Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5708/2022 01.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 4500 manat zərərin, hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsi üçün vəkillə bağlanılmış müqavilə əsasında axrıncıya ödədiyi 400 manat və 75 manat dövlət rüsumu, cəmi 4975 manat vəsaitin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-123/2022 saylı hökmündən göründüyü kimi iş üzrə Cavabdeh AR CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlin törədilməsində təqsirli bilinərək 2 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-in 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 5 ay 29 gün ev dustaqlığında olduğu müddətin 01 günü 2 gün azadlığın 02 günə bərabər tutularaq 11 ay 28 gün təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 01 il 06 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Qeyd edilmiş hökmdən məlum olduğu kimi cavabdehin həmin əməlin törədilməsində təqsirli bilinməsinə əsas onun xx.xx.2020-ci il tarixdə Bakı Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə zərərçəkmişə vurulmuş zərərin ödənilməsi və Bakı Hərbi Məhkəməsi tərəfindən həbs edilmiş faktiki həyat yoldaşı X1 həbsdən buraxdıracağını yalandan vəd edib aldadaraq ondan 6500 manat məbləğində vəsaiti alıb mənimsəməklə dələduzluq etmişdir. Həmin cinayət işi üzrə aparılan istintaq araşdırmaları zamanı cavabdeh ona edilən təkid və təzyiqlərdən sonra ona vurduğu ziyandan 2000 manatı ödəmiş, 4500 manatı isə bu günədək ödəməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-123/2022 saylı hökmü ilə sübuta yetirilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə zərərçəkmişə vurulmuş zərərin ödənilməsi və Bakı Hərbi Məhkəməsi tərəfindən həbs edilmiş faktiki həyat yoldaşı X1 həbsdən buraxdıracağını yalandan vəd edib aldadaraq ondan 6500 manat məbləğində vəsaiti alıb mənimsəməklə dələduzluq etmiş, iki il müddətində həmin vəsaitdən cəmi 2000 manatı ona qaytarmış, 4500 manatı isə bu günədək ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh maddi ziyanın əvəzi kimi 4500 manat pul tələbini qəbul etmişdir. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(009)-123/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 17 mart 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək, yəni 05 ay 29 gün ev dustaqlığında olduğu müddətinin 01 günü 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 11 ay 28 gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 01 il 06 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Cavabdeh üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyət saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, iddiaçının ona qarşı qaldırdığı vurduğu maddi ziyanın əvəzi kimi 4500 manat pul tələbini qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh etiraf etdiyi 4500 manat hissədə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı Bakı Hərbi Məhkəməsi tərəfindən həbs edilmiş faktiki həyat yoldaşı X1 həbsdən buraxdıracağını yalandan vəd edib aldadaraq ondan 6500 manat məbləğində vəsaiti alıb mənimsəməklə dələduzluq etmiş, həmin vəsaitdən cəmi 2000 manatı ona qaytarmış, 4500 manatı isə bu günədək ödəməkdən boyun qaçırır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(009)-123/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ona qəti olaraq 01 il 06 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçının maddi ziyanın əvəzi kimi 4500 manat pul tələbini qəbul etdiyini bildirmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində qanuni və əsaslı olduğundan, həmçinin iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qəbul edildiyindən məhkəmə hesab edir ki, Cavabdeh 4500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1655 nömrəli qəzdən görünür ki, İddiaçı Oqtay qızı tərəfindən 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına olan xx.xx.2022-ci il tarixli, 2501 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən müəyyən olunur ki, vurulmuş ziyanın ödənilməsinə dair Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki işlə bağlı İddiaçı Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi hüquqi yardım olaraq vəkilə ödənilmiş 400 manat məbləğində pul vəsaitinin cavabdehə qaytarılması hissəsində qismən – 200 manat məbləğində, habelə dövlət rüsumu olaraq ödənilmiş 75 manatın cavabdehə qaytarılması hissəsində isə təmin edilməlidir. Odur ki, Cavabdeh hüquqi yardım olaraq vəkilə ödənilmiş 200 (iki yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat, hüquqi yardım olaraq vəkilə ödənilmiş 200 (iki yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5708/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5708/2022
01.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver