Məhkəmə qərarları › İş №2(004)-5723/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5723/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5723/2020 27.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV, İMEİ Kodu **********10905 və **********07026 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefon üçün 1587 manat ödənilməmiş hissə, 158 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Piko Glass for Hoffmann, Piko cover case for Hoffmann 4 ədəd aksesuar üçün, 30 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 1775 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1805 manat Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh Hüseynov Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin məktub məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV, İMEİ Kodu **********10905 və **********07026 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefon, Piko Glass for Hoffmann, Piko cover case for Hoffmann 4 ədəd aksesuar almış və nəticədə 1775 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1602 manat (18 ay x 89 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED TV, İMEİ Kodu **********10905 və **********07026 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefon üçün ümumilikdə 1745 manat olmaqla, ondan, 1587 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 158 manat cərimə pulu borcu yaranmşıdır. Cavabdehin cəmi ödədiyi məbləğ 15 manat təşkil etmişdir. Alqı-satqı qiyməti 36 manat (6 ay x 6 manat + 0 manat ilkin ödəniş) olan Piko Glass for Hoffmann, Piko cover case for Hoffmann 4 ədəd aksesuar üçün ümumilikdə 30 manat olmaqla, ondan, 30 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 0 manat cərimə pulu borcu yaranmşıdır. Cavabdehin cəmi ödədiyi məbləğ 6 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli birinci alqı-satqı müqaviləsi üzrə 1587 manat məbləğində ödənilməmiş hissə, 158 manat cərimə borcu, cəmi 1745 manat, ikinci alqı-satqı müqaviləsi üzrə isə 30 manat məbləğində ödənilməmiş hissə, 0 manat cərimə borcu, cəmi 30 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh Samsung LED TV, İMEİ Kodu **********10905 və **********07026 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefon üçün 1587 manat ödənilməmiş hissə, 158 manat cərimə, ümumilikdə 1745 manat, eyni tarixli digər müqavilə üzrə isə Piko Glass for Hoffmann, Piko cover case for Hoffmann 4 ədəd aksesuar üçün ümumilikdə 30 manat ödənilməmiş hissə, 0 manat cərimə ümumilikdə 30 manat, cəmi 1775 manat borc alınaraq “xxxx” MMC-nə ödənilməlidir. İddiaçı “xxxx” MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviyə əsasən, Samsung LED TV, İMEİ Kodu **********10905 və **********07026 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefon üçün 1587 (bir min beş yüz səksən yeddi) manat ödənilməmiş hissə, 158 (bir yüz əlli səkkiz) manat cərimə, ümumilikdə 1745 (bir min yeddi yüz qırx beş) manat, xx.xx.2019-cu il tarixli digər müqaviləyə əsasən isə Piko Glass for Hoffmann, Piko cover case for Hoffmann 4 ədəd aksesuar üçün ümumilikdə 30 (otuz) manat, cəmi 1775 (bir min yeddi yüz yetmiş beş) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar