Məhkəmə qərarları › İş №2(004)-5929/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5929/2022

20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5929/2022 20.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, faktiki olaraq cavabdehlə nikahları ləğv olunub və birgə nikahdan X6 və X7 adlarında 2 övladları var. Yasamal məhkəməsi hərt uşağa 117 manat cəmi 234 manat aliment təyin etmişdir. Birgə nikahdan olan övladları X6 və X1 üçün Cavabdehm 1 uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat alimentin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq xx.xx.2009-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü hər ay, hər uşaq üçün 125 manat, ümumilikdə 250 manat məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6235/2016 saylı qətnaməsi ilə iddiaçı Şabanova (Sadıqova) Günel Hətəm qızının ona qarşı “Yasamal rayon VVAQ Şöbəsinin 04 iyul 2008-ci il tarixli, 650 № li AKT qeydli nikahın pozulması, uşaqların ananın yanında qalması və hər uşağa görə hər ay 117 manat alimentin ödənilməsi tələbinə dair” iddiası təmin edilmiş, onunla iddiaçı Şabanova (Sadıqova) Günel Hətəm qızı arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından anadan olmuş xx.xx.2009-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X3 anası Şabanova (Sadıqova) Günel Hətəm qızının yanında qalması və məndən xx.xx.2016-cı il tarixdən etibarən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanmalarından ötrü 234 manat məbləğində alimentin tutularaq Şabanova (Sadıqova) Günel Hətəm qızının xeyrinə ödənilməsi qət edilmişdir. O, həmişə övladlarının maddi tələblərini qarşılamış, onların qayğısına qalmış və bir ata kimi onlara mənəvi dəstək olaraq atalıq vəzifəsini layiqincə yerinə yetirmişdir. Məhkəmənin qətnaməsi ilə təyin olunmuş alimentin ödənilməsi ona çətinliklər törətməsinə baxmayaraq hər ay 250 manat alimenti ödəmiş və hal-hazırda da atalıq vəzifəsini yerinə yetirməkdədir. Qeyd etmək istəyir ki, o boşandıqdan sonra 5 saylı "ASAN” xidmətin xx.xx.2018-ci il tarixli, 4127 № li qeydi ilə Mövlam-zadə Aygün Balahüseyn qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. İkinci nikahdan xx.xx.2019-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X10 anadan olmuşdur. Bildirir ki, taksi sürücüsüdür və ailədə yeganə işləyən odur. Gündəlik qazancı 15-18 manat civarında olur. Bundan əlavə, ikinci nikahından olan xx.xx.2020-ci il təvəllüdlü Sadıqov Hüseyn G80.0 KVADROPLEGİK SPASTİKSEREBRAL İFLİC xəstəsidir. Aliment pulunu ödədikdən sonra gəlirinin çox hissəsi xx.xx.2020-ci il təvəllüdlü X4 müalicəsinə xərcləndiyi üçüm ailəsinin maddi təminatı çox çətinləşmişdir. Əmək və Əhalinin Sosial Müdaviəsi Nazirliyi tərəfindən ona heç bir müavinət verilmir. Alimentin artırılması təqdirdə onu yeni qurduğum ailəsinin acınacaqlı vəziyyətə düşəcəyi nəzərə alınmalıdır. İnsanın və ya vətəndaşın hüquq və azadlıqlarının həyata keçirilməsi, özünün obyektiv həddi qismində digər şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsinə yol verməməyə, onların Konstitusiya baxımından zəmanət verilmiş maraqlarına zərər verməyə malikdirsə, qanunverici, məhkəmə müdafiəsi kimi məhkəmə qərarlarının icrasını lazımi qaydada təmin edilməsi və kreditorun (tələbkarın) və borclunun (cavabdehin) hüquqlarının bərabər səviyyəli məhkəmə müdafiəsini təmin edən şərtlərin yaradılması üçün zəruri tədbirləri görməklə ona əsaslanmalıdır ki, onların qanuni maraqlarında yaranan toqquşmalar istənilən halda özünün Konstitusiya baxımından eyni əhəmiyyətə malik olan digər hüquqları pozmaqla, bəzi hüquqların müdafiə olunması yolu ilə aşıla bilməz, yəni belə hallarda vətəndaş vəziyyətinin həmin iştirakçıların hüquqları və qanuni maraqları Konstitusiyanın dəyərlər balansı əsasında mütənasib (proporsional) müdafiə əldə etməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə ərizə ünvanlayaraq İddiaçı iştirakı olmadan məhkəmə baxış iclasının keçirilərək işə aidiyyəti üzrə baxılmasını və yekun məhkəmə qətnaməsinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-6235/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə X11 arasında 04 iyul 2008-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 650 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X2 anası X5 yanında saxlanılması, Cavabdeh xx.xx.2016-cı il tarixdən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər bir uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat məbləğində alimentin tutularaq X9 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı birgə nikahdan anadan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, alimentin artırılması üçün qanunda göstərilən paralel əsaslar da mövcud olmalıdır. Eyni zamanda məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Cavabdehin yenidən nikaha daxil olması və həmin nikahdan 2 azyaşlı övladının olmasını da nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin tam təmin edilərək 193 manat məbləğində müəyyən edilməsi cavabdehin və sonrakı nikahdan anadan olmuş 2 azyaşlı övladının maddi cəhətdən çətin vəziyyətə düşməsinə gətirib çıxara bilər. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-6235/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq 160 (bir yüz altmış) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6235/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq 160 (bir yüz altmış) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar