Məhkəmə qərarları › İş №2(004)-5768/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5768/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5768/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "Bank of Baku” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "Bank of Baku” ASC-nin Cavabdeh qarşı "kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 31.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "Bank of Baku” ASC ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 7584,14 manat məbləğində əsas, 60,23 manat məbləğində faiz borcu olmaqla, cəmi 7644,37 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq, iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirir ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında 22.08.2019-cu il tarixdə imzalanmış güzəştli kredit müqaviləsinə əsasən borcluya 22.08.2019-cu il tarixdə illik 1 faiz olmaqla 60 ay müddətində 7592,7 manat kredit verilmişdir. Cavabdehin banka 7584,14 manat əsas borc, 60,23 manat faiz borcu olmaqla, cəmi 7644,37 manat məbləğində borcu vardır. Cavabdeh “Bank of Baku" ASC ilə 22.08.2019-cu il tarixdə imzalanmış kredit müqaviləsi üzrə borcu və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. İddianın təmin edilməsini xahiş edir. Məhkəm iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, krediti götürdüyünü və ödəmədiyini etiraf edir. Lakin hazırda işləmir və maddi imkanı yoxdur. Həmçinin keçmiş məhkum olduğuna görə heç bir yerdə işə götürülmür. Sağlamlıq preoblemləri var. Hazırda borcu tam ödəyə bilməsə də, imkanı olduqca hissə-hissə ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli, FR/90976/70 saylı müqaviləyə əsasən bank tərəfindən müştəriyə illik 1% dərəcəsi ilə 5 il müddətinə 7592,7 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 24.08.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 22.08.2019-cu il tarixli müqaviləsi üzrə 7584,14 manat əsas, 60,23 manat faiz, 0 manat cərimə borcu vardır. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, "Bank of Baku” ASC ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 7584,14 manat məbləğində əsas borc, 60,23 manat məbləğində faiz borcu olmaqla, cəmi 7644,37 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq, iddiaçı "Bank of Baku” ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "Bank of Baku” ASC ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 7584,14 manat məbləğində əsas borc, 60,23 məbləğində faiz borcu olmaqla cəmi 7644,37 (yeddi min altı yüz qırx dörd manat otuz yeddi qəpik) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq, iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar