafiq rayon məhkəməsinə müraciət etməsi izah olunmaldır. Beləliklə, məhkəmə daxil olmuş iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu 39.1-ci və 11-ci maddələri ilə geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən,iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Pavlevnanın Cavabdeh ASC-yə qarşı qanunsuz tiklinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5582/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5582/2020
28.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver