Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-588/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 1300 (bir min üc yüz) rnanat ona dəymiş maddi ziyan əvəzinə və ödədiyi dövlət rüsumlarının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, onun mülkiyyəyində “QAZ-3302” markalı 40BS843 dövlət qeydiyyat nişanlı avtomobil vardır, həmin avtomaşınla yük daşıyaraq ailəsini dolandırır. 12 iyun 2021-ci il tarixdə saat 9-1000 radələrində mülkiyyətində olan yuxarıda qeyd etdiyi avtomaşınla Quba Rayon Zərdabi kəndinə gedirmiş, Quba Rayon Alekseyevka kəndi istiqamətində sola dönmək üçün dönmə işarəsini yandırıb dayandığı vaxt arxadan onun avtomaşınını “HOWO Shacman F200” markalı, 40BS843 dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq onun avtomaşınına külli miqdarda ziyan vurmuş, hadisə yerinə DYP əməkdaşları gəlmişlər, hadisənin “HOWO Shecman F200” markalı avtomaşının təqsiri üzündən baş verdiyini bildirmişlər, həmçinin hadisə yerinə cavabdeh "xxxx"nın əməkdaşı gəlmiş, çəkiliş aparmış və ona bildirmişdir ki, gedib avtomaşınını təmir etdirsin, dəymiş zərərin pulunu sığorta şirkəti ödəyəcək, o da avtomaşınını Quba şəhərində fəaliyyət göstərən “Qığılcım MMC”-yə təqdim etmiş, onlar avtomaşınına baxış keçirib avtomaşınının 1300 manat ziyan dəyməsi barədə xx.xx.2021-ci il tarixli ziyan aktı tərtib etmişlər və idarə etdiyi avtomaşını özü təmir etdirmişdir. O, dəfələrlə cavabdeh təşkilata müraciət edib dəymiş ziyanın ödənilməsini tələb etmiş, onlar ona avtomaşınına 400 manat ziyan dəyməsini bildirmişlər, o, onlarla razılaşmamış, müxtəlif təşkilatlara şikayət edib avtomaşınına dəymiş real ziyanı tələb etmiş, lakin nəticəsi olmamış, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə etdiyi məktublara cavablardan aşkar olur ki, cavabdeh təşkilat ona dəymiş 1300 manat maddi ziyanı ödəməkdən boyun qaçıraraq müstəqil ekspertə müraciət etməyi tövsiyyə edir, müstəqil ekspertlər də cavabdehin nəznində olan qurumdur və onların ona dəymiş ziyanı obyektiv qiymətləndirilməsi şübhə doğurur. İddia ərizəsinə əlavə etdiyi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ziyan aktından sübuta yetir ki, onun mülkiyyətində olan “QAZ 3302” yük markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşına hadisə nəticəsində 1300 manat maddi ziyan dəymişdir. Cavabdeh "xxxx" ASC iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə qarşı iddia qaldırılaraq, iddiaçıya məxsus “QAZ-3302” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi kimi 1300 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mən dəfələrlə cavabdeh təşkilata müraciət edib dəymiş ziyanın ödənilməsini tələb etdim, onlar mənə avtomaşınıma 400 manat ziyan dəyməsini bildirdilər, mən onlarla razılaşmadım, müxtəlif təşkilatlara şikayət edib avtomaşınıma dəymiş real ziyanı tələb etdim, lakin nəticəsi olmadı, ona görə də məhkəməyə müraciət etməli oldum.” Aşağıda qeyd edilənlərlə iddianın tamamilə əsassız olduğu sübuta yetirilir və bu səbəbdən rədd edilməlidir. İş materiallarından da göründüyü kimi, xx.xx.2021-ci il tarixində üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC-də icbari qaydada sığortalanmış “HOWO” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin və iddiaçıya məxsus olan “QAZ-3302” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı yol nəqliyyat hadisəsi baş vermiş, sığortalı avtomobilin sürücüsü barəsində xx.xx.2021-ci il tarixli TP ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Hadisə nəticəsində “QAZ-3302” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığortaçı tərəfindən qiymətləndirilərək, zərər məbləği 400 (dörd yüz) manat müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişinin həyata keçirilməsi mümkün olması bildirilmişdir. Lakin iddiaçı özünün sifarişi ilə aldığı "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 1824 saylı ziyan akına istinad edərək real zərər məbləğindən təqribən üç dəfə artıq olan 1300 manat tələb etmiş və təklif olunan 400 manat sığorta ödənişini almaqdan imtina edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “İcbari sığortalar haqqında” qanunu ilə müəyyən edilmiş konkret tənzimləmə qaydalarına riayət etmədən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının qanunla müəyyən edilmiş tənzimləmə qaydalarına riayət etməməsi ilə bağlı: Mülki Məcəllənin 925.2-ci maddəsinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 24.1.4-cü maddəsinə əsasən, müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək, zərərçəkənin hüquqlarına aid edilmişdir. Zərərçəkən (iddiaçı) tərəfindən isə Mülki Məcəllə və “İcbari sığortalar haqqında” qanunla təsbit edilmiş hüquqlardan istifadə edilmədən, yəni, sığortaçı tərəfindən aparılmış qiymətləndirmə məbləği ilə razı olmadığı təqdirdə, müstəqil ekspertin təyin edilməsini tələb etmədən və belə ekspertizanın keçirilməsindən sığortaçının imtinasını almadan bilavasitə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı, yalnız iddia etdiyi hüquqlarının pozulmasını sübut etməklə həmin iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. İddia tələbindən belə çıxır ki, icbari sığorta üzrə istənilən zərərçəkmiş şəxs qanunla və Mülki Məcəllə ilə təsbit edilmiş hüquqların həyata keçirilməsinə cəhd belə etmədən birbaşa məhkəməyə müraciət edərək, ona dəymiş zərərin müstəqil ekspert tərəfindən deyil, özünün təyin etdiyi və ya digər qərəzli rəyə istinad etməklə, həqiqi zərər məbləğindən dəfələrlə çox pul tələb edə bilər. Halbuki, zərərin daha dəqiq qiymətləndirilməsi üçün qanunverici sığorta sahəsində məhz müstəqil ekspert subyektlərini nəzərdə tutmuşdur və belə fəaliyyət lisenziyalaşdırılan fəaliyyət olmaqla, müstəqil ekspertlərin reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərirlər. Sübut etməyə ehtiyac yoxdur ki, şəxsin məhkəməyə müraciət etməsi üçün ilkin şərt “mübahisə”nin olmasıdır. Mübahisənin olması isə qanundan və ya digər normativ aktlardan irəli gələn hüquqların pozulmasını ehtiva edir. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İddiaçının istinad etdiyi hazırkı güman edilən “pozuntu” məhkəmədə baxılmalı olan “mübahisə” hesab edilə bilməz. Başqa sözlə desək, mübahisə həqiqi və ciddi olmalıdır. Belə olan halda, mövcud olmayan mübahisə üzrə iddiaçının həqiqi və ciddi olmayan tələbi ilə bağlı məhkəmənin hazırda mübahisələndirilən qətnaməni qəbul etməsi yuxarıda istinad edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini bir daha təsdiq edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında (məsələn, Tarverdiyev Azərbaycana qarşı işi üzrə 26 iyul 2007-ci il tarixli qərar və s.) da təsbit etdiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki: “Məhkəmə bir daha qeyd edir ki, «mülki» sahə üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiqi üçün daxili qanunvericilikdə heç olmasa mübahisəli əsaslarla tanına bilən «hüquq» barəsində mübahisə olmalıdır. Mübahisə həqiqi və ciddi olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı) Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş qaydalara riayət etmədən məhkəməyə müraciət etmişdir ki, bu səbəbdən də “başqa şəxslərdən tələb etmək hüququnun” yaranmasından söhbət gedə bilməz. Ödənilmiş dövlət rüsumunun tələb edilməsi ilə bağlı: hesab edir ki, yuxarıda qeyd etdiyi hallara əsasən mübahisənin olmadığı aşkar surətdə görünür. İşin məhkəmə müstəvisində baxılması İddiaçı zərər məbləğindən daha artıq pulu istəməsidir. Bunun üçün də ödənilmiş dövlət rüsumunun cavabdehdən tələb etməsi olduqca absurtdur. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı "xxxx" ASC-yə qarşı sığorta ödənişi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, ekspertiza rəyi ilə razıdırlar və 500 manat hissəsində iddia tələbinin təmin olunmasına etiraz etmirlər. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" MMC-nin 1824 saylı, xx.xx.2021-ci il tarixli ziyan aktından görünür ki, “QAZ 33021” yük markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 1300 manat məbləğində müəyyən edilmişdir. - "xxxx" MMC-nin 421813 saylı, xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı “QAZ 33021” yük markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən olunmasına görə "xxxx" MMC-yə 50 (əlli) manat pul ödəmişdir. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx/xx-1484 saylı, 09 sentyabr 2021-ci il tarixli cavab məktubuna əsasən xx.xx.2021-ci il tarixində saat 08:45 radələrində Quba şəhəri ərazisində sığortalı “HOWO Shacman F2000” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun idarə etdiyi “QAZ 3302” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobilinə maddi ziyan dəymişdir. Həyata keçirilən sığorta araşdırması nəticəsində nəqliyyat vasitəsinin buraxılış ili, ehtiyat hissələrinin orta bazar dəyəri və xidmət haqqı nəzərə alınmaqla avtomobilə dəymiş real zərər tərəflərindən qiymətləndirilmişdir. Eyni zamanda, avtomobilin həmin qiymətləndirmə əsasında tam şəkildə təmirinin həyata keçirilməsinin mümkünlüyü də nəzərinə çatdırılmışlar. Lakin dəymiş zərərlə bağlı onunla razılıq əldə olunmadığı üçün “İcbari sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılacaqdır. Odur ki, dəymiş zərərin qiymətləndirilməsi üçün aşağıda sadalanan, maliyyə bazarlarına nəzarət orqanının reyestrdən qeydiyyatdan keçmiş müstəqil ekspertlərdən birini seçməyi və seçimi barədə "xxxx" ASC-yə 5 (beş) iş günü ərzində yazılı məlumat verməyi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/939 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Masazır” avtoservis və "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “QAZ 3302” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 500,0 manat müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Quba şəhəri ərazisində "xxxx" ASC Sığorta şirkətində sığortalı olan “HOWO Shacman F2000” markalı, **-JT-*** dövlət qeydiyat nişanlı avtomobil ilə İddiaçı idarə etdiyi “QAZ 3302” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı məxsus “QAZ 3302” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. İddiaçı ona məxsus nəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində 1300 manat məbləğində ziyan dəydiyini iddia edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən İddiaçı xeyrinə 500 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/939 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən “QAZ 3302” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci təxminən 500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.1-ci maddəsinə görə icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 16.4-cü maddəsinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə görə isə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun 50%-i, yəni 17 (on yeddi) manatı İddiaçı aid edilməli, qalan 50%-i, yəni 17 (on yeddi) manatı isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 50%-i, yəni 25 (iyirmi beş) manat İddiaçı, digər 50%-i, yəni 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 34 manat dövlət rüsumunun 17 manatı cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin, 17 manatı isə İddiaçı özünə aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı cavabdeh "xxxx" ASC-dən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-588/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-588/2023
14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver