Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5821/2021 11.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, X2 iclas katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2n qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 3661 ABŞ dolları bundan 1997 ABŞ dolları əsas, 12 ABŞ dolları faiz borcu, 1417 ABŞ dolları cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 235 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 126.LN.2102.061115.00001 saylı, 06 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. 06 yanvar 2016-cı il tarixdə 126.LN.2102.061115.00001 saylı kredit müqaviləsinə əlavə 1 saylı razılıq bağlanaraq kreditin illik faiz dərəcəsi 15,41 faizə endirilmiş və bu razılaşmaya əlavə olunmuş 2 saylı əlavəsi qüvvəyə minmişdir. 28 oktyabr 2016-cı il tarixli, 2 saylı əlavə razılığa əsasən, kreditor tərəfindən borcalana 364,58 ABŞ dolları məbləğində kredit restrukturizasiya edilmiş və 22,84 ABŞ dolları məbləği kapitallaşdırılmış və kreditin qalıq məbləğinə əlavə edilmişdir. Bununla da kreditin ümumi məbləği 6473,86 ABŞ dolları təşkil etmiş və bu razılaşmaya əlavə olunmuş, əlavəsi qüvvəyə minmişdir. 12 mart 2018-ci il tarixli, 3 saylı əlavə razılığa əsasən, kreditor tərəfindən borcalana 3051,29 ABŞ dolları məbləğində kredit restrukturizasiya edilmiş və bu razılaşmaya əlavə olunmuş 4 saylı əlavəsi qüvvəyə minmişdir. Cavabdeh1 kredit verilərkən 12 mart 2018-ci il tarixində Bank ilə Cavabdeh3 arasında 120.CL.061115.00001/i saylı, Cavabdeh2 ilə isə 120.CL.061115.00001/h saylı Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 dəfələrlə şifahi müraciət olunmasına, habelə **********166 saylı, 27.01.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 03.06.2021-ci il tarixə kredit üzrə cəmi borcu 3661 ABŞ dolları təşkil edir. Bundan 1997 ABŞ dolları əsas, 12 ABŞ dolları faiz borcu, 1417 ABŞ dolları cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 235 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 126.LN.2102.061115.00001 saylı, 06 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 06 yanvar 2016-cı il tarixdə 126.LN.2102.061115.00001 saylı kredit müqaviləsinə əlavə 1 saylı razılıq bağlanaraq kreditin illik faiz dərəcəsi 15,41 faizə endirilmiş və bu razılaşmaya əlavə olunmuş 2 saylı əlavəsi qüvvəyə minmişdir. İş materiallarında olan 28 oktyabr 2016-cı il tarixli, 2 saylı əlavə razılığa əsasən, kreditor tərəfindən borcalana 364,58 ABŞ dolları məbləğində kredit restrukturizasiya edilmiş və 22,84 ABŞ dolları məbləği kapitallaşdırılmış və kreditin qalıq məbləğinə əlavə edilmişdir İş materiallarında olan 12 mart 2018-ci il tarixli, 3 saylı əlavə razılığa əsasən, kreditor tərəfindən borcalana 3051,29 ABŞ dolları məbləğində kredit restrukturizasiya edilmiş və bu razılaşmaya əlavə olunmuş 4 saylı əlavəsi qüvvəyə minmişdir. Həmin razılaşmaya əsasən kredir borcu üzrə öhdəliyin son icra müddəti 05.02.2019-cu il tarixi göstərilmişdir. İş materiallarında olan Cavabdeh3 ilə bağlanmış 120.CL.061115.00001/i saylı 12 mart 2018-ci il tarixli və Cavabdeh2 ilə bağlanmış 120.CL.061115.00001/h saylı 12 mart 2018-ci il tarixli zaminlik müqavilələri Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təmini məqsədilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 11.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 126.LN.2102.061115.00001 saylı saylı kredit müqaviləsi üzrə banka 1997 ABŞ dolları əsas, 12 ABŞ dolları faiz borcu, 1417 ABŞ dolları cərimə borcu, 235 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcu ödəmələrinə dair 27.01.2021-ci il tarixdə xəbərdarlıq məktubları göndərmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi 12.03.2018-ci il tarixli, 120.CL.061115.00001/i saylı və 120.CL.061115.00001/h zaminlik müqavilələri ilə təmin olunmuşdur. Cavabdeh – borc alan müqavilə öhdəliyini icra etməmişdir. Beləliklə, cavabdeh borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh – borc alan isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Göründüyü kimi, kredit verən müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 1417 ABŞ dolları məbləğində deyil, 100 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiklərindən iddia tələbi əsas borc, faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış borc hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh 1997 ABŞ dolları əsas borc, 12 ABŞ dolları faiz borcu olmaqla, 100 ABŞ dolları cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 235 ABŞ dolları faiz borcu, cəmi 2344 ABŞ dolları tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, tələb digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, zaminlik müqavilələri 12.03.2018-ci il tarixdə bağlanmışdır. Müvafiq kredit razılaşması üzrə icra müddəti 05.02.2019-cu il tarixdə başa çatmışdır. Hazırkı iddia ərizəsi ilə 02.09.2021-ci il tarixdə ilk dəfə zaminlərə qarşı zaminlik müqaviləsindən irəli gələn tələblər irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbi baxımından zaminlərə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən 12.03.2018-ci il tarixli zaminlik müqavilələri üzrə zaminliyə xitam verilməlidir. Zaminlik müqavilələri üzrə zaminliyə xitam verildiyindən iddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminlər Cavabdeh3 və Cavabdeh2 qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbi onlara aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1dan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 1997 (bir min doqquz yüz doxsan yeddi) ABŞ dolları əsas borc, 12 (on iki) ABŞ dolları faiz borcu olmaqla, 100 (yüz) ABŞ dolları cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 235 (iki yüz otuz beş) ABŞ dolları faiz borcu, cəmi 2344 (iki min üç yüz qırx dörd) ABŞ dolları və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5821/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5821/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver