Məhkəmə qərarları › İş №2(004)-5639/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5639/2022

28.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5639/2022 28.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, onunla Cavabdeh arasında Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 18.11,2008-ci il tarixdə 1332 nömrəli akt qeydi ilə bağlanmış nikah Yasamal Rayon Məhkəməsinin 2(004)-6618/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə tərəfindən birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 İddiaçı yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi haqqında qətnamə qəbul etmişdir. Uşağın böyüməsi ilə əlaqədar məsrəflərinin artmasını və ölkədə baş verən sosial- iqtisadi dəyişiklikləri nəzərə aldıqda, təyin olunmuş aliment uşağın məsrəflərinin qarşılanması üçün kifayət etmir. Suala cavab olaraq bildirir ki, uşaqlar hər həftəsonu ataları ilə qalır. Hər şeyin qiyməti artdığından sabit pul məbləğində aliment tutulmasını istəyir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, o heç əvvəlki məbləği də ödəyə bilmir. Evdə atası da var, həmçinin uşaqlar da həftəsonu onunla qalır. Əmək haqqısının 1/3 hissəsi məbləğində aliment tutulmasını istəyir. Hazırda iki uşaq üçün 308 manat ödəyir, bir uşaq üçün 154 manat da çoxdur. Alimentin məbləğinin artırılmamasını istəyir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6618/2018 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan elektron portal çıxarış məlumatlarından müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-də mebel ustası vəzifəsində çalışır və aylıq əmək haqqısı 612,57 manat təşkil edir. Məhkəmə uşaqların mənafeyini, alimentin təyin edildiyi vaxta – 2018-ci ilə münasibətdə ümumi soisal həyatda olan dəyişikliyi və cavabdehin aylıq əmək haqqı məbləğini nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, iddiaçı cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment tələb edir. Məhkəmə cavabdehin əmək haqqı məbləğini (612,57) nəzərə alaraq qeyd edir ki, alimentin məbləği qismən artırılmalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2022-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6618/2018 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X3 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6618/2018 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar