Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5900/2021 06.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 2892,76 manat əsas, 15,58 manat faiz borcu olmaqla, cəmi 2908,34 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, iddia tələbini müdafiə etdiklərini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.12.2019-cu il tarixli, 4411rstDNG/19 saylı güzəştli kredit və bank hesab müqaviləsinə əsasən iddiaçı 2953,48 manat məbləğində pulu 60 ay müddətinə, 12 ay güzəşt müddəti və illik 1 faiz olmaqla Cavabdeh verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağlanmasına dair sazişə əsasən 01 mart 2019-cu il tarixindən etibarən sazişin imzalandığı tarixədək 13.12.2019-cu il tarixli, 4411rstDNG/19 saylı güzəştli kredit və bank hesab müqaviləsinə əsasən hesablanmış faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur. İş materiallarında olan 13.12.2019-cu il tarixli, 4411rstDNG/19 saylı güzəştli kredit və bank hesab müqaviləsinə 1 saylı əlavəyə əsasən, Cavabdeh 2953.48 manat məbləğində pulu 60 ay müddətinə, 12 ay güzəşt müddəti və illik 1 faiz olmaqla, 13 yanvar 2020-ci il tarixdən 13 dekabr 2020-ci il tarixədək aylıq 2,46 manat məbləğində, 13 yanvar 2021-ci il tarixdən 13 dekabr 2024-cü il tarixədək hər ay 63 manat, son ay isə 52,98 manat ödəniş etməklə qaytarmağı öz öhdəsinə götürmüşdür. 23 iyun 2021-ci il tarixli bildirişə əsasən, yaranmış borcla bağlı Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan 27 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən görünür ki, Cavabdeh həmin tarixə 2892,76 manat əsas, 15,58 manat məbləğində faiz borcu olmaqla cəmi, 2908,34 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı öz öhdəliyini yerinə yetirmiş, cavabdeh isə öz öhdəliklərini lazımınca yerinə yetirməmiş, borc məbləğini geri ödəməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 2892,76 manat əsas, 15,58 manat faiz borcu olmaqla, cəmi 2908,34 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnanədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5900/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5900/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver