Məhkəmə qərarları › İş №2(004)-569/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-569/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-569/2021 02.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli 76777/4 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.903,70 manat əsas borc, hesablanmış 303,31 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.237,01 manat pul tutularaq “xxxx” Kommersiya Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” Kommersiya Bankı ASC illik 30% faiz hesablanmaqla 60 ay müddətinə borcalan Cavabdeh 10000 manat kredit vermişdir. Borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə borcu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımı qaydada icra etməmişdir. Nəticədə kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka 1.903,70 manat əsas borc, hesablanmış 303,31 manat faiz borcu olmaqla, ümumilikdə 2.207,01 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxx” Kommersiya Bankı ASC-yə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü tarixli 76777/4 nömrəli kredit xətti və bank hesabı müqaviləsinə əsasən “xxxx” Kommersiya Bankı ASC borcalan Cavabdeh 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) illik 30 faiz hesablanmaqla 10.000 manatadək kredit limiti ayırmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımı qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “xxxx” KB ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi 1.903,70 manat əsas borc, hesablanmış 303,31 manat faiz borcu olmaqla, ümumilikdə 2.207,01 manat borcu var. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.903,70 manat əsas borc, hesablanmış 303,31 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.237,01 manat pul tutularaq “xxxx” Kommersiya Bankı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli 76777/4 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.903,70 manat əsas borc, hesablanmış 303,31 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.237,01 (iki min iki yüz otuz yeddi manat bir qəpik) manat pul tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar