Məhkəmə qərarları › İş №2(004)-5753/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5753/2020

10.12.2020 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5753/2020 10.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə” ərizəsinə Bakı şəhəri Yasamal rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1949-cu il təvəllüdlü X4 itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, X4 qardaşıdır. ünvan 1 ünvaninda yaşayan xx.xx.1949-ci il təvəllüdlü X8 xx.xx.2017-ci il tarixdə evdən çıxmış və bir daha evə qayıtmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazırlıyi Baş X5 müraciət etmişdir. Lakin artıq 3 ildir ki qardaşının tapılıb-tapılmaması barədə heç bir məlumat yoxdur. Həmçinin sahibsiz meyitlərin saxlanıldığı Məhkəmə Tibbi Ekspertiza və X2 və qəbirsanlıqlara müraciət etsə də, heç bir nəticə verməmişdir. Asan Xidmətin Notariat kontorunda qardaşına məxsus pensiya kartında yığılmış məbləğin alınması üçün ölüm faktını tanımalıdır ki vərəsəlik işi açılsın və müvafiq DSMF-dən maaşını ala bilsin və mənzil üzrə vərəsəlik üzrə müraciət edərək vərəsəliyi qəbul etsin. Lakin vərəsəliyi qəbul edə bilmədiyindən, onun itkin düşməsi ilə bağlı məhkəməyə müraciət edir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxsə xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə bildirmişdir ki, X8 həqiqətən də xx.xx.2017-ci il tarixdə evdən çıxmış və bir daha geri qayıtmamışdır. X4 ailəsi ilə heçbir problemi yox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə bildirmişdir ki, X8 əmisidir. Heç bir ruhi problemi olmamış, bir neçə il öncə evdən çıxmış və bir daha evə geri qayıtmamışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon prokurorluğunun Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, ********* saylı məktubdan görünür ki, X4 Bakı şəhəri, Nəsimi rayonu, Heydər Əliyev adına istirahət parkından evə getmək adı ilə ərizəçidən ayrıldığı və itkin düşməsi faktı ilə bağlı Bakı şəhər prokurorunun sabiq müavini Mehman Qocayev tərəfindən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, istintaq aidiyyəti üzrə Nəsimi rayon prokurorluğuna göndərilmişdir. X4 itkin düşməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə aparılan istintaq zamanı sonuncunun iş yoldaşları- Teymur Hacıyevin, Zaur Əhmədovun ifadəsi alınmış, A.Hacıyevin adına olan pensiya kartı vasitəsi ilə əməliyyatlar aparılmış bankomatların yerləşdiyi ünvanlar barədə məlumat, əməliyyatlarla bağlı hesabatların, əməliyyatlara dair bankomat fotoşəkillərinin əldə olunması üçün Azərbaycan Beynəlxalq Bankı Təhlükəsizlik departamentinə, A.Hacıyevə məxsus pensiya kartından Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatda xx.xx.2017-ci ildə əməliyyat aparılarkən qeydə alınmış videogörüntüniin götürülməsi məqsədilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə, Azər Hacıyevin əlamətlərinə oxşar meyitin Mərkəzi və rayon şöbələrində müayinə olunub-olunmamasını dəqiqləşdirmək üçün Azərbaycan Respublikası MTE və PA ETT Birliyinə, tibb müəssisələrinə sorğular, telefon danışıqlarına dair məlumatların götürülməsi üçün “Azercell”, “Bakcell” və “xxxx” MMC-yə məhkəmə qərarları, X9 rayonu, Dədəgünəş kəndində yaşayan qohumlarının ifadələrinin alınmasınan ötrü Şamaxı rayon prokuroruluğuna “ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasının təmin edilməsi haqqında” qərar, Ərizəçi işlədiyi Heydər Əliyev adına Saraya sorğu, Yasamal RPlnin 28-ci PB-nə, Nəsimi RPİ-nə, Yasamal RPİ-nə və Şamaxı RPŞ-yə əməliyyat tapşırıqları verilmiş, müvaflq cavablar əldə edilmiş, telefon danışıq məlumatlarına baxış keçirilmiş, Heydər Əliyev adına Sarayının ətrafında yerləşən Təhlükəsiz Şəhər Kameralarının görüntülərinin təqdim edilməsi üçün müraciət edilmiş, rayon və şəhər üçün sorğular göndərilmişdir. xx.xx.2019-cu il tarixli qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1 -ci maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və X1 Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, 144 saylı məktubdan görünür ki, ərizəçinin məktubuna cavab olaraq 1949-cu il təvəllüdlü X4 meyiti xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Birliyin Yasamal rayon məhkəmə-tibb ekspertiza şöbəsinin meyitxanasına daxil olmadığı və meyitlər üzrə qeydiyyat kitabında qeyd edilmədiyi bildirilmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx-2017/15 saylı məktubdan görünür ki, ərizəçinin vəfat etmiş X4 ölümünün qeydiyyata alınması barədə şöbəyə daxil olmuş ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasında imtina edilmiş və yasayış yeri üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. AR Mülki Prosessual Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir.Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə görə əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.2-ci maddəsinə görə itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Beləliklə, məhkəmədə araşdırılmış sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, xx.xx.1949-cu il təvəllüdlü X8 xx.xx.2017-ci il tarixində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 58, 10 saylı mənzildən çıxmış və bir daha evə qayıtmamışdır. Eləcə də onun itkin düşməsi faktı ilə bağlı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, cinayət işi üzrə aparılan istintaq zamanı sonuncunun axtarışı ilə bağlı görülmüş işlər nəticə verməyərək tapılması və ya olduğu yerin müəyyənləşdirilməsi mümkün olmamışdır. Qeyd olunan şəxsin itkin düşmüş hesab edilməsi ərizəçiyə X4 pensiya kartında yığılmış məbləğin alınması üçün lazımdır. Ona görə də, Mülki Məcəllənin yuxarıda göstərilmiş müddəalarına uyğun olaraq ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 312-316, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1949-cu il təvəllüdlü X8 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim :Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar