Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5881/2023 15.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı Cavabdeh QSC-yə qarşı «borcun silinməsi və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh QSC-yə qarşı «borcun silinməsi və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsi, maneələrin aradan qaldırılması, Cavabdeh QSC-yə 17.076,41 ABŞ dolları kredit müqaviləsi üzrə borc, 200 manat ekspertiza xərci və 30 manat məbləğində pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən (hakim Sultanova-Məmmədova Ayşən) İddiaçı Cavabdeh QSC-yə qarşı Cavabdeh QSC-yə olan 17.076.41 ABŞ dolları məbləğinin, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri olan 200 manat və 30 manat pul məbləğlərinin silinməsi tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilmiş, xx.xx.2023-cü il tarixli, 27967 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1123/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müştərək qaydada cavabdeh qismində İddiaçı və digər cavabdehlərdən cəmi 17076,41 ABŞ dolları məbləğin, ekspertiza tədqiqatının dəyəri olan 200 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitlərinin tutulması və iddiaçı Cavabdeh QSC-yə verilməsi qət olunmuşdur. Sözegedən qətnamədən digər cavabdehlər apellyasiya şikayəti vermiş və onlara aid hissədə şikayət olunmuş qətnamə ləğv edilərək iddia tələbi onlara aid hissədə təmin olunmamışdır. Göründüyü kimi iddiaçı məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş borcun silinməsini tələb edir. Məhkəmə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmə qətnaməsi mövcud olduğundan İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1123/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ona münasibətdə əsassızlığı və sözügedən qətnamə üzrə təyin olunmuş borcun ona münasibətdə silinməsi üzrə həmin qətnamədən apellyasiya qaydasında şikayətlə Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbi “hüquqlarının bərpa edilməsi və maneələrin aradan qaldırılması” kimi qeyri-müəyyən dairəsi olan tələblər əlavə edilməklə Yasamal rayon Məhkəməsinin icraatında olmuş 2(004)-5427/2023 saylı mülki iş üzrə iddia tələbi ilə eynilik təşkil edir. Hansı ki, həmin tələb üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin əsaslandırılmış və hazıradək mübahisələndirilməmiş yekun məhkəmə aktı, yəni 2(004)-5427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı mövcuddur. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iddia tələbinin icraata qəbul edilərək məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, MPM-in tələbinə əsasən ərizənin icraata qəbul edilməsindən imtina edilməsi həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Hazırda iddiaçı həmin tələbə müəyyən əlavələr etməsinə baxmayaraq tələbin mahiyyəti eyni olaraq qaldığından ayrı iddia tələbi kimi qiymətləndirilmir. Beləliklə, iddiaçı əgər qeyd olunan məhkəmə aktı (Yasamal rayon Məhkəməsinin 2(004)-5427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı) ilə razılaşmayaraq yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirsə bu zaman razılaşmadığı, yəni qanunsuz və ya əsassız olduğunu iddia etdiyi məhkəmə qərarını mübahisələndirə bilərdi. Hansı ki, həmin qərardadda da iddiaçıya izah edilmiş MPM-in 153.6-cı maddəsinin tələbinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardaddan şikayət verilmək hüququ vardır. Əks halda, yəni qeyd olunan məhkəmə qərarını mübahisələndirməməsinin səbəbi həmin qərarda qeyd olunanlarla razılaşması olmuşdursa, bu zaman qərarda qeyd olunan göstərişə əsasən müvafiq (Nəsimi rayon Məhkəməsi) məhkəməyə müraciət etməli idi. Buna baxmayaraq, hazırkı halda eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla qaldırılmış iddia tələbi barədə mübahisələndirilməyən məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Həmçinin qeyd edirəm ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 27967 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş dövlət rüsumu Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçıya geri qaytarıldığından və hazırkı tələb üzrə dövlət rüsumunun ödənilməsi məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh QSC-yə qarşı «borcun silinməsi və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-5881/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5881/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver