Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5810/2020 18.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Abışova X1 İddiaçı ASC-nin xeyrinə 766.09 manat əsas, 156.99 manat faiz, cəmi 923.08 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12751/2016 nömrəli, xx.xx.2016cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilərək məhkəmə əmri çıxarılmışdır. Borclu Cavabdeh əmrdən etiraz verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12751/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5810/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərardadı ilə etiraz təmin olunmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12751/2016 nömrəli, xx.xx.2016-cı il tarixli əmri ləğv edilərək iş üzrə iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli plastik kartı üzrə kredit müqaviləsinə əsasən bank cavabdehə 10000 manat məbləğində kredit xətti açmışdır. xx.xx.2014-cü il tarixli, BAL2275215/13 saylı kredit sazişinə əsasən cavabdehə məxsus Bolkart kartına kredit xəttindən ilkin olaraq istifadə edilməsi üçün 800 manat məbləğində pul köçürülmüşdür. Kredit xəttinin maksimal müddəti 10 il müddətində müəyyən edilmişdir. Hazırda cavabdeh istifadə edilmiş müvafiq məbləğ(lər)i istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1, 6 və ya 12 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı növbəti təqvim ayının ilk 10 günü müddətində bərabər hissələrlə olmaqla ödəməli olduğu krediti banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Müqaviləyə əsasən müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh məhkəmə əmri çıxadıqdan sonra 144.74 manat məbləğində ödəniş etmişdir. Odur ki, qətnamə çıxarılarkən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli plastik kartı üzrə kredit müqaviləsinə əsasən sonuncuya 10000 manat məbləğində bərpa olunun kredit xətti açılmış, xx.xx.2014-cü il tarixli, BAL2275215/13 saylı kredit sazişə əsasən bərpa olunan kredit xəttinin məbləği 800 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh xx.xx.2017ci il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif vaxtlarda borcundan ümumilikdə 144.74 manat məbləğində ödəniş etmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq əsas borc üzrə 621.35 manat, faiz borcu üzrə 156.99 manat, cəmi 778.34 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia tələbinin cavabdehdən 766.09 manat məbləğində əsas borcun tutulması hissəsinə münasibətdə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehdən əsas borc üzrə 766.09 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsinin etiraf edici izahatına və iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, cavabdehin iddiaçıya əsas borc üzrə 621.35 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 621 (altı yüz iyirmi bir) manat 35 (otuz beş) qəpik əsas borc, 156 (bir yüz əlli altı) manat 99 (doxsan doqquz) qəpik faiz borcu, cəmi 778 (yeddi yüz yetmiş səkkiz) manat 34 (otuz dörd) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 15.69 %-i, yəni 3 (üç) manat 14 (on dörd) qəpiyi iddiaçıya aid edilsin, qalan 84.31 %-i, yəni 16 (on altı) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 621 (altı yüz iyirmi bir) manat 35 (otuz beş) qəpik əsas borc, 156 (bir yüz əlli altı) manat 99 (doxsan doqquz) qəpik faiz borcu, cəmi 778 (yeddi yüz yetmiş səkkiz) manat 34 (otuz dörd) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 15.69 %-i, yəni 3 (üç) manat 14 (on dörd) qəpiyi iddiaçıya aid edilsin, qalan 84.31 %-i, yəni 16 (on altı) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5810/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5810/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver