Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5679/2020 30.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Bakı şəhəri İddiaçı nümayəndəsi, icra məmuru X1 iştirakı ilə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ev siqnal ötürücüsünün dəyəri 108,32 manat dövlət nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-213/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci maddələri ılə təqsirli bilinərək 02 il 20 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı şəhəri İddiaçınə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə şöbənin probasiya üzrə icra məmuru G.Məmmədova məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaiarı izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd ev siqnal ötürücüsü və bir ədəd adaptor məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq qəsdən elektron nəzarət vasitəsi olan elektron ev siqnal ötürücüsünü sındıraraq yararsız vəziyyətə salmışdır. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən ev siqnal ötürücüsünün dəyəri 108.32 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, icra məmuru X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-213/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci maddələri ılə təqsirli bilinərək 02 il 20 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. İş materiallarında olan “elektron nəzarət vasitəsinin tətbiq olunduğu subyektin həmin vasitədən istifadə qaydaları haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaiarı izah olunmuş, aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd ev siqnal ötürücüsü və bir ədəd adaptor ona təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Cavabdeh ona təhkim olunmuş elektron nəzarət vasitəsi olan ev siqnal ötürücüsünü xx.xx.2020-ci il tarixdə zədələyərək yararsız hala salmışdır. xx.xx.2020-ci il tarixli tənbeh tədbirinin tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, ona təhkim olunmuş elektron nəzarət vasitəsi olan ev siqnal ötürücüsünü zədələyərək yararsız hala saldığına görə Cavabdeh töhmət verilmişdir. İş materiallarında olan mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında, həmin vasitələrin dəyəri barədə cədvəldən görünür ki, ev siqnal ötürücüsünün dəyəri 108.32 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, Cavabdeh izahat verərək, yararsız hala saldığı ev siqnal ötürücüsünün dəyərini ödəmək imkanının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin vəzifələrindən biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslərə probasiya nəzarəti tətbiq edilir. Həmin Məcəllənin 15-1.4.1-ci maddəsinə əsasən probasiya nəzarətini həyata keçirən icra məmurları məhkəmə qərarı əsasında elektron nəzarət vasitələrini məhkumlara tətbiq etmək və məhkum tərəfindən həmin vasitələrdən istifadə qaydalarına riayət edilməsinə nəzarət etmək vəzifəsini yerinə yetirirlər. Həmin Məcəllənin 156-1.3-cü maddəsinə görə şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 156-1.4-cü maddəsinə görə isə elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh məhkəmə qərarı əsasında üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmasına baxmayaraq, ona təhkim olunmuş elektron nəzarət vasitəsi olan ev siqnal ötürücüsünü xx.xx.2020-ci il tarixdə zədələyərək yararsız hala salmış, bununla da dövlətə 108,32 manat maddi ziyan vurmuşdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş ziyan cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 20 manat dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh yararsız hala saldığı ev siqnal ötürücüsünün dəyəri 108,32 (yüz səkkiz manat 32 qəpik) manat dövlət nəfinə tutulsun. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5679/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5679/2020
30.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver