Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5860/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 03.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq, qoşulma nəticəsində 88,8 manat vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı, ümumilikdə 259,2 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 22 avqust 2005-ci il tarixdə və 22 avqust 1011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar alınmışdır. Bu məqsədlə İddiaçı MMC Bakı şəhərində kabel televiziyasının yayımlanması üçün kabel şəbəkəsini qurmaqla müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.04.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 76 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 02.12.2009-cu il tarixdə həmin ünvanda yaşayan Muradova Xanım ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən, mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, abonent son ödəməsini 01.09.2011-ci il tarixədək etmiş və həmin ünvan 23.11.2011-ci il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. 08.05.2012-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1000 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana 28.06.2012ci il və 14.09.2012-ci il tarixlərdə keçirilən qrafikdənkənar nəzarət baxışı zaman cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 1410 K və 1841 K saylı aktlar tərtib edilmişdir. Habelə iddia ərizəsinə əlavə olunan Bakı şəhəri 26 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş AN-1 ******* saylı 20.09.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən də göründüyü kimi, cavabdeh ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi olmuş və həmin mənzili 20.09.2012-ci il tarixdə başqa şəxsə satmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsind Telekom” MMC-yə maddi ziyan vurulmuşdur. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 23.11.2011-ci il tarixdən sonuncu qanunsuz qoşulma barədə 1841 K saylı aktın tərtib olunduğu 14.09.2012-ci il tarixə qədər olan müddət 296 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 88 manat 80 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 14.09.2012-ci il tarixli, 1841 nömrəli aktın surətinə əsasən Ədalət-A” MMC-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 28.06.2012-ci il tarixli, 1410 nömrəli aktın surətinə əsasən Ədalət-A” MMC-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 08.05.2012-ci il tarixli, 1000 nömrəli aktın surətinə əsasən Ədalət-A” MMC-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 19.07.2019-cu il tarixli arayışa əsasən ünvan 4 ünvanında yaşayan Muradova Xanım arasında bağlanmış müqavilə üzrə 01.09.2011-ci il tarixədək son ödəməni edərək 23.11.2011-ci il tarixdə borcsuz olaraq şəbəkədən ayrılmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının iddiasına əsasən 14.09.2012-ci il, 28.06.2012-ci il və 08.05.2012-ci il tarixlərdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” Kabel Televiziyasının əməkdaşları tərəfindən Binəqədi rayonu, 6-cı mikrorayon, Ü.Hacıbəyov küçəsi, ev 2/10, 108 saylı mənzilə kabel şəbəkəsinə keçirilən baxış zamanı həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1841 və 1410 saylı aktlar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 14.09.2012-ci il tarixli, 1841 nömrəli, 28.06.2012-ci il tarixli, 1410 nömrəli və 08.05.2012-ci il tarixli, 1000 nömrəli aktlardan görünür ki, həmin aktlar tərtib edilərkən mənzil sahibinin iştirakı təmin edilməmiş, habelə müvafiq aktın mənzil sahibinə təqdim edilməsi məqsədilə lazımi tədbirlər görülməmişdir. Aktı tərdib edən şəxslər (harada və hansı vəzifədə işləmələri) barəsində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Aktların 2012-ci il tarixdə tərtib edilməsinə bağmayaraq 9 il ərzində aktla bağlı cavabdehdən pul istənməmiş və 9 ildən sonra məhkəməyə müraciət olunmuşdur. Bu da aktın doğruluğuna şübhə yaratmaqdadır. Aktlarda mənzil sahibi kimi fərqli adı qeyd olunan şəxsə (Fərqanə, Pərvanə) məlumat verilməsi və aktın surətinin qapıya qoyulması məhkəmə tərəfindən yetərli tədbir kimi qiymətləndirilmir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər əsaslandırılmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən, telekommunikasiya şəbəkələrində, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq, qoşulma nəticəsində 88,8 manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı, ümumilikdə 259,2 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat məbləğində pulun tutulmasına dair iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq, qoşulma nəticəsində 88,8 manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı, ümumilikdə 259,2 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat məbləğində pulun tutulmasına dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5860/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5860/2021
30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver