Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-589/2024 01.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş övladları, 22 yanvar 2010-cu il təvəllüdlü X3 və 04 mart 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 2382/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsinin tutulub ona verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiyaya dair xərcin Bakı 16 saylı Mediasiya Təşkilatına dövlət rüsumu olaraq ödədiyi 60 manat nağd pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh ilə 10 iyun 2006-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Həmin nikahlarından 22 yanvar 2010-cu il təvəllüdlü X6 və 04 mart 2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2382/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı "nikahın pozulması tələbinə dair" iddia tələbi təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixli 444 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2019-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, xx.xx.2019-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentın tutularaq, cavabdeh İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin 19 may 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2382/2022 saylı qətnaməsi qət olunarkən Cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində zabit rütbəsində xidmət etməsini, yüksək maaş almasını məhkəmədən və ondan gizlətmişdir. Məhkəmə iclası zamanı Cavabdeh onun təcrübəsizliyindən istifadə edərək, aylıq qazancını və başqa gəlirlərini gizlədərək guya könüllü şəkildə uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, (Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı) 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi tutulmalı idi. Övladı 22 yanvar 2010-cu il təvəllüdlü X6 hazırda Bakı şəhəri, Yasamal rayonu 53 saylı tam orta məktəbin 8-ci sinifində oxuyur. Övladım 04 mart 2019-cu il təvəllüdlü X4 isə Bakı şəhəri, Yasamal rayonu 32 saylı uşaq baxçasına gedirdi, maddi imkansızlığına görə baxçadan çıxarmışdır. Ona görə də məsrəfləri yetərincə artmışdır. Uşaqların bütün qayğılarını və ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqların ehtiyac və tələbatı artsa da, Cavabdeh uşaqlarına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh tərəfindən ona 2 azyaşlı övladının saxlanılması üçün ümumilikdə 500 (beş yüz) manat məbləğində aliment ödənilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2382/2022 saylı qətnaməsi qət olunarkən, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində zabit rütbəsində xidmət etməsini, yüksək maaş almasını məhkəmə nəzərə almamışdır. Yetkinlik yaşına çatmayan 2 azyaşlı uşaqları hazırda onun himayəsindədir. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, əlavə olaraq heç bir maddi köməklik göstərmir. Cavabdeh qeyri müntəzəm, dəyişən qazancı var. Xüsusi rütbəli zabit olaraq xidmət edir. Onun orta aylıq gəliri öz dediyinə görə 1700-2000 manat təşkil edir. Bundan əlavə cavabdeh özü işdən kənar maşın alveri ilə məşğul olur. Uşaqlar azyaşlıdırlar, tez-tez sağlamlıqlarında problemlər yaranır və ona görə də məsrəfləri yetərincə artmışdır. Yaşamağa başqa evləri və yaşayış yeri olmadığına görə müəyyən vaxtlarda 2 azyaşlı övladı ilə birlikdə kirayədə yaşamışlar. Maddi vəziyyəti pisləşdiyi üçün, aylıq kirayə pulunu verə bilmədiyi üçün 2 azyaşlı uşağı ilə birlikdə müvəqqəti olaraq Masazır qəsəbəsində valideynlərinin yanında yaşayır. Buna görə də Cavabdeh qarşı “Alimentin miqdarının artırılması, dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məmununa uyğun izahat vermiş və cavabdehdən tutulan alimentin məbləğinin artırılmasını və cavabdehin hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında alimentin məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixli 444 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2019-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2019-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq, cavabdeh İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 435336 seriya nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 nikahına Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 436 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 60 manat məbləğində mediasiya xərcini Bakı 16 saylı Mediasiya Təşkilatının hesabına ödəmişdir. İş materiallarında olan AZ-İİ 405320 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 405320 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV 223531 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosialiqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə cavabdehdən hər uşaq üçün 250 manat aliment tutulmasını müəyyənləşdirərkən tərəflərin maddi vəziyyətini və uşaqların ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda isə cavabdehin məhkəmə iclasında verdiyi izahatına əsasən müəyyən olunur ki iddiaçının maddi vəziyyəti kifayət qədər yaxşı olmaqla, əmək haqqının məbləği 1600 manat təşkil edir, həm uşaqlar böyümüş, həm də ehtiyacları artmışdır. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, iddiaçının maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişiklik olduğundan, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (hər uşaq üçün 250 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı alimentin məbləği ilə bağlı belə qənaətə gəlir ki, uşaqların mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi baxımından alimentin məbləği də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, iddia təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 04 mart 2019-cu il təvəllüdlü X1 və 22 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, 04 mart 2019-cu il təvəllüdlü X1 və 22 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş mediasiya prosesində çəkilən 60 manat məbləğində xərcin əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 04 mart 2019-cu il təvəllüdlü X1 və 22 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 04 mart 2019-cu il təvəllüdlü X1 və 22 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-589/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-589/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver