Məhkəmə qərarları › İş №2(004)-5805/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5805/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5805/2021 03.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşı "borcun silinməsi tələbinə dair" iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşı "borcun silinməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "Royal Bank” ASC arasında bağlanmış 03 oktyabr 2008-ci il tarixli F18 45A saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin Ləğv prosesində olan "Royal Bank” ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mühasibat balanslarından silinməsi və həmin borcun silinməsinə mövcud olmamasına dair kredit reyestrini aparan “Azərbaycan Kredit Bürosu" MMC-nə rəsmi məlumat verilməsi öhdəliyinin Ləğv prosesində olan "Royal Bank” ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı şəhər Yasamal rayon Məhkəməsinə 01 sentyabr 2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bekə ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2iqt(81)-2410/2012 saylı, 25.07.2012-ci il tarixli qətnaməsi ilə, Cavabdeh1 ASC-nin müflis elan edilməsi, Ləğvedici “X1 Company” MMC-yə ödəniləcək əmək haqqı 2500 manat məbləğində müəyyən edilməsi və Cavabdeh1 ASC-nin müflis elan olunması haqqında məhkəmə qətnaməsi dərhal icra edilməsi qət edilmişdir. Daha sonra Cavabdeh1 ASC-nin Ləğvedicisi “X1 Company” MMC (ləğvedici dəyişərək Əmanətlərin Sığortalanması Fondu olmuşdur). Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 40 ünvanıdır. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bundan əlavə MPM-nin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırda isə iddiaçı cavabdeh qismində cəlb etdiyi Ləğv prosesində olan Cavabdeh1 ASC-nin faktiki ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr., ev 5 ünvanı kimi, qeyd etsədə lakin Cavabdeh1 ASC ləğv olunaraq Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müəyyən olunduğundan və Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 40 ünvanıdır. Beləliklə, məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı kimi qeyd olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 40 ünvanı Nəsimi rayonun inzibati ərazisinə aid olduğundan, Yasamal rayonu ərazisinə aid olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Ona görə də, iddia ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi ilə geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşı "borcun silinməsi tələbinə dair" iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar