Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5608/2020 24.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “İddiaçı” İstehsalat Birliyi ilə abonent X2 arasında xx.xx.2020-ci il tarixində 14/0848 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent X1 məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00557 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1 40010359 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “X5”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlardə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 885,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 19,70 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 460,10 manat, cəmi 2251 manat məbləğində “İddiaçı” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üzrə 18,20 manat borcu qalmışdır. Cavabdeh tərəfindən cuzi ödəniş edildikdən sonra “İddiaçı” İB-yə ödənilməli borc məbləği hazırda saldo üzrə ümum 2257,60 manat təşkil etməkdədir. İddiaçı” İB-nın nümayəndələri tərəfindən cavabdehə 2257,60 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 2257.60 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2287.60 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı «İddiaçı» İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «İddiaçı» İstehsalat Birliyinin nümayəndəsi X6 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bldirdi ki, xx.xx.2019-cu il tarixli ******* saylı aktı hal-hazırda təqdim edə bilməsələr də, müvafiq akt üzrə müəyyən edilmiş borc cavabdehin əvvəlki sayğacı dəyişdirilərkən köhnə sayğacın üzərində olan borc üzrə və ya həmin sayğacın laboratoriyada yoxlanılması zamanı sayğaca kənar müdaxilələr olması müəyyən olunduğundan həmin il üçün illik borca görə hesablanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı «İddiaçı» İB ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 04-712 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. 4.3cü bəndində isə istismar edilən 1 ədəd PQ-3 model, QSQ və Dəmir Soba qaz qurğusu quraşdırılmışdır. İş materiallarındakı Cavabdeh adına olan **********00557 saylı abonentin saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə 2257.60 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, ******* saylı akt; xx.xx.2020-ci il tarixli, ******* saylı akt; xx.xx.2020-ci il tarixli, ******* saylı akt; xx.xx.2020-ci il tarixli, ******* saylı akt; xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh ünvanında quraşdırılmış qaz sayğacının abonent tərəfindən açılaraq birbaşa qoşulması, sayğacdan kənar xətt vasitəsilə təbii qzdan istifadə etməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh yaşadığı mənzilində təbii qazdan qeyri-qanuni istifadə etmiş və iddiaçının iddiasına əsasən nəticədə onun iddiaçı təşkilata 2257.60 manat borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı tərəfindən 2257.60 manat məbləğində borc cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “X5nın” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə həm paylayıcının, həm də istehlakçının qanunla qorunan mənafelərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır. Belə ki, iddiaçı tərəf istehlakçının qaz sayğacına müdaxilələr etməsini və paylayıcıya zərər verməsini ilk olaraq xx.xx.2019-cu il tarixdən aşkar edilməsinə və buna dair aktlar tərtib edilməsinə istinad etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə təbii qazdan qanunsuz olaraq istifadəyə görə xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 885,60 manat məbləğində borc məbləği hesablanmasını iddia etsə də, iddiaçı tərəfindən həmin akt və ya aktın mövcudluğunu təsdiq edəcək hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, iddia tələbi həmin hissədə əsassız olduğundan və sübuta yetirilə bilinmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçı həmin məbləğin cavabdehin əvvəlki sayğacı dəyişdirilərkən köhnə sayğacın üzərində olan borc üzrə və ya həmin sayğacın laboratoriyada yoxlanılması zamanı hesablanmış illik borcuna görə hesablanmış ola bilməsinə istinad etmiş, lakin buna dair də, sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıdan, yəni cavabdehdən xx.xx.2020-ci – xx.xx.2020-ci il tarixləri üçün tutulmalı məbləğ, hər aya görə ortalama ağlabatan məbləğ kimi 73.80 manat olmalıdır. Məhkəmə istehlakçının yaşadığı mənzilin sahəsini, istifadə etdiyi qaz cihazlarını, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilənin olmasını, ötən müddət ərzində abonentin saldosuna əsasən cavabdeh tərəfindən ödəniş edilməsinin müəyyən edilməməsini, cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşamasını, bu müddət ərzində də, qazdan isdifadə etməsini və eləcə də, buna dair sübutlar verməsə də, 2019-cu il üçün cavadeh tərəfindən ümumilikdə 885,60 manat məbləğində qaz istehlak edilməsinin iddiaçı tərəfindən etiraf edilməsini, həmin məbləğ əsas götürülməklə, 2019-cu il ərzində cavabdeh tərəfindən il ərzində ümumilikdə 885,60 manat məbləğində qaz isdifadə edilməsini nəzərə alaraq hər aya görə 73.80 manat ağlabatan məbləğin, ümumilikdə 4 ay (885.60 : 12= 73.80, 4 ay x 73.80 manat = 295.20 manat) üçün 295.20 manat məbləğinin tutulmasını ədalətli və ağılabatan hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 295 (iki yüz doxsan beş) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin xeyrinə (Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına kod 805153; VÖEN:**********; M/H Az03NABZ********************; SWİFT İBAZAZ2X; İddiaçı İB; VÖEN**********; İBANAZ50İBAZ********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 50% yəni 15 (on beş) manat məbləği iddiaçıya aid edilsin, qalan 50% yəni 15 (on beş) manat məbləğində pul vəsaiti Cavabdeh “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 295 (iki yüz doxsan beş) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin xeyrinə (Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına kod 805153; VÖEN:**********; M/H Az03NABZ********************; SWİFT İBAZAZ2X; İddiaçı İB; VÖEN**********; İBANAZ50İBAZ********************) ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 50% yəni 15 (on beş) manat məbləği iddiaçıya aid edilsin, qalan 50% yəni 15 (on beş) manat məbləğində pul vəsaiti Cavabdeh “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5608/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5608/2020
24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver