Məhkəmə qərarları › İş №2(004)-5652/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5652/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5652/2020 30.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı İKB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxx 2018-cı il tarixli, 3-Y-2-0-120-18 nömrəli kredit müqaviləsi üzrə 896.52 manat əsas, 39.5 manat faiz və 4.89 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 940.91 manat borcun, xx xxxxxxx 2018-ci il tarixli, 3-Y-3-0-598-18 nömrəli kredit müqaviləsi üzrə 1443.57 manat əsas, 51.11 manat faiz və 5.09 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1499.77 manat borcun, və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 3-Y-2-0-120-18 nömrəli və xx xxxxxxx 2018-ci il tarixli, 3-Y-3-0-598-18 nömrəli kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 3-Y-2-0- 120-18 nömrəli kredit müqaviləsinə əsasən, “xxxx” İKB ASC-dən illik 26 faizlə 36 ay müddətinə 2300 AZN, xx.xx.2018-ci il tarixli, 3-Y-3-0-598-18 nömrəli kredit müqaviləsinə əsasən, “xxxx” İKB ASC-dən illik 21 faizlə 36 ay müddətinə 2500 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 3-Y-3-0-598-18 saylı kredit müqaviləsindən görünür ki, “kreditor” “borc alana” xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 36 ay müddətinə illik 21 faizlə 2500 AZN məbləğində borc pul verməyi, “borc alan” isə əsas borcu, faizləri, komisyon xərclərini və digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 3-Y-2-0-120-18 saylı kredit müqaviləsindən görünür ki, “kreditor” “borc alana” xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 36 ay müddətinə illik 26 faizlə 2300 AZN məbləğində borc pul verməyi, “borc alan” isə əsas borcu, faizləri, komisyon xərclərini və digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxx 2018-ci il tarixli, 3-Y-3-0-598-18 nömrəli kredit müqavilə üzrə 1443.57 manat əsas, 51.11 manat faiz və 5.09 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1499.77 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixli, 3-Y-2-0-120-18 nömrəli kredit müqavilə üzrə 896.52 manat əsas, 39.5 manat faiz və 4.89 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 940.91 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdehdan banka olan borcun tam olaraq ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müracət ediləcəyi xəbardarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx xxxxxxx 2018-ci il tarixli, 3-Y-3-0-598-18 nömrəli və xx xxxx 2018-ci il tarixli, 3-Y-2-0-120- 18 nömrəli kredit müqavilələri bağlanmışdir. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “kreditor” “borc alana” istehlak məqsədləri üçün 36 ay müddətinə illik 21 faizlə 2500 AZN məbləğində borc pul, xx xxxx 2018-ci il tarixli kredit müqaviləyə əsasən isə “kreditor” “borc alana” istehlak məqsədləri üçün 36 ay müddətinə illik 26 faizlə 2300 AZN məbləğində borc pul vermişdir. “Borc alan” isə əsas borcu, faizləri və digər xərcləri ödəməyi öhdəsinə götürsə də, cavabdeh müvafiq müqavilələr ilə üzərinə düşən öhdəliyi pozmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixədək xx.xx.2018-ci il tarixli müqavilə üzrə hesablanmış 1443.57 manat əsas, 51.11 manat faiz və 5.09 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1499.77 manat borcu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə hesablanmış 896.52 manat əsas, 39.5 manat faiz və 4.89 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 940.91 manat borcu qalmaqdadır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 15.010.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit müqavilələri ləğv edilməli, cavabdehdən 2.440.68 manat məbləğində borc pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli kredit müqavilələri ləğv edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 896,52 (səkkiz yüz doxsan altı manat əlli iki qəpik) manat əsas borc, 39,50 (otuz doqquz manat əlli qəpik) manat faiz borcu və 4,89 (dörd manat səksən doqquz qəpik) manat cərimə borcu, cəmi 940,91 (doqquz yüz qırx manat doxsan bir qəpik) manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1443,57 (bir min dörd yüz qırx üç manat əlli yeddi qəpik) manat əsas borc, 51,11 (əlli bir manat on bir qəpik) manat faiz borcu, 5,09 (beş manat doqquz qəpik) manat cərimə borcu olmaqla cəmi 1499,77 (bir min dörd yüz doxsan doqquz manat yetmiş yeddi qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar