Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-591/2021 04.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi (oğlu) Quluşev Məmmədtağı Zöhrab oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, “xxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 22-BİZ-1-0-09-19 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 24.300,22 manat əsas borc, 2.315,78 manat faiz borcu olmaqla, ümumilikdə 26.616 manat borcun və ödənilmiş 30 dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən edilir ki, iddiaçı “xxxx” İKB ASC-nin adı - İddiaçı ASC adına dəyişdirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC illik 23 faizlə 36 ay müddətinə fərdi sahibkar Cavabdeh1 kredit öhdəliklərinin tam bağlanması və dövriyyə vəsaitinin artırılması məqsədilə 30.000 manat kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməkdən imtina edir. Nəticədə Cavabdeh1 xx.xx.2020-ci il tarixə banka 24.300,22 manat əsas borc, 2.315,78 manat faiz borcu olmaqla, cəmi 26.616 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi Quluşev Məmmədtağı Zöhrab məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, iddiaçı Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi VÖEN ********** nömrəsi ilə uçota alınmışdır. Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə bağlı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan borc almışdır. Cavabdeh1 hazırda xəstədir, ölkədə baş verən covid-19 pandemiyası ilə bağlı mağaza fəaliyyətini dayandırmışdır. Bu səbəbdən borc yaranmışdır. Buna baxmayaraq hər ay 500 manat ödəniş edir. İddiaçı hüquqi şəxsdir, Cavabdeh1 fərdi sahibkardır, yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğuna görə, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədlərini araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC illik 23 faizlə 36 ay müddətinə fərdi sahibkar Cavabdeh1 “xxxx” MMC tərəfindən verilmiş 15.000 manat və “xxxx” KB ASC tərəfindən verilmiş 5.000 manat kredit öhdəliklərinin tam bağlanması və dövriyyə vəsaitinin artırılması məqsədilə 30.000 manat kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. “AZEMİS” Elektron Məhkəmə Sistemi və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları və xx.xx.2017-ci il tarixli fiziki sahibkarın uçotu haqqında şəhadətnamə ilə təsdiq edilir ki, Cavabdeh1 qızı (VÖEN **********, FİN Qxxxxxxx) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi - AZ1012, ünvan 1 ünvan üzrə xx.xx.2017-ci il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. İddiaçı ASC isə xx.xx.2019-cu il tarixli çıxarışa əsasən hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Yaranmış mübahisə hüququqi şəxs olan İddiaçı ASC ilə cavabdehlərdən biri olan borclu hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs Cavabdeh1 arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisədir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr üzrə mülki icraat qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-591/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-591/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver