Məhkəmə qərarları › İş №2(004)-5911/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5911/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5911/2021 12.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdehna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndan iddiaçının xeyrinə 05.03.2020-ci il tarixli 284420-1-37278 saylı kredit xətti müqaviləsinə əsasən 3.527,46 manat əsas borc, 251,22 manat məbləğində faiz borcu, cəmi 3.778,68 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.03.2020-ci il tarixli 284420-1-37278 saylı nağd pul krediti müqaviləsinə əsasən borcalana istehlak məqsədilə illik 21 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Lakin borclu üzərinə götürdüyü kredit öhdəliklərini 05.05.2021-ci il tarixdən icra etməmiş və nəticədə banka 3.527,46 manat əsas borc, 251,22 manat məbləğində faiz borcu, cəmi 3.778,68 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Odur ki, iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 05.03.2020-ci il tarixli 284420-1-37278 saylı nağd pul krediti müqaviləsinə əsasən borcalana istehlak məqsədilə illik 21 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Nəticə etibarilə, 02.09.2021-ci il tarixə Cavabdehnın qeyd olunan kredit müqaviləsi üzrə 3.527,46 manat əsas borc, 251,22 manat məbləğində faiz borcu, cəmi 3.778,68 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış 05.03.2020-ci il tarixli 284420-1-37278 saylı kredit müqaviləsi ləğv edilməklə, cavabdehdən 3.527,46 manat əsas borc, 251,22 manat məbləğində faiz borcu, cəmi 3.778,68 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdehndan 05.03.2020-ci il tarixli 284420-1-37278 saylı nağd pul krediti müqaviləsinə əsasən 3.527,46 manat əsas borc, 251,22 manat məbləğində faiz borcu, cəmi 3.778,68 (üç min yeddi yüz yetmiş səkkiz manat, 68 qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.03.2020-ci il tarixli 284420-1- 37278 saylı nağd pul krediti müqaviləsi ləğv edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar