Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-596/2022 07.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 İlham oğlunun sədrliyi, Nadirov Turqut Vilayət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Yelo Bakn ASC-yə qarşı “borcun ABŞ dolları vahidindən AZN pul vahidinə dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Yelo Bakn ASC-yə qarşı “borcun ABŞ dolları vahidindən AZN pul vahidinə dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Yelo Bank ASC cavabdehlər İddiaçı, X2 və X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və halhazırda həmin iddia tələbi üzrə Xətai Rayon Məhkəməsinin icraatında 2(011)-3937/2021 saylı mülki iş vardır. Məhkəmə iclasının vaxtı və yeri bardə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-596/2022 saylı mülki işlə Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3937/2021 saylı mülki iş biri-biri ilə əlaqəli işlər hesab edilərək, birgə baxılması üçün işi ilkin olaraq icraata qəbul etmiş məhkəmənin icraatına göndərilməldir. İş materiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3937/2021 saylı mülki iş materiallarının surətinə əsasən müəyyən edilir ki, həmin mülki iş icraata daha tez qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh Yelo Bakn ASC-yə qarşı “borcun ABŞ dolları vahidindən AZN pul vahidinə dəyişdirilməsi” tələbinə dair 2(004)-596/2022 saylı mülki işin icraatı Xətai Rayon Məhkəməsinin icraatında olan 2(006)-3937/2021 saylı mülki işin icraatına birləşdirilməsi üçün aidiyyatı üzrə Xətai Rayon Məhkəməsinə göndərilsin. 2(004)-596/2022 saylı mülki iş materialları Xətai Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən:Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-596/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-596/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver