Məhkəmə qərarları › İş №2(004)-5956/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5956/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5956/2021 12.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı "Bank of Baku” ASC-nin Cavabdeh qarşı "kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 08.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh 6114,17 manat əsas, 3,57 manat faiz borcu olmaqla, cəmi 6117,74 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında 16.11.2019-cu il tarixdə imzalanmış kredit müqaviləsinə əsasən borcluya illik 1 faiz olmaqla 60 ay müddətində 6231,13 manat kredit verilmişdir. Cavabdeh kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Müqaviləyə əsasən kredit alan tərəfindən ödəniş gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı ASC 12.10.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək 2(004)- 5956/2021 saylı mülki iş üzrə 12.10.2021-ci il tarixli məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16.11.2019-cu il tarixli, FR/38241/72 saylı güzəştli kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə restrukturizasiya məqsədilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 6231,13 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 31.08.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 16.11.2019-cu il tarixli, FR/38241/72 saylı kredit müqaviləsi üzrə 6114,17 manat əsas, 3,57 manat faiz borcu, 0 manat cərimə borcu vardır. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də Cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, "Bank of Baku” ASC ilə Cavabdeh arasında bağlanmış 16.11.2019-cu il tarixli, FR/38241/72 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 6114,17 manat əsas, 3,57 manat faiz borcu olmaqla, cəmi 6117,74 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləində pul iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "Bank of Baku” ASC ilə Cavabdeh arasında bağlanmış 16.11.2019-cu il tarixli, FR/38241/72 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 6114,17 manat əsas, 3,57 manat faiz borcu olmaqla, cəmi 6117,74 (altı min yüz on yeddi manat yetmiş dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləində pul iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar