Məhkəmə qərarları › İş №2(004)-571/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-571/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-571/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 03.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavadehdən "xxxx" KB ASC-nin xeyrinə 4401 manat əsas, 930,76 manat faiz borcu, 23,26 manat cərimə olmaqla, cəmi 5355,02 manat məbləğində pulun, 73,62 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 12.01.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 25% ödəmək şərtilə 4401 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliklərini vaxtında icra etməmişdir. Hazırda cavabdehin 19.11.2021-ci il tarixə banka 4401 manat əsas, 930,76 manat faiz borcu, 23,26 manat cərimə olmaqla, cəmi 5355,02 manat məbləğində borcu vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, işin halları ona məlumdur. Hazırki iddia tələbini qəbul edir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 12.01.2021-ci il tarixli, 91nkNAR/21 saylı kredit və bank hesabı müqaviləsinə əsasən, bank borcalana 60 ay müddətinə illik 25% ödəmək şərtilə 4401 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.06.2021-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən tərtib olunmuş 19.11.2021-ci il tarixli, 996007 saylı maliyyə arayışına əsasən, Cavabdehnın 12.01.2021-ci il tarixli, 91nkNAR/21 saylı kredit müqaviləsi üzrə 19.11.2021-ci il tarixədək 4401 manat əsas, 930,76 manat faiz borcu, 23,26 manat cərimə olmaqla, cəmi 5355,02 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. İş materiallarında müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 12.01.2021-ci il tarixli, 91nkNAR/21 saylı kredit müqaviləsi üzrə 19.11.2021-ci il tarixə yaranmış 4401 manat əsas borc, 930,76 manat faiz borcu, 23,26 manat cərimə olmaqla, cəmi 5355,02 manat və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 74,02 manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4401 manat əsas borc, 930,76 manat faiz borcu, 23,26 manat cərimə olmaqla, cəmi 5355,02 (beş min üç yüz əlli beş manat iki qəpik) manat və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 74,02 (yetmiş dörd manat iki qəpik) manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar