Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5898/2021 07.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddiaçının ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə 06.09.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" KB ASC-nin iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin rəsmi qeydə alındığı ünvan Nəsimi rayonu olduğundan bu iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində deyil, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" KB ASC-yə qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırki iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5898/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5898/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver