Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5775/2021 09.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 135 000 manat, 10 000 ABŞ dolları, 25 000 manat və 8500 manat pulun, 30 manat dövlət rüsumunun, cavabdehin real imkanları nəzərə alınaraq 20 000 manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən köhnə avtomobil bazarı adlanan ərazidə avtomobil ehtiyyat hissələrinin alqı-satqısı və təmiri ilə məşğuldur. 2021-ci ilin fevral ayında tanışı Rafiq ona bildirmişdir ki, müdürü Hikmət onunla görüşüb iş barəsində söhbət etmək istəyir. Rafiqlə birgə Hikmətin ofisinə getmişlər. Görüş zamanı iddiaçı gördüyü işlər barədə iş üzrə Cavabdeh məlumat vermişdir. O, Hikmətə bildirmişdir ki,avtomobil resorlarını Çindən daha ucuz alıb nisbətən baha satmaq və qazanc əldə etmək mümkündür. Eyni zamanda Hikmətə bildirmişdir ki, 2020-ci ilin mart ayından “COVİD-19” infeksiyasının yayılması ilə əlaqədar ölkə ərazisində tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar bir çox iş sahələri iflas olmuşdur. Buna baxmayaraq biznes fikri onda maraq oyatmışdır. Hikmət işə 200 min manat pul yatızdıracağı barədə qərar vermişdi. İddiaçı tanışı Rafiqlə ofisdən qayıdarkən yolda Rafiq bildirmişdir ki, Hikmətin verdiyi pulla Azərbaycanda da dövriyyə edərək qazanc əldə etmək olar. 2021-ci ilin fevral ayında Rafiq Hikmətin verdiyi 160 000 ABŞ dolları pulu 3 dəfəyə iddiaçıya vermişdir. Həmin ərəfədə işlər daha da pisləşmişdir. İddiaçı müxtəlif vaxtlarda cavabdehə 135 000 manat, 10 000 ABŞ dolları, 25 000 manat və 8500 manat pul qaytarmışdır. Hazırda iddiaçının cavabdehə 55 000 ABŞ dolları dəyərində borcu qalsa da, anbarında bu məbləği üstələyən malı vardır. Pandemiya səbəbindən alverin gəliri tamamilə aşağı düşmüş, borcunu vaxtında qaytara bilməmişdir. Lakin cavabdeh borcunu birdəfəyə tələb edir. Əks halda zor tətbiq edəcəyini və ona şər ataraq tutduracağını bildirir. Cavabdehin dediyinə görə, borc ödənilmədiyi təqdirdə hər ay 10 000 ABŞ dolları faiz gələcək. Qısa müddətdə bu qədər pulu əldə etmək qeyri-mümkündür. Cavabdehin belə hərəkətləri ona ağır sarsıntılar və iztirab keçirtmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İddia ərizəsinə əsasən iddiaçı cavabdehin ona verdiyi puldan geri qaytardığı pulları tələb edir və cavabdehin öz pulunun tam qaytarılmasını tələb etdiyinə görə ona mənəvi zərərin vurulduğunu bildirir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı yazılı müqavilə olmamış, şifahi razılaşma olmuşdur. Xətai rayon Polis İdarəsinin TŞ-nin baş tədqiqatçısı Teymur Ağamirovun İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 iyun 2021-ci il tarixli qərarından isə görünür ki, cavabdehin iddiaçıya borcu yoxdur, əksinə iddiaçının cavabdehə borcu vardır. Odur ki, pul tələbinə dair iddia əsassız olduğundan rədd edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, maddi zərər tələbi təmin edilmədiyindən, mənəvi zərər tələbi də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5775/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5775/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver